Türkiyə şirkətlərinə qarşı sanksiya tətbiq edildi

176084_res_01

9 Yanvar 2017 20:22

Xəbər 9 dəfə oxunub

ABŞ Ticarət Nazirliyi Türkiyənin iki şirkətinə və üç fiziki şəxsinə qarşı sanksiyaların tətbiq edilməsi barədə məlumat yayıb. Buna səbəb həmin hüquqi və fiziki şəxslərin İranla əlaqələridir.

bu barədə TASS agentliyi məlumat yayıb. Agentliyin verdiyi xəbərə bildirilir ki, Murat Taşkıran və “Kompozit Kimya” şirkəti ABŞ qanunlarına zidd olaraq, İrana “Amerika istehsalı olan yüksək keyfiyyətli karbon liflərinin” ixracatına görə “qara siyahı”ya salınıblar.

Bundan başqa, Reşit Tavan, Fulya Kalafatoğlu Öztürk və “Ramor group” şirkəti “İran hərbçilərinin istifadəsi üçün Amerika istehsalı olan malların İrana ötürülməsi”ndə günahlandırılıblar və onlara qarşı sanksiya tətbiq edilib.

Bundan sonra adı çəkilən şirkətlər və fiziki şəxslərə qarşı ABŞ-da xüsusi ixracat rejimi qüvvədə olacaq.

Neftin qiyməti düşə bilər,Səudiyyə Krallığı razılaşmadan imtina edir

opec

“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur”. Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib: “İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”, – deyə nazir qeyd edib. O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: “Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək”. Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır. Qeyd edək ki,bu açıqlama dünya bazarlarında neftin qiymətini ucuzlaşdıra bilər.

16 Yanvar 2017 17:45

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:“Tramp ağlına nə gəldi danışmamalıdır”

brenan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan prezident seçilmiş Donald Trampa işə başlayandan sonra “nə gəldi danışmaması” barədə xəbərdarlıq edib. O deyib ki, “bədahətənlik” milli təhlükəsizlik maraqlarına ziddir. Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trampın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub. Brennan həmçinin deyib ki, Tramp Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir: "Məncə cənab Tramp Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyə Brennan bildirib.  (Azadlıq radiosu) Cənab Brennanın “Fox News Sunday” proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaşdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb. Tramp ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib. Bu arada Kreml və Trampın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər. Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi. Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə “danışmaq və tvit” yazmaq yaraşmaz. Kəşfiyyata barmaq tuşlamaq "Bədahətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, – deyən Brennan “burada söhbət təkcə Trampdan getmir, Amerika Birləşmiş Ştatlarından gedir” əlavə edib. MKİ direktoru həmçinin Trampın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib: “Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” O, Trampı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə “kəşfiyyata barmaq tuşlamamağa” çağırıb. Lakin Tramp bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, “Washington Post” qəzetinin qocaman jurnalistlərindən Bob Vudvard da hesabatın sızdırılmasına görə xüsusi xidmətləri günahlandırıb. Taump yazıb ki, media ondan üzr istəməlidir.

16 Yanvar 2017 11:59