Türkiyə qəzeti terrorçunu Obamanın fotoları əsasında axtarmağı təklif edib! (FOTO)

6 Yanvar 2017 18:41

Xəbər 35 dəfə oxunub

Xarici KİV-lər xəbər verir ki, Türkiyənin «Yeni Akit» qəzeti İstanbul qatilini Barak Obamanın fotoları əsasında axtarmağı təklif edib. Qəzet, İstanbuldakı gecə klubuna hücumla Vaşinqtonun əlaqəli olmasının mümkünlüyü barədəki xəbərə belə reaksiya verib.

Belə ki, «Yeni Akit» qəzeti özünün saytında və «Tvitter»də bir kollaj dərc edib. Kollajda ABŞ Prezidenti İstanbul qatili rolunda təqdim olunub.

Təsvirin sağında qatilin şəkili verilib və onun sifəti Obamanın sifətinə dəyişdirilib. Solda isə ABŞ dövlət başçısının adi şəkillərindən biri verilib. Kollaj bu adla dərc olunub: «Qatilin ən aydın fotosu».

Qəzetin saytındakı materialda yazılıb ki, sosial şəbəkələrdəki müzakirələrdə İstanbulun gecə klubundakı qətliamda Vaşinqtonun mümkün iştirakından söhbət açılır.

Bu arada Türkiyə hakimiyyəti artıq xəbər verib ki, İstanbul qatili xaricdə gizlənə bilər – onun əlaqələri və gizlənə bidəcəyi mümkün ünvanlar artıq müəyyən olunub.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24