Təhsil Nazirliyi:”Ödənişli əsaslarla qəbul planı ləğv olunub”

goz%c9%99lov

22 Dekabr 2016 12:45

Xəbər 101 dəfə oxunub

“Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına) və ödənişli əsaslarla aparılır.

Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki,Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb:

“Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onların tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar aaraşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Buna da ali təhsil müəsisələri müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerlərini, proqnozunu isə universitet və kolleclər özləri dövlətə təqdim edir”.

S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olnasında maraqlıdır:

“Bu dəyişikliklər və ölkə prezidentinin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır”. (APA)

Məktəb direktorunun səs yazısı yayıldı – “Gəl yanıma…”

135

Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb. Faktinfo.az xəbər verir ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səsyazısını musavat.com-a təqdim edib. Direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: “Sənin işini, zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür. İstəyirsən gəl, burda söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burda söhbət edərdik”. Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb. Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib. Təhsil Nazirliyi baş vermiş qalmaqal ilə bağlı ciddi araşdırma aparıldığı barədə məlumat yayıb. Ölkə.az saytının məlumata görə isə, direktor Akif Namazov artıq işdən azad edilib.

13 Yanvar 2017 14:13

Direktor yenə aranı qatdı: “O, məktəbin kompüterinə seks videosu yükləmişdi”

1484202044_0001

Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür. Məktəbin direktoru Akif Namazov keçmiş işçisi barədə növbəti dəfə, daha kəskin ittihamlar səsləndirib. Direktor Modern.az saytına açıqlamasında həmin xanımı yüngül əxlaqlı adlandırıb: “O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim. Mən qəbul etmədim ki, məktəbin adına ayıbdır. Sonra məktəbin gözətçisinin əli ilə gecə vaxtı mənim otağımın qapısını açdırıb, o kompüterdəki bütün məlumatlarını silib. Mən də “102”yə məlumat verdim. Bizim işimiz polisdədir. O, etiraf edib ki, mənə 500 manat təklif edib, qəbul etməmişəm. Dedim lap 5 min də versən, xeyri yoxdur, ərizə yaz işdən çıx. Əgər o seks videosu Təhsil şöbəsi tərəfindən məktəbin kompüterində aşkarlansaydı, mənim ən yüngül cəzam ərizə yazıb işdən çıxmaq olardı. O, bu yolla məni sıxışdırmağa, ilişdirməyə çalışırdı. Bu xanım belə şeylərin həvəskarıdır. Onu saxlayanın papağını ağzına basasan. Əri mənə "Akif müəllim, gedək bizdə seksə baxaq” deyir. Bu kişidən ağlınız nə kəsir? O öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”. Direktorun “dedikləriniz çox ağır ittihamlardır, əlinizdə bunları sübut edəcək faktlar varmı” sualına cavabı belə oldu: “Bunu mənə əri köpəyin oğlu deyib. Onun əri onu başqası ilə tutsa, heç nə edəsi deyil. O biqeyrət adamdır. Xatirə burda 3 il yarım işləyib, amma gözümün ucu ilə də ona baxmamışam. Özü də Xatirə mənim zövqümə uyğun qadın deyil. Məndən əvvəlki direktora 3 min manat verib zorla işə düzəlib. Gedib ona desəniz ki, “Akif müəllim səni işə bərpa edir”, dediklərindən imtina edəcək. Məndən hayıf almaq istəyir. Onu işə qaytaracağım təqdirdə nə istəsəm, onu edəsi əxlaqa sahibdir. Özü də onun 10-15 adama borcu var. Birinə 20 manat, birinə 45 manat, birinə 50 manat və s.”. Bütün bunlardan sonra mütəmadi olaraq jurnalistlərlə işlədiyini deyən məktəbin direktoru bizi yolpulu verəcəyi vədilə Şəmkirə dəvət etdi... Bununla da özü də öz əxlaqını bir daha nümayiş etdirmiş oldu... Sonra deməyin məktəblər niyə bu gündədir, dirtekroru belə olan məktəbdən başqa nə gözləyirsiniz?..

12 Yanvar 2017 11:26

Şagirdlərinə təcavüz edən müəllimə 12 il iş verildi

images

Zorlamada təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 63 yaşlı Abbas Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb   Faktinfo.az "teleqraf.com"a istinadən xəbər verir ki, Abbas Məmmədov Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Rəssamlıq Hazırlıq Kursunda rəsm müəllimi işləyib.  O, yanına rəsm çəkməyi öyrənməyə gələn 2005-ci il təvəllüdlü Nərgiz Məmmədova (ad və soyad şərti verilib) ilə cinsi əlaqədə olub. Abbas Məmmədov 2014-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının 14-nə kimi olan müddət ərzində Nərgiz Məmmədova ilə ayrı-ayrı vaxtlarda 7-8 dəfə cinsi əlaqəyə girib. Növbəti dəfə o, Nərgiz Məmmədovanı hazırlıq kursunun emalatxana otağına aparıb. Orada 11 yaşlı qızı zorla soyunduran müəllim onunla cinsi əlaqədə olub, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Bundan başqa, Abbas Məmmədov rəssamlıq hazırlıq kursunda 20 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə, 6 dəfə 2004-cü il təvəllüdlü Sahibə Əliyeva ilə (ad və soyad şərti verilib) cinsi əlaqədə olub. O, ilk dəfə hazırlıq kursuna gələn Sahibə ilə iyunun 20-də intim münasibət qurub. Abbas Məmmədov həmin gün Sahibəni hazırlıq kursunun emalatxana otağına dəvət edib. Orada Sahibənin köməksiz vəziyyətindən istifadə edərək, onu öldürəcəyi ilə hədələyib. O, azyaşlı qızın saçından tutaraq dartıb və sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib. Sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib və daha sonra qeyri-təbii yolla onunla cinsi əlaqəyə girib. Sonuncu dəfə o, Sahibə ilə iyunun 29-da cinsi əlaqədə olub. O, azyaşlı qıza hədə-qorxu gələrək, etdiyi hərəkətlər barədə heç kimə deməməsini tapşırıb. Lakin həmin gün Sahibə başına gələn hadisəni valideynlərinə danışıb. Bundan sonra Sahibənin valideynləri polisə şikayət edib. Şikayət əsasında Abbas Məmmədov həbs edilib və onun hər iki cinayətinin üstü açılıb. Abbas Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

10 Yanvar 2017 10:47

İqtisad Universitetinin rektorundan şikayət edlib

1483095353_0001

Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qorumaqdadır. Ötən tədris ilində universitetə rektor təyin olunan Ədalət Muradov bu birinciliyi qorumaq üçün əlindən gələni əsirgəmir. Universitetdəki qaynaqların verdikləri xəbərlərdə bildirilir ki, rektorluğunun ilk aylarında apardığı “islahatlar”a görə Ədalət Muradov haqqında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilib. Ancaq hansısa gizli əl bugünə qədər onu qorumaqda davam edir. Professor-müəllim heyətini rektordan incik salan əsas məqam tədris prosesində müəllim nüfuzunun yerlə bir edilməsidir. Universitetdə çalışanlar bildirir ki, Ədalət Muradovun yaratdığı yeni münasibətlər sistemində tələbə müəllimdən öndədir. Ötən ildən universitetdə tələbələrin müəllimləri qiymətləndirməsi sistemi yaradılıb. Tələbələr bütün fənlər üzrə müəllimlərinə 10 “fakt” üzrə qiymət verir – necə dərs keçir, davamiyyəti necədir, tələbə ilə necə davranır, tələbkardırmı, tələbəni həddən artıq yükləyirmi və s. Müəllimlər bildirir ki, sistem tətbiq olunandan sonra tələbələrlə davamlı gərginlik yaşayırlar – tələbələr mühazirələri yazmır, müəllim mühazirə dəftəri tələb edəndə “üstümüzə çox gələrsiz, sizə aşağı bal yazarıq” deyib açıq hədə-qorxu gəlirlər. Tələbədən yaxşı bal almaq isə müəllimlər üçün çox vacibdir. Rektorun tətbiq etdiyi daha bir qaydaya görə aşağı bal alan müəllimlərə elmi ad və dərəcələrin verilməsi yubadılır. İlk baxışda sistem tədris prosesində müəllimin şəriksiz hegemonluğuna son qoyulması, müəllim-tələbə münasibətlərində qarşılıqlı məsuliyyət ortamının yaradılması kimi görünə bilər. Ancaq faktlar göstərir ki, Ədalət Muradovun yeni “elmi ixtirası” müəllimlər kimi tələbələr üçün də əsl tələdir. Artıq tətbiqinin ikinci ilində bir neçə tələbə müəllimlərə aşağı bal verdiyi üçün universitetdən qovulmaq təhlükəsi ilə üzləşib… Rektorun tapşırıqlarını şərtsiz yerinə yetirən dekanlar müəllimlərə aşağı qiymət yazan tələbələrlə “ikialan” müəllimlər arasında gərginlik yaradır, sonucda tələbəyə elan edilir – davranışına görə universitetdən xaric olunursan. Əsl həngamə də bundan sonra başlanır… Dərhal dövriyyəyə valideynlər, dekanlarla onların arasındakı vasitəçilər girir. Uzun-uzadı danışıqlar, get-gəllər, yalvar-yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rəqəmlərlə ifadə olunan anlaşma əldə etməyə razılıq verirlər. Sonda valideyni ciddi xərcə düşən asi tələbə universitetdə saxlanır. Image result for Əli Əlirzayev Bu sistemin müəllimlər üçün ən ağrıdıcı məqamı illərlə universitetdə dərs deyən nüfuzlu alimlərin birinci kurs tələbələrinin yazdıqları ballara görə Elmi Şurada və rektorun iştirakı ilə keçirilən digər toplantılarda aşağılanmasıdır. Belə sayğısız münasibətlə bu yaxınlarda ölkənin ən nüfuzlu iqtisadçı alimlərindən biri professor Əli Əlirzayev qarşılaşıb. Rektor professor-müəllim heyətinin qarşısında Ə.Əlirzayevi 100 ilin metodları ilə dərs deməkdə, tələbələrə hələ də konspekt yazdırmaqda ittiham edib, onu keçmişin qalığı adlandırıb, köhnələrlə işləməkdən yorulduğunu deyib. Ədalət Muradovun çox hörmətsiz davranışı qarşısında Əli Əlirzayev susmağa üstünlük verib. Milli Məclisin keçmiş üzvü və Azərbaycanın ən sayılan iqtisadçı alimlərindən olan Əli Əlirzayev İqtisad Universitetində böyük nüfuz sahibidir. Bu gün ali məktəbdə onun yetişdirdiyi onlarla alim dərs deyir. Professor Əlirzayev iqtisad Universitetində korrupsiyaya bulaşmamış barmaqla sayılacaq qədər az müəllimlərdəndir. Heç zaman tələbənin cibinə göz dikməyən bir şəxsə rektorun belə münasibətini pedaqoji kollektiv də narazılıqla qarşılayıb. Artıq universitetdə hər kəsə bəllidir ki, ölkənin nüfuzlu aliminə “gerilikçi” demək cəsarətində bulunan rektor digərləri ilə daha pis formada davrana bilər. Yeni rektorun köhnənin qalığı adlandırdığı metodların bəziləri əslində tədris prosesinin ayrılmaz hissəsidir və pedaqoji fəaliyyətlə məşğul olan hər kəsə bəllidir ki, bunlarsız dərs keçmək prosesə qeyri-ciddi yanaşmaqdır. Məsələn, rektor müəllimlərdən tələb edir ki, onlar dərsə heç bir dərs vəsaiti olmadan gəlsinlər, indiyə qədər istifadə etdikləri konspektlərdən imtina etsinlər. Rektor tədris ilinin başlanğıcında bildirib ki, dərsə konspektlə gələn müəllimlə bağlı tədbir görüləcək. Pedaqoqlar qərarı absurd saysalar da onun icrasına məcburdurlar, çünki əks halda yuxarıda dediyimiz tələbə nəzarəti mexanizmi işə düşərək onları rektorun zərbəsi altında qoya bilər. “Yenilikçi” rektor müəllimlərdən tələb edir ki, yeni yaradılan elektron tədris vəsaitlərindən istifadə etsinlər. Əldə etdiyimiz informasiyaya görə, universitet elektron vəsaitlərin hazırlanması üçün böyük qrantlar alıb. Ancaq iş çox keyfiyyətsiz görülüb. Üstəlik müəllimlərə onlardan istifadə qaydaları haqqında heç bir treninq keçilməyib. Mərkəzləşdirilmiş sistem tez-tez donur və bu, dərsdə əlavə problemlər yaradır. Müəllimlər bildirir ki, hər dərsin ilk 15-20 dəqiqəsi kompüterlərin yüklənməsi, tədris vəsaitinin açılması, “donan” səhifənin işə düşəcəyini gözləməklə keçir. Elektronlaşdırılan yalnız dərs vəsaitləri deyil. Artıq jurnal sistemi də bu yenilikdən nəsibini alıb. İlk baxışdan dəyişiklik müsbət tendensiya kimi görünsə də onun hansı məqsəd üçün istifadə edilməsi haqqında xəbərlər müsbət illüziyanı dağıdır – zaçot-imtahan dönəmində yüksək qiymət üçün sistemdə tələbələrin qayibləri silinir, aldıqları ballar artırılır. İqtisad Universitetindəki mənbə iddia edr ki, Ədalət Muradov rektorluğa başlayan gündən universitetdə rüşvətin miqyası genişlənib. Yeni korrupsiya və rüşvət ocaqları yaradılıb, bu sahədə xeyli “irəliləyiş” əldə olunub. Mənbə deyir ki, ən böyük rüşvət köçürmələr və kəsirlər zamanı alınır. Universitetin Dərbənd filialından köçürmənin qiyməti haqqında fantastik rəqəmlər səsləndirilir – 70-100 min manat. Universitetlərarası köçürmələr qadağan edilsə də bir neçə “şanslı” universitetə, o sıradan İqtisad Universitetinə öz filiallarından tələbə köçürmək səlahiyyəti verilib. Ədalət Muradov bu imkandan məharətlə yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncə ADİU-nin Dərbənd filialına yerləşdirilir. Sözsüz ki, bu, hər abituriyentə qismət olmur… Öncəlik valideynləri 1 il sonrakı köçürmə üçün ciddi məbləğ təklif edənlərə tanınır. 1 il əli cibində gəzən tələbə 2-ci il universitetdə peyda olur. Ədalət Muradova qədər köçürülən tələbələr ayrıca qrupda təhsil alıb. İndi isə onlar digər qrupların içərisində “əridilir”. Məqsəd aydındır… Aşağı bal yığan tələbələrdən formalaşdırılan qruplarda imtahan nəticələri də bərbad olur. Bu zaman onların fərq imtahanlarını necə vermələri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belə suallarla üzləşməmək üçün “göz bəbəyi” köçürmə tələbələri digər qruplara bölür ki, onların aşağı nəticələri ümumi fonda nəzərə çarpmasın. Universitetlə bağlı “şad” xəbərlərdən biri də odur ki, yaxınlarda Zaqatala filialı da Azərbaycan təhsilinə öz “töhfə”lərini verməyə başlayacaq. Kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir. Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat. Universitetdən adının gizli saxlanılmasını istəyən şəxs deyib ki, rektorun rüşvət maşınını müşavir postuna təyin etdiyi Elşən Bağırzadə idarə edir. Rektorun müşaviri vəzifəsi də deyəsən, Azərbaycan təhsilində aparılan güclü islahatların nəticəsində meydana çıxıb. Buna qədər ali məktəblərdə idarəetmə funksiyasını rektor, prorektorlar, kafedra müdirləri, dekanlar daşıyırdı. İndi bu sıraya rektor müşaviri də əlavə olunub. Deyilənlərə görə, rektor Elşən Bağırzadəyə elə geniş səlahiyyətlər verib ki, obrazlı desək, qılıncının hər iki üzü kəsir – prorektorlar, kafedra müdirləri, dekanlar bir sıra məsələləri onunla razılaşdırmadan rektora çıxa bilmirlər. Rektorun Azərbaycan iqtisad elminə daha bir “töhfəsi” universiteti Muradovların təsərrüfat subyektinə çevirməsidir. Bu haqda da ADİU-dəki mənbə bildirib. Mənbənin iddiasına görə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovla qohumluq əlaqəsi olan 40-a yaxın şəxs çalışır. Mənbə bildirib: “Onun heç bir pedaqoji təcrübəsi olmayan qohum-qardaşı uzun illər universitetdə dərs deyən müəllimlərin başı üzərindən adladılaraq önəmli postlara çəkilir. Bu şəxslərə elmi adlar və vəzifələr də səxavətlə paylanır. Effektiv ailə iş üsulu nəticəsində auditoriyaya cəmi 1-2 semestr daxil olan qohumlar baş müəllim, fəlsəfə doktoru titul və vəzifələri ilə ödülləndirilir. Heç şübhəsiz, bu durum illərlə dərs deyib müəllimlikdən baş müəllimliyə, baş müəllimlikdən dosentiyə yüksələ bilməyənlərdə qıcıq yaradır. Rektorun isə belə narazılıqlar eyninə deyil. İndi onun əsas qayğısı qış semestr imtahanlarından gözlənilən nəticəni – nəzərində tutulan məbləği toplamaqdır”. İqtisad Universitetindəki mənbə daha sonra deyib ki, universitetdəki acınacaqlı durum haqqında müxtəlif kanallar vasitəsilə Təhsil Nazirliyinə və digər rəsmi qurumlara xeyli sayda şikayət çatdırılıb: “Hələlik nəticə yoxdur – Ədalət Muradov hələlik öz biznes imperiyası kimi baxdığı iqtisad universitetində at oynatmaqda davam edir”. Universitetdəki məlumatlı mənbə sonda bunları söyləyib: “Bu gün baş verənlər təhsil problemi kimi görünə bilər. Ancaq məsələ daha dərindir. Söhbət gələcəkdə ölkə iqtisadiyyatını idarə edəcək kadrların hazırlandığı ali təhsil ocağından gedir. Bu cür xətalı tədris prosesi və mənəvi aşınma mühitində savadlı kadr yetişdirilməsi böyük sual altındadır. Azərbaycan iqtisadiyyatının perspektivləri belə bir müəssisədə təhsil alan kadrlardan asılı olacaqsa, indidən milli valyutanın uzun illər “sudan çıxmayacağını” proqnozlaşdırmaq çətin deyil”. Yazıda adları keçən şəxslərin, o cümlədən rektor Ədalət Muradovun mövqeyini dərc etməyə hazırıq. Musavat.com Ədalət Muradov haqda kəskin ittihamlar var; onun rəhbərlik etdiyi ali məktəbdə dözülməz şərait yaratdığı, 40 nəfərdən ibarət qohum-əqrəbasını universitetdə işə götürdüyü, təcrübəli və savadlı müəllimləri sıxışdırdığı deyilir.

30 Dekabr 2016 18:24

Millət vəkilinin universitetində “kooperativ bazarlıq” başladı – Təfsilat

1483074325_0001

Azərbaycan Kooperasiya Universitetində qış bazarı başlayıb Deputat Eldar Quliyevin rektor olduğu bu ali məktəbdə hər semestr qabağı olduğu kimi bu dəfə də tələbələrdən imtahan pulları alınır. Artıq tələbələr də bu vəziyyətə vərdiş ediblər. Onlar bilirlər ki, kooperativ maraqlar üzərində qurulmuş bu təhsil ocağında pulsuz xidmət göstərilmir. Ali məktəblərdə qış semestr imtahanları yaxınlaşır. İmtahanlar yaxınlaşdıqca ali təhsil ocaqlarında rüşvətin qiyməti də artmağa başlayıb. Kooperasiya Universitetində də artıq rüşvət yığımı start götürüb. Tələbələrdən semestr pulları toplanmağa başlanıb. Burada imtahan qiymətləri 80-100 manatdan başlayır. AKU-da hər semestr hər tələbə 200-300 manat verməyə məcbur edilir. Tələbələr isə fakültə dekanlarının qapısında növbəyə dayanıblar. Onlar istənilən həmin məbləği verməsə imtahanlardan kəsilirlər. Müəllimlər imtahandan öncə tələbələrə bildirir ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin. Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar. Ali məktəbin nəzdindəki Bakı Biznes və Kooperasiya Kolleci da eyni üslubda fəaliyyət göstərir. Kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir. Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar. Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar. Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır. Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir. regionxeber

30 Dekabr 2016 10:15

Təhsil Nazirliyindən öz ixtisasından “0” qiymət alan müəllimlərlə bağlı –Açıqlama

tehsil-nazirliyi-manset

Cənub bölgəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb. Bildirilir ki, müəllimlərin imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən – öz ixtisasından 0 (sıfır) qiymət alıb. Faktinfo.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında aydınlıq gətirib: "Artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə 0 bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa Facebook postu olan bu "məlumatlar” həqiqəti əks etdirmir”. C.Valehov deyib ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub: "Diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb. Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda, bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi 0 bal olmayıb”.

28 Dekabr 2016 16:09

300 müəllim tədris etdiyi fəndən 0 bal aldı

muuu

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb. Bu barədə təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında deyib. Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib. Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: "2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlarda iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir". Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: "Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar". Sayt ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

27 Dekabr 2016 20:44

Tənqid etmək başqa şeydir, “mız” qoymaq, “qulp” qoymaq tamam başqa şey…

estakada

«İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur… »  Avraam Linkoln   Bu yaşa çatmışam, təyinatla ucqar bir kənddə müəllimlik etməkdən təhsilin müxtəlif yuxarı idarəetmə orqanlarında məsul vəzifələrdə calışmaqla uzun bir həyat məktəbi keçmişəm, ancaq son 20-25 illik təcrübəmdə təhsil sahəsində hansısa edilən bir yeniliyin, bu sahədə atılan hansısa bir addımın birmənalı şəkildə qarşılanmasının hələ ki, şahidi olmamışam. Yəni, təhsilimiz də zaman-zaman mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb. Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edib. Nailiyyətlərimizi qismən də olsa qəbul etmişık, uğursusluqlarımıza  gələndə isə dərhal və çəkinmədən səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırmışıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabartmışıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən  təhsil verənləri, əksər halda isə təhsilə rəhbərlik edənləri hədəf seçmişik. Təhsilə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlib. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən uzun illərdən bəri toplanmış potensialı birdəfəlik “arxivə” göndərib, “qərbsayağı” yeniləşməyi inkişafın əsas amili hesab ediblər və etməkdədirlər. Elə götürək Təhsil naziri Mikayıl Cabbarovun “Təhsil TV”-nin “Media ilə üz-üzə” verlişinə müsahibəsindən son açıqlamalarını: "Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”. Nazir nə deyir, deyir ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.  Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Heç kim məktəbin ab-havası, imkanları, mühiti və digər vacib detallara direktor qədər peşəkar şəkildə bələd ola bilməz. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqogikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Bu yanaşmanın reallaşması üçün real addımlar atacağıq və bir sıra məktəblərdə  belə bir hüququn qısa müddətdə təqdim edilməsi məsələsini nəzərdən keçiririk.   Məsələ hələ heç nəzərdən keçirmə prosesini “bismillah” etməmiş, dərhal sərt və aqressiv reaksiyalar gəldi:“Direktorlara muxtariyyət verməklə onlara hegemonluq vermiş oluruq”,“Azərbaycan məktəblərində məktəb direktorunun müəllim seçməsi qeyri-mümkün məsələdir”, “Direktora təsir ve təzyiq edən “n” qədər vəzifəli səxs var”, “Qohumbazlıq, dostbazlıq, vəzifəli şəxslərin sfarişləri, rüşvətxorluq burada çox önəmli olacaq”, “Bu yenidən direktotların cibinə xidmət edəcək”, “Məktəb rəhbərliyi o qədər də peşəkar deyil”, ”Hazırda əksər direktorlar vəzifələrini icra edə bilmirlər“, “Bizim məktəbləri idarə edən direktorların böyük əksəriyyəti buna hazır deyil”, “Sivil ölkələrdə... “ və s. və i.a.   Başlayaq elə “Biz hələ buna hazır deyilik”, statusundan. Niyə hazır deyilik və hazır olmamalıyıq? Məgər Sovet adlanan 70 illik bir dönəmda müəllimlər Nazirliyin mərkəzləşdirilmiş imtahanından keçib müstəqil peşə fəaliyyətinə qədəm qoyurdular, yoxsa ali məktəbin astanasından birbaşa ixtisasları üzrə məktəblərə təyinat alırdılar? Bəlkə, ali və orta ixtisas məktəblərini bitirən müəllimlərin rayon təhsil şöbələri tərəfindən yerlərə göndərilməsi və direktorların rayon və şəhər təhsil şöbələri və idarələrinin təqdimatı əsasında rəhbər vəzifəyə seçilməsi yadımızdan çıxıb? Hətta bir ara müəllimlərin işə qəbulunu məktəb rəhbərlərinə, direktorlların seçimini isə kollektivlərə də həvalə etmişik. Hazırrda əksəriyyətimiz həmin məktəb direktorlarının rəhbərlik etdiyi kollektivdə çalışan müəllimlərin yetirmələri deyilik?   Müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətindən çıxarıldıqdan  bir müddət sonra  Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli, 445 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları”nın həddən artıq yüklü olması ilə yanaşı, onun anti-demokratik, anti-humanist xarakterinə, müəllimlərin işlə təmin olunmasında ciddi problemlər yaşanmasına,  xeyli vakant yerlərin boş qalmasına, məzunların sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu" yaranmasına dəfələrlə diqqət çəkildikdən sonra “Qaydalar”dakı 70 maddə ixtisar edilərək 41, daha sonra isə 35 maddəyə endirildi. Hazırda bu qaydalar dəfələrlə dəyişdirilib və  yenilənməsini bir daha qaçılmaz edir. Göründüyü kimi bütün mümkün və mümkünsüz variantlar dəfələrlə bilavasitə tətbiqetmə yolu ilə yoxlanılıb və sınaqdan keçirilib.   Digər tərəfdən Nazirin bu açıqlaması hər şeydən əvvəl “təhsilin demokratikləşdirilməsi və humanistləşdirilməsi”, “səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplər hələ 1999 – cu ildə Dövlət islahat komissiyası tərəfindən hazırlanmış və  Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasinin təhsil sahəsində islahat Proqramı”nın mühüm müddəaları ilə tam uzlaşmaqla bərabər həm də  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsildə nəticələrə görə cavabdeh,  şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması vəzifəsinin həyata keçirilməsi istiqamətində atılacaq növbəti bir addımdır. Yəni, təhsilə dair bütün normativ hüquqi aktlarda, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilir.   O da məlumdur ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və  cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması,  Strategiya”da nəzərdə tutulmuş beş strateji istiqamətdə həyata keçiriləcək genişmiqyaslı tədbirlərdən biridir.   Daha nəyi gözləməliyik? Gözləməliyik ki, “direktorlar hegemonluq vərdişlərindən nə vaxt əl cəkəcələr”, “onlara təsir və təzyiq edənlərin kökü nə vaxt kəsiləcək”, “qohumbazlığa, dostbazlığa, vəzifəli şəxslərin sfarişlərinə nə vaxt son qoyulacaq”, “Kimlərsə nə vaxt ciblərini güdməyəcək” , “məktəb rəhbərləri nə vaxt peşəkarlaşacaq”, ” direktorlar vəzifələrini icra edə bilməyi nə vaxt öyrənəcək“, “nə vaxt  buna  hazır  olacağıq”, “nə vaxt sivil ölkələrin sırasına daxil olacağıq ...???  “ Bu kimi yanaşmalar təhsilimizin ətrafında inamsızlıq mühiti yaradır. Bir də ki, tez-tez istinad etdiyimiz sivil dövlətlərdən nəyimiz və haramız əksikdir. Özümüz təyin etdiyimiz rəhbərlərə etibar etməmək və etimad göstərməmək nə vaxta qədər davam edə bilər axı?   Bir məsələni də unutmayaq ki, təhsildə dövlət siyasətini ali icra hakimiyyəti orqanı olaraq Təhsil nazirliyi həjata keçirir və bu siyasətin gerçəkləşməsinə məsuliyyət daşıyır. Digər tərəfdən təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işi və ümummilli məsələdir. Əgər təhsilimizin gələcək inkişafına və tərəqqisinə yardımçı olmaq, bu məsuliyyətli  missiyaya hansısa töhfə vermək istəyiriksə, hətta dövlət səviyyəsində dəstəklənən fikir plyurializminin imkanlarından istifadə edərək nə dərəcədə tənqidi olsa belə irəli sürülən istənilən yeniliyə, onun daha da təkmilləşdirilməsinə yönəldilən rəy və təkliflərlərimizi verək. Qaldırlan məsələyə syasi don geyindirmək, məsələnin predmetinə ambisioz motivasiya vermək, loru dildə desək “mız” qoymaq, “qulp” qoymaq isə məni bağışlayın, nə dəstəkdir, nə tənqiddir... tamam başqa şeydir.   İstistisna etmirəm ki, fikirlərimlə razılaşmayanlar olacaq. Bu da təbiidir. Hər halda dediklərim mənim subyektiv fikirlərimdir.  Son olaraq Əbülqasim Firdovsinin bir kəlamına diqqət çəkmək istərdim. Dəqiq tərcümədən ehtiyatlanaraq  mənası rus dilində təxminən belə səslənir. «Если путь твой к познанию мира ведет, Как бы ни был он долог и труден - вперед!»   Fürsətdən yararlanaraq, əziz və hörmətli oxucularıma əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabını (rus və ya azərbaycan variantında) oxumağı tövsiyə edərdim. Daha irəli addımlamaq, yeni uğurlara imza atmaq üçün istəsək də, istəməsək də düşüncəmiz kamilləşməlidir.   Nadir İsrafilov

27 Dekabr 2016 19:10

Təhsil Nazirliyi bu kolleci “özbaşına” buraxıb

estakada

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür   Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əlbir olaraq, həm kollecin müəllimlərindən, həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir.  Azərbaycan təhsilindəki neqativ problemlər və rüşvət bəlası barədə mətbuatda hər zaman yazılar dərc olunur. Bir neçə il əvvəl Təhsil Nazirlinin rəhbərliyi dəişsə də, təhsildəki rüşvət problemi öz həllini tapmır. Qeyd edək ki, Azərbaycan dövləti postsovet ölkələr arasında təhsilə ən çox pul ayırır və təhsilin problemlərini ən çox diqqət mərkəzində saxlayır. Buna baxmayaraq rüşvət və korrupsiyanın təhsildə tüğan etməsi təhsilimizin inkişafını əngəlləyir və ölkə rəhbərliynin bu sahəyə ayırdığı  diqqət puça çıxır. Məsələnin ilginc tərəflərindən biri də odur ki, məhz Təhsil Nazirliyində çalışan bəzi məmurlar yerlərdə təhsil müəssisələrinin rəhbərləri ilə əlbir olaraq gənclərimizin normal təhsil almalarına qarşı sanki sipər olurlar. Nümunə olaraq Ağdamdan AzMedia.info-ya daxil olan məlumatı göstərə bilərik. Ağdamdan Ağdam Dövlət Sosial-İqtisadi Kollecindəki bərbad təhsil barədə AzMedia.info-nun elektorn poçtuna ünvanlanan şikayət məktubunda qeyd olunur ki, kollecin direktoru Natiq Cavadov Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovla əldir şəraitdə çalışaraq dövlətin təhsil müəssisəsini özlərinə şərikli biznes yaradıblar. Belə ki, şikayətçilər bildirir ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində demək olar ki, dərs keçilmir. Natiq Cavadov həm kollecin müəllimlərindən həm də tələbələrindən rüşvət alaraq onların kollecə gəlməməsinə izn verir. Məsələ ilə bağlı Ağdamda apardığımız araşdırma zamanı isə məlum oldu ki, şikayətçilər tamamilə haqqlıdırlar. Dərs saatnını olmasına baxmayaraq kollecə yollandığımız zaman burda heç kimlə rastlaşmadıq. Kollec bom-boşdu. Açığı suallarımızı ünvanlamaq üçün kollecdə heç kimi tapa bilmədik. Ətrafdakı insanlara verdiymiz sualların cavabı isə bizi sadəcə olaraq mat qoydu. Ağdamlılar elektron poçtumuza daxil olan məlumatları daha biabırçı bir şəkildə təsdiqlədilər. Belə ki, təsdiqlənən məlumata görə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinnin direktoru Natiq Cavadov bütün tələbələrdən semestr arası 500-700 manat arası alaraq onların semestr boyu təhsildən yayınmalarına icazə verir. Eyni vəziyyət müəllimlərlə də bağlı da qüvvədədir. Bizə bildirdilər ki, kollecin müəllimlərinin əksəriyyəti demək olar ki, bura ildə bir ya da iki dəfə gəlirlər. Çoxusu isə Bakıda müxtəlif sahələrdə çalışırlar. Bu qanunsuzluğu isə təbii ki, direktor təkbaşına edə bilməzdi. Bizə bildirdilər ki, Natiq Cavadovun bu işdə “biznes ortağı” Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qarabağ üzrə regional idarəsinin müdiri Məhəmməd Aslanovdur. Belə ki, Natiq Cavadov hər ay təyin olunmuş tarixdə Məhəmməd Aslanova içində bəlli miqdarda pul olan zərf yollayır. Bunun müqabilində isə Məhəmməd Aslanov Natiq Cavadovun “qoruyucu mələyinə” çevrilir. Təhsil Nazirliynə edilən şikayətlər birbaşa Məhəmməd Aslanova ünvanlandığı üçün, cənab Aslanov rahatca Nazirliyə məlumat verir ki, şikayət əsassızdır və kollecdə təhsil proqramma uyğun şəkildə aparlır. Halbuki kollecdə tələbə, ya da müəllim görən “möcüzə” ilə rastlaşdığını düşünür. Qeyd edək ki, Təhsil Nazirliyi bizim nə qədər haqqlı və yaxud haqqsız olduğumuzu bilmək istəsə, zəhmət çəkib Ağdama gələ bilərlər. Amma xahiş edirik əvvəlcədən Məhəmməd Aslanovu xəbərdar etməsinlər. O zaman onlar görəcəklər ki, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində səssizlikdən qulaq tutulur və burda nə insdən, nə də cinsdən əsər əlamət yoxdur. Birdə Nazirlik kollecin maliyyə vəsaitlərini necə xərcləməsini də yoxlasa, yerinə düşər. Çünki kollecdə böyük korupsiyanın döndüyünə şübhə yoxdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.pia

23 Dekabr 2016 16:15

Təhsil Nazirliyi:”Ödənişli əsaslarla qəbul planı ləğv olunub”

goz%c9%99lov

"Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı ləğv olunmayıb. Ali və orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu dövlət sifarişi (dövlət hesabına) və ödənişli əsaslarla aparılır. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq ali və orta ixtisas təhsili müəsisələrinə ödənişli əsaslarla qəbul planı ləğv olunub". Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib. S. Gözəlov deyib ki, 2016/2017-ci tədris ilinə qədər ödənişli əsaslarla müəyyən sayda tələbə qəbul etmək üçün dövlət tərəfindən ali təhsil müəssisələrinə müəyyən qəbul planı verilirdi və müəyyən məhdudiyyət qoyulurdu. S.Gözəlov qeyd edib ki,Dövlət Strategiyasına uyğun olaraq 2016/2017-ci tədris ilindən başlayaraq bu plan ləğv olunub və ali təhsil müəssisələrinə imkan verilib ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayını sifariş verə bilsinlər. Nazirlik rəsmisi vurğulayıb ki, bu zaman ali məktəblər üçün də müəyyən limit qoyulub və təhsil müəssisələrinin potensialı nəzərə alınıb: "Ali məktəblərin potensialı dedikdə bura kadr, infostruktur potensialı (maddi-texniki təchizat, auditoriya, laboratoriya fondu, avadanlıqlar, imkanlar) daxildir. Təhsil müəssisəsinin imkanı 100 nəfərə çatırsa, 1000 nəfərlik yer sifariş verə bilməz. Çünki onların tədrisi üçün laboratoriya, avadanlıq, auditoriya, müəllim lazımdır. Buna əsasən, ali məktəblər öz potensialına uyğun sifarişlər verir və ödənişli qəbul olan tələbələr üçün yerlərin sayı müəyyənləşdirilir. Ali məktəb sifariş verir ki, hər bir ixtisas üzrə bu qədər sayda ödənişli əsaslara tələbə qəbul edə bilərəm. Həmin yerlər Təhsil Nazirliyi ilə birgə müzakirə olunur, imkanlar aaraşdırılır, razılıqdan sonra ödənişli əsaslarla olan yerlərin siyahısı Nazirlər Kabinetinə göndərilir və təsdiq olunur. Dövlət sifarişli yerlərin sayı ilə bağlı isə birmənalı olaraq ixtisaslar üzrə dövlət tərəfindən konkret say verilir. Buna da ali təhsil müəsisələri müdaxilə edə bilməz. Dövlət sifarişi əsasında olan ixtisaslar üzrə tələbənin hansı universitetə düşəcəyi isə onun öz seçimindən asılıdır. Məsələn, tələbə dövlət sifarişinin tələblərinə uyğun olaraq yetərli bal yığıbsa, o texniki ixtisaslar üzrə Dövlət Neft və Sənaye Universitetini, Texniki Universiteti, Memarlıq və İnşaat Universitetini də seçə bilər. Ödənişli ixtisaslar üzrə plan yerlərini, proqnozunu isə universitet və kolleclər özləri dövlətə təqdim edir". S.Gözəlov əlavə edib ki, ödənişli ixtisaslar ali məktəblərin sifarişinə keçəndən sonra bu yerlər 10%-dən 30%-dək artıb. Onun sözlərinə görə, hər bir universitet əlavə maliyyə vəsaiti qazanmaq üçün ödənişli təhsil alan tələbələrin sayının çox olnasında maraqlıdır: "Bu dəyişikliklər və ölkə prezidentinin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanı da ali və orta ixtisas təhsili müəssisələrə verilən sərbəstliyin həm artırılmasına imkan verir, həm də onların maliyyə imkanlarının genişlənmənsinə şərait yaradır". (APA)

22 Dekabr 2016 12:45

Buraxılış imtahanında fənlərin sayının artırılması gözlənilir –IX siniflər üzrə

imtahan

  Gələn ildən IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Hazırda XI sinif üzrə buraxılış imtahanlarından birinin xarici dildən olduğunu deyən M. Abbaszadə gələn ildən IX sinifdə xarici dildən buraxılış imtahanlarının olacağını istisna etməyib. Onun sözlərinə görə, bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və Riyaziyyatdan imtahan verəcəklər: “Ola bilsin ki, gələn ildən IX sinifdə imtahanlara üçüncü fənn kimi xarici dil əlavə olunacaq. Bununla bağlı biz bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək”. M.Abbaszadə Azərbaycanda kurrikulumla təhsil alan şagirdlər üçün iki ildən sonra vahid imtahanların tətbiqinə də aydınlıq gətirib. M.Abbaszadə vurğulayıb ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır və bundan asılı olaraq konkret fikir bildirmək olar. Direktorlar Şurasının sədri əlavə edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin fevralın sonu-martın əvvəlində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ilk imtahan Bakıda təşkil olunacaq və bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda da keçiriləcək: “Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanlarının 3 həftə ərzində, martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Mayın əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq. Buraxılış imtahanlarının II mərhələsi isə orta məktəblərdə dərslər başa çatdıqdan sonra, iyun ayında olacaq. İyunun 15-dən sonra yenidən dörd istiqamət üzrə ikinci mərhələnin imtahanları olacaq. İkinci mərhələdə qapalı test imtahanı olacaq. Bu imtahanın nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək”. M. Abbaszadə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacağını deyib. Onun sözlərinə görə, XI sinif məzunları üçün buraxılış imtahanları iyun ayında keçiriləcək. (APA)

19 Dekabr 2016 17:28

Hacıbala Abutalıbov nazirliyə qalib gəldi

ags

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsindən bağçaların özəlləşdirilməsi ilə bağlı müddəa çıxardılıb.   Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bununla bağlıModern.az saytına açıqlama verib.   Deputat bildirib ki, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ayrı-ayrı deputatlar öz təkliflərini göndərəndən sonra məktəbəqədər təhsil müəssilərinin özəlləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılıb.   “Bilirsiniz ki, qanun layihəsi I oxunuşda Milli Məclisdə müzakirə edilib. Biz təkliflərdən sonra bunun üzərində işlədik. Biz Elm və təhsil komitəsinin iclasında qanun layihəsinin 2-ci oxunuş üçün olan varinatını müzakirə etdik. Özəlləşdirmə ilə bağlı müddəa yeni varintda öz əksini tapmayıb. Çünki deputatların, ekspertlərin fikirləri, ictimai rəy bundan ibarət oldu ki, özəlləşdirmə məktəb və təhsil sahəsinə fayda verə bilməz. Buna görə də, məsələ qanun layihəsindən çıxarıldı və məsələyə nöqtə qoyuldu”.   Komitə sədri Bakıdakı bağçaların Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə verilməsinin qanun layihəsində öz əksini tapmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu məsələ heç zaman qanun layihəsində öz əksini tapmayacaq.   “Bağçaların hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi “Məktəbəqədər təhsil haqqında" qanunun predmeti deyil. Bu məsələ, müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə müəyyən olunur.

19 Dekabr 2016 13:35

Rektordan sərt qərar –Universitetdə 6 prorektor və 20-dək əməkdaş işdən azad olundu

0000000

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub. Bu barədə açıqlama verən universitetin rektoru Havar Məmmədov deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar.H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara düşdüyünü deyən H. Məmmədovun sözlərinə görə, universitetdə struktur dəyişiklikləri də edilib: “Həmin vaxta kimi ali məktəbdə 9 prorektor olub. Bu sayda prorektor heç Moskva Dövlət Universitetində yoxdur. Universitetdə aparılan struktur dəyişikliyi nəticəsində onlardan 6-sı işdən çıxarılıb və bu gün 3 prorektor işini davam etdirir. Bu vaxta kimi kənardan yalnız 2 işçi və özümə müşavir gətirmişəm”. Rektor vurğulayıb ki, mövcud nizamnaməyə əsasən, bakalavr təhsili alan tələbələr universitetdə yalnız köməkçi heyətdə-laborant, baş laborant, mühəndis və digər işlərdə çalışa bilər, müəllim kimi dərs deyə bilməz. Amma Qafqaz Universitetində bakalavr təhsili alan gənclər müəllim kimi işə götürülüb və bu gün onların sayı 30 nəfərə yaxındır: “Həmin gənclərlə mütəmadi görüşlər keçirilir, vəziyyət izah edilir. Onlardan 13-ü universitetdə fəaliyyət göstərməklə yanaşı, magistratura pilləsində təhsil alır. Bu günə kimi həmin müəllimlərin heç biri işdən çıxarılmayıb və Yeni ildə də onların işdən çıxarılması nəzərdə tutulmur, sadəcə universitet daxilində təhsillərinə uyğun şərait yaradılacaq”. H. Məmmədov ali məktəbin yataqxanalarındakı vəziyyətlə bağlı bildirib ki, 200-ə yaxın tələbənin qaldığı 2 yataqxanada (qızlar və oğlanlar üçün ayrı) bütün lazımi şərait yaradılıb, onlar gündə 3 dəfə yeməklə təmin olunurlar. Universitetin əlavə yataqxanasının tikilməsi gündəmdə deyil: “Gələcəkdə yeni yataqxananın tikintisi nəzərdə tutulur. Amma bu gün gündəmdə ali məktəb üçün əlavə tədris korpusunun tikilməsi var. Keçmiş rəhbərlik bu işə başlasa da, yarımçıq qalıb. 2017-ci ildə yeni korpusun tikintisi davam etdiriləcək”. APA

16 Dekabr 2016 14:15