“Şübhəsiz ki, bu rüsvayçılığın arxasında məmur maraqları dayanır”

112062

12 Yanvar 2017 09:22

Xəbər 43 dəfə oxunub

Azərbaycanda metallurgiyanın inkişaf etdirilməsi üçün Sumqayıtda zavodlar kompleksi tikiləcək. Dəyəri 1.2 milyard avro olan bu kompleksdə 5 zavod tikiləcəyi gözlənilir.

“Kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək”, – bunu İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib.
Nazirin fikrincə, 3 il ərzində tikiləcək bu zavodlar işə düşdükdən sonra Azərbaycanın 1200 daimi iş yeri açılacaq. Tikintiyə isə 4 min işçi cəlb olunacaq. Məlumata görə, kompleksin inşası üçün artıq Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında saziş də imzalanıb.
Bəs, görəsən, komplekslə bağlı bu ümidlər nə qədər realdır? Ümumiyyətlə, dövlət inhisarında olan istehsal sahələrinin rentabelliyinə inanmağa dəyərmi?
Moderator.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov bu cür müasir komplekslərin iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb etdiyini desə də, dövlət inhisarında olan müəssisələrin rentabelliyinə çox da inanmır:
“Yəqin ki, sözügedən layihə İnvestisiya təşviqatı sənədi alacaq və yaxud alıb . Kompleks Sənaye Texnologiyalar Parkının tərkibinə aid edilmiş sahibkarlıq subyekti kimi fəaliyyət göstərəcək və 7 il müddətində vergilərdən azad olunacaq. Əlbəttə belə müasir metallurgiya kompleksinin qurulması ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu ölkənin filiz ehtiyatlarının səmərəli həddə işlənməsinə və milyonlarla dollar həcmində idxalın azalmasına, ixracın artmasına və beləliklə ÜDM –in nəzərə çarpacaq səviyyədə inkişafına şərait yarada bilər. Mən bundan sonra quraşdırılması hələ üç il çəkəcək metallurgiya kompleksinin bazara çıxaracağı məhsulun rəqabət gücünü nəzərə almadan deyirəm. Amma bu işi yerli və həqiqi investorlara həvalə etmək daha yaxşı olardı, nəinki onların fəaliyyətini məhdudlaşdırmaq.
Doğrusu, mən “Daniele” şirkəti ilə “Baku Steel Company” arasında 1,225 milyard avroluq kompleksin inşasına dair sazişin  sağlam batini detallarını təsəvvür edə bilmirəm. Ola bilsin ki səhv edirəm. Mən bu layihə ilə bağlı daha öncə fərqli məlumatlar eşitmişdim.  Səhv etmirəmsə layihə dövlət əsaslı investisiya qoyuluşlarına aid edilmişdi. Bu isə ürəkaçan deyildi. Çünki iqtisadiyyata dövlət müdaxiləsinin əsas məqsədi yerli istehsal məhsullarını və xidmətlərini xarici rəqabətdən qorumaq, ixrac üçün münbit şərait yaratmaq, məşğulluq səviyyəsini təmin etməklə sosial iqtisadi göstəriciləri tənzimləmək olmalıdır. Bura dövlətin gömrük və vergi siyasətinin xarakteri də aiddir. Sənaye inqilablarının əhatə etdiyi dövrlərin təcrübəsi onu təsdiq edir ki, iqtisadiyyata mühafizəkar yanaşmanın müqabilində sənayenin inkişafı üçün dövlət tərəfindən subsidiyaların verilməsi önəmlidir. Amma dövlət investor kimi iştirak etməməlidir. Çünki dövlət ən pis investordur. Təcrübə göstərir ki, mülkiyyəti mənsubiyyət etibarilə dövlətə məxsus olan istənilən iqtisadi subyektin iqtisadi nəticələri qənaətbəxş olmur. Xüsusilə də bizim psixoloji xüsusiyyətlərimizlə uyğun gəlmir. Dövlətə məxsus əmlakı mənimsəmək, talan etmək sanki bir dəb olaraq qəbul olunur. Ona görə də dövlət investor kimi iştirak etməməlidir. Mühafizəkarlıq (proteksionizm) sənayenin (istehsal) subsidiyalaşdırılması, etibarlı sabit qanunvericilik sisteminin təmin edilməsi, vergi güzəştlərinin tətbiqini tələb edir. Bu beynəlxalq təcrübədə geniş tətbiq olunmuş qaydadır. Bizdə isə bu prosses sağlam şəkildə aparılmır.
Ölkəyə milyonlarla dollarlıq valyuta gətirən, xarici bazarda rəqabət davamlılığı qazanmış  “Bakı Elektroştamp”, “Bakıpoladtökmə” və “Xəzər boru” zavodlarını monopolyanın qurbanına çevirmək kimi cılız iqtisadi təfəkkürlə irəli getmək mümükün deyil. Əgər 2000 nəfərlik iş yeri olan, yüz minlərlə manat dövlət büdcəsinə vergi ödəyən müəssisəni sıradan çıxarıb 1200 nəfərlik iş yeri açmaq üçün 1.225 milyard investisiya yatırımı ilə strateji yol xəritəsində yer alan layihə təqdir edilirsə bu necə normal ola bilər? Biz yerli investorları bu işə cəlb edə bilərdik. Təəssüflər olsun ki, monopoliya institutu bütün dəyərləri, dövlət maraqlarını və ölkə konstitusiyasını nəzərə almır. Belə görünür ki, ölkə böhran məngənəsində inildəsə belə, biz monopoliya ənənələrinə sadiq qalacaq ölkədə azad rəqabətə imkan verməyəcəyik. Şübhəsiz ki, bu rüsvayçılığın arxasında məmur maraqları, qulluq mövqeyindən sui-istifadə kimi cinayətlər dayanır.
Cənablar, bəs, başqa hansı səbəbdən ölkəmiz investisiya üçün əlverişli şərait olmayan ölkələr sırasında yer alır, hətta qırmızı zona kimi tanınır? Ona görə də bu layihədə iştirak edəcək xarici şirkətin də formal xarakter daşıdığını zənn edirəm. Belə ki, bu daha çox bizim dırnaqarası məmur investorların öz vəsaitləri hesabına,lakin hüquqi cəhətdən kapitalın gələcək siyasi hadisələrdən sığortalanması məqsədilə xarici şirkətin kölgəsində gizlənməklə həyata keçirilməsi gözlənilən layihəyə oxşayır. Başqa çür təsəvvür edə bilmirəm. Əgər investor kimi dövlət də iştirak edirsə bu daha pis.
O ki, qaldı ayrıca “Danieli” şirkətinə, səhv etmirəmsə, bu şirkət o qədər də geniş imkanlara malik olmayan əsasən beynəlxalq yükdaşımalarla məşğul olan şirkətdir.
Sonda məni ən çox maraqlandıran mənəvi məsələləri vurğulamaq isətəyirəm. Çünki bütün olayların səbəbi heç də texniki amillərlə deyil, bütövlükdə mənəvi qüsurlarla bağlıdır. İnsanlar neçə illərdir ki, uğur deyilən iqtisadi sıçrayışın onların həyatında öz əksini tapacağını gözləyirlər. Amma nə yazıq ki, əvəzində harınlamış məmurlar və varlanmış məmur sahibkarlardan başqa heç nə görə bilmirlər. Hansı ki, bir gün harınlayıb onları yaşadıqları ərazidən də çıxarıb həyatlarının kabusuna çevrilirlər.
Siz diqqət verin, bir çox məşhur dünya milyarderlərinə. Onlar bütün var dövlətlərinin əsas hissəsini həyatdan köçdükdən sonra da xeyriyyə məqsədləri üçün vəsiət edirlər. Onların öz ideoloji dəyərlərinə, etiqadlarına nə qədər sədaqətli və inamlı olduqları mənəvi dəyərlər deyilmi? Məgər nəsil qayğısına qalmaq yalnız biz azərilərəmi xasdır? Halbuki, bu heç də həmişə gözlənilən kimi olmur. İfrat qayğı ilə əhatə olunan əksəriyyət daha yararsız və nankor olurlar. Bu yolla cəmiyyətimizi və yeni nəsli ifrat və gərəksiz qayğı ilə korlayırıq. Cəmiyyəti əməyə nifrət yaratmaqla, zəhmətsiz gəliri isə dəbə gətirməklə mənəvi cəhətdən sıradan çıxarırıq. Axı əmək təkcə maddi nemətlərin yaranma səbəbi deyil. O, həm də tərbiyyədir. Əgər biz əməyin (zəhmətin) nəticələrinə deyil, oğurluğun məhsuldar nəticələrinə qiymət veririksə, deməli ədaləti və nizamı pozuruq. Nəticədə halal, zəhmətkeş, adil və dürüst isanların məcburiyyətdən ölkəni tərk etməsinə şərait yaranır. Maddi nemətlərin istehsalı azalır, inam və etibar aradan qalxır, yalan və oğurluq artır və ölkə hərtərəfli tənəzzül edir”.

Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – MÜSAHİBƏ + VİDEO

elxan

Faktinfo.az xəbər verir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi haqqında sualları “SOCAR Capital” şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavablandırıb. - Elxan müəllim, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə, hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək?  - Bildiyiniz kimi, SOCAR istiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 milyon 250 min dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək banklardan çəkə biləcəklər. - Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki?  - Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər. - Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə hər hansı vergi tutula bilərmi? - Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün hər hansı bir vergi ödəməyəcəklər. - SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər? - İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alqı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub. Son 3 ayda istiqrazlara, xüsusən, fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanır və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər. - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq? - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaq.  

13 Yanvar 2017 10:31

Banklar dollar satmırsa, demək dollar yoxdur

457781484035280

Hazırda Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. “Qara bazar”ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək,  “qara bazar”da dollar satışı həyata keçirənləri saxlayırlar. Kommersiya bankları dollar satmır, “qara bazar” məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər? Ümumiyyətlə, proses nə vaxtadək davam edəcək? Modern.az-ın bu qəbildən olan sualına Azərbaycanın maliyyə sisteminə cavabdeh olan iki qurum “səlahiyyətimiz xaricindədir” deməklə yaxa qurtarıb...   “Dollar alıb-satmaq Mərkəzi Bankın səlahiyyəti xaricindədir”   Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-a açıqlamasında deyib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil: “Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.   “Banklar dollar satmırsa, demək dollar yoxdur”   Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov Modern.az-a deyib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir: “Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”. R.Abbasov “çox qəribədir maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir” fikirlərini belə şərh edib: “Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirimirik. Ümumiyyətlə valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

10 Yanvar 2017 12:13