“Stratfor”: “Rusiya Bordyujanın postunu Ermənistana söz verib”

11 Yanvar 2017 11:19

Xəbər 260 dəfə oxunub

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni Baş katibi dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasda da seçilmədi”.

 

Faktinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan “Stratfor” analitik agentliyi yazır.

Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir.

“Məlumata görə, Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu addım aprel döyüşləri zamanı neytral mövqe tutmasına baxmayaraq Moskvanın Ermənistanı dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”.

 

“Stratfor”un fikrincə, yeni Baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsi məsələyə ciddi təsir göstərəcək.

Hazırda KTMT-ın Baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24