Telman İsmayılov türk şirkətlərinə qarşı 15 milyon lirəlik iddianı uduzub

telman

5 Yanvar 2017 16:37

Xəbər 12 dəfə oxunub

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

Faktinfo.az  xəbər verir ki, “Asya İnşaat A.Ş.”, “Güçlü İnşaat Ltd” və “Ekodizayn İnşaat Peyzaj Ltd” şirkətləri T.İsmayılovun Antalyada inşa etdirdiyi “Mardan Palace” hotelinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən, sifarişçi hotelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği ödəməyib. Ümumilikdə, 3 şirkətə 13 mln. lirədən (6,5 mln. manat) artıq vəsait ödənilməlidir.

Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Hotelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.

Sonuncu məhkəmə prosesində hakim hotel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə “Mardan Palace” şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə (7,3 mln. manat) ödəməlidir.

Əl-Babda türk hərbçilərlə savaşan terrorçulara bu şəxs rəhbərlik edir

dba1a2bf-8fa6-44f6-ab53-78cefb55d44c_292

Suriyanın Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasına Tacikistan daxili işlər nazirinin keçmiş müavini, Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinin (XTMD) komandiri, polkovnik Gülmurad Halimov (Əbu Ömər Halimov) başçılıq edir. Faktinfo.az "Milliyet"ə istinadən xəbər verir ki, o, ötən ilin iyununda koalisiya qüvvələri tərəfindən zərərsizləşdirilən Əbu Ömər əl-Şişanini (Tarxan Batiraşvili və ya çeçen Ömər) əvəzləmişdi. Məlumata görə, Gülmurad Halimov ABŞ-ın təlim verdiyi silahlılardandır. O, 1975-ci ildə Tacikistanda anadan olub. 1997-ci ildə XTMD-nin sıralarına qoşulan Gülmurad Halimov Orta Asiyada baş verən “rəngli inqilablar” zamanı bu dəstədə təmsil olunub. Xəbərdə bildirilib ki, G.Halimov Rusiyada hərbi hazırlıq deyil, təcrübə keçib. Amma ABŞ-da təlim görüb. O, Dövlət Departamentinin hərbi məşq proqramlarında iştirak edib. Qurumun məlumatına görə, G.Halimov həmin kurslarda terror aktlarının qarşısını almağı və dəf edilməsini öyrənib. O, ABŞ-da üç dəfə səfərdə olduğunu, eləcə də "Blackwater" xüsusi müəssisəsində hərbi təlim keçdiyini etiraf edib. G.Halimov snayperdir. O, 2015-ci il sentyabrın 29-da ABŞ Dövlət Departamenti, 2016-cı ilin fevralında isə BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu olaraq tanınıb və ona qarşı sanksiya tətbiq edilib. 2016-cı ilin avqustunda “Ədalət uğrunda mükafat proqramı” çərçivəsində Dövlət Departamenti Gülmurad Halimovun ölüsünə və ya dirisinə 3 milyon dollar mükafat təyin edib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Əl-Babın İŞİD terrorçularından təmizlənməsi istiqamətində döyüşür.

18 Yanvar 2017 19:54

Ən iri miqyaslı yenidənqurma: min kilometrlərlə kabel, yarımstansiyalar, transformatorlar..

177236_res_0155

“Azərişıq” ASC ötən il görülən işlərin yekunlarına dair məlumat yayıb. Şirkətdən virtualaz.org-a daxil olan məlumata əsasən  prezident  İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib. Yararsız vəziyyətə düşən və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz edilib. “Azərişıq” ASC bildirir ki, Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda  “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. O cümlədən 2016-cı ildə regionlarda: - 30,7 km 110 kV-luq hava xətləri; - 59,0 km 35 kV-luq  kabel  və  308,7 km hava xətləri; - 338,7 km 6-10 kV-luq  kabel və  1810,7 km hava xətləri; - 420,5 km 0,4 kV-luq kabel və  376,6 km hava xətləri; - 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib; - 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılmış; - 127 589 ədəd dayaq basdırılıbr. Bundan əlavə, uzunluğu  35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.  İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir. “Azərişiq” ASC-nin mətbuat xidməti ◀▶  

18 Yanvar 2017 11:57

Aqrar Universitetdə magistr dissertasiyalarının yerinə yetirilməsinə dair metodiki seminar keçirilib

IMG_1155

Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi olan magistraturada təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə vacib olan məsələlərdən biri də magistratura səviyyəsində təhsilin yekun mərhələsi olan magistrlik dissertasiyasının müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsidir.  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə qeyd olunan məsələni müzakirə etmək məqsədilə universitetin Magistr Hazırlığı Mərkəzi tərəfindən 1-ci kurs magistrantlar üçün magistrlik dissertasiyalarının yerinə yetirilməsi dair metodiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov magistratura səviyyəsində tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor deyib ki, aqrar sahədə əmək bazarının tələblərinə uyğun elmi-pedaqoji kadrların hazırlanması magistratura səviyyəsində fundamental və tətbiqi xarakterli dissertasiya işlərinin yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.          Sonra, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, texnika elmləri doktoru, professor Qabil Məmmədov, Magistr Hazırlığı Mərkəzinin direktoru, dosent Aydın İsayev, gənc müəllimlərdən Rahil Muradov, Xanım Həsənova çıxış edərək magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər barədə danışıblar. Çıxışların sonunda magistrantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

17 Yanvar 2017 17:46

Eldar Mahmudovun baş istintaqçısı Pərviz Həşimliyə telefon açdı

perviz-hesimli-yeni-300x202

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı Gununsesi.info-nun sərgilədiyi prinsipial mövqe, habelə, generalın bir gün “bandotdel”də saxlanması barədə xəbərimiz deyəsən, onu bərk əsəbləşdirib. Belə ki, baş redaktorumuz Pərviz Həşimliyə telefon açan Mövlam Şıxəliyev ondan yazıların səbəbini soruşub. Bu dialoqun ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alıb, həmin söhbətin bəzi məqamlarını təqdim edirik: Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz? Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi? Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız. Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı? Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub. Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir… Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutuanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək. Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız? Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

16 Yanvar 2017 12:49