Suriya müftisi şeyx Əhməd Bədrəddin Hassun Qarabağı “erməni torpağı” sayır

img2292010

3 Yanvar 2017 18:33

Xəbər 67 dəfə oxunub

Suriyanın baş müftisi şeyx Bədrəddin Hassun Rusiya KİV-lərinə müsahibə verib. Suriya müftüsü Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub. 
Müftinin sözlərinə görə, dünyada ərazi mübahisəsinə son qoymağın çatdığı regionlar var. Şeyx bunlara nümunə olaraq Dağlıq Qarabağı örnək göstərib.
“Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir.Bununla hesablaşmamaq olmaz”.
Картинки по запросу hassoun and rouhani
Qeyd edək ki, bu ermənipərəst müfti Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən birisidir. Sünnilik məzhəbinə məxsus olmasına rəğmən İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda iştirak edir.
Bundan başqa, Hassun Rusiyada da bir çox ictimai-siyasi fikri adamı ilə sıx əlaqələrə malikdir. 
Картинки по запросу шейх хассун россия
Qatı Əsəd rejim tərəfdarı olan bu müfti Hələbdə anadan olub. Atası Məhəmməd Ədib Hassun da özü kimi şeyx olub.
Dini təhsil alan Hassun 2002-ci ildə Hələbin  müftisi təyin edilib.
 2005-ci ildə isə o, Suriyanın baş müftisi Əhməd Kiftarunun (kürd əsillidir) ölümündən sonra onun yerinə keçib.
Bundan başqa o, Suriyadakı Ali Fitva Şurasının, habelə Xalq Məclisinin (parlament) üzvü olub.
Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassun müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir toplamışdı.
Картинки по запросу hassoun in european parliament
Lakin Suriyada vətəndaş müharibəsi başladıqdan sonra müftünün mətbuata verdiyi açıqlamalar olduqca böyük mübahisələrə səbəb olub.
Məsələn o, Suriyadakı vətəndaş müharibəsinin ilk dövrlərində ABŞ və Avropanı öz ölkələrində intihar terror aktları ilə hədələyib.
Bununla bağlı olaraq Hassunun youtube-dakı müraciətində belə deyilirdi:
“Suriya istiqamətinə ilk raketin atılması ilə Suriya və Livanın bütün övladları Avropa və Fələstin torpaqlarında intihar aktını həyata keçirmək üçün yola çıxacaq. Bütün Avropa və Amerikaya səslənirəm. Suriya və Livanı bombaladığınız təqdirdə ölkələrinizdə intiharçılar hazırlayacağıq. Bu gündən etibarən gözə-göz, dişə-diş… və öncə başlayan daha zalımdır. Siz bizə zülm etdiniz. Ərəb olan, insan olan hər kəsə belə deyəcəyik”,- deyə səslənir.
Картинки по запросу hassoun threatens europe
Hassun həmişə bir-birinə zidd çıxışları ilə fərqlənib.
Suriya müftüsü olan bu şəxsin “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı  inkar etməyi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim” kimi sözləri həmin dövrdə böyük hay-küyə səbəb olmuşdu.
Mətbuat şeyx Hassunun əslində Əsəd rejiminə xidmət edən agent olduğunu və onun bir çox din adamının, habelə ictimai xadimlərin həbsində əli olduğunu da yazır.
Belə ki,  Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından bu yana rejimə qarşı olduqları şübhəsi ilə 223 dini alimin həbs edilməsində Şeyx Hassunun xüsusi rolu olduğu barədə informasiyalar var.
Hassunun həbslər zamanı həmin dini alimləri öz katibi ilə bərabər şəxsən istintaq etdiyi də yazılır.
Bundan başqa, Hassunun Suriya kəşfiyyatına işlədiyi və hələ 80-ci illərdə dini icmalar haqqında məlumat toplayan agent olduğu da gələn xəbərlər arasındadır.
Картинки по запросу hassoun and assad
Hassunun Suriyada sonradan Türkiyəyə qaçan Şeyx Əbdülqadir İsa, Şeyx Əbdülfəttah Əbu Quddə, şeyx Mustafa Əz-Zarka və Dəvalibi kimi bir çox alim barədə Suriyanın xüsusi xidmət orqanlarına məlumat ötürdüyü bildirilir.
Bütün bunlardan əlavə, Hassunun Şeyx Məşuq Əl-Həzləvinin öldürülməsi hadisəsində adı keçir.
Şeyxin ermənilərə olan məhəbbəti isə yəqin ki, elə doğuşdan başlayıb. Çünki Suriya ermənilərin kompakt halda yaşadığı yerlərdən biri hesab olunur və burada erməni diasporasının təsiri olduqca güclüdür.
Hassun ilk dəfə 2006-cı ilin sentyabrında Ermənistanı ziyarət edib və burada həm din, həm də dövlət adamları ilə bir sıra görüşlər keçirib.
Həmin vaxt şeyx Bədrəddin Hassun qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Onun həmin abidə üzərində yazdıqları diqqət çəkir: “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır”.
Vaqif Hüseyn, 
Müsavat.com





Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

teyyare_herbi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 20:24