Türkmənistanda “gülənçilər ovu” başlandı –Təhlil

12 Dekabr 2016 13:48

Xəbər 32 dəfə oxunub

Türkiyə prezidenti Tayib Ərdoğanın ardıcılları Təqsim meydanında  mitinq zamanı

© AFP 2016, Ozan Kose

 

Nik Eşdaun

EurasiaNet.org (ABŞ), 11.12.2016

 

Türkmənistan xüsusi xidmətləri Türkiyə din xadimi Fətüllla Gülənin onlarla ehtimal edilən ardıcılını həbs edib. Bu haqda onların dost-qohumları xəbər verib. Xaricdə təhsil alan Türkmənistan vətəndaşı, saxlanılanların bir neçəsinin şəxsi tanışı Nepes Əzizov deyir: “Adamları aparıb 30-40 gün saxlayır, kiminsə adını çəkənə qədər işgəncə verirlər. Kiminsə adını deməsən, buraxmırlar”.

Türkmənistanı üçün mühüm tərəfdaş olan Türkiyə hökuməti beynəlxalq islamçı hərəkatın başında duran, Mərkəzi Asiyada yaxşı təmsil edilən Güləni bu ilin iyulunda Türkiyədə baş tutmamış qiyamın təşkilində ittiham edir. Ankara ölkə daxilində hərəkat üzvlərinə hücumları davam etdirir və qonşu dövlətləri də Gülən ardıcıllarına münasibətdə sərt tədbirlər görməyə çağırır. Qazaxıstan və Qırğızıstan daxil olmaqla bəzi ölkələr yardımdan imtina edib, lakin hər şeyə əsasən, Türkmənistan bu çağrışa səs verib. Britaniyanın Qlazqo universitetindəki Mərkəzi Asiya üzrə mütəxəssis, professor Luka Ançeşçi deyir: “Ankara olduqca əhəmiyyətli tərəfdaşdır, çünki Türkiyə ənənə üzrə Türkmənistana (birbaşa xarici investisiyaların) önəmli qaynağıdır”.

Ançeşçinin sözlərinə görə, Türkiyə az-az ölkələrdən biridir ki, Türkmənistan vətəndaşları xüsusi çətinlik olmadan səfər edir və o bu qayda ilə nəfəslik rolunu oynayır və narazılara Türkmənistanda qalıb problem yaratmaq əvəzinə çıxıb germək imkanı verir.

O bildirir ki, “Hansısa br anda getməyə və haradasa işləməyə imkan vermək lazımdır – xüsusən də gənclərə. Əks halda hər şey barıt çəlləyinə çevrilir” və əlavə edir: “Bu cür imkan Türkmənistandakı iqtisadi böhran fonunda indi xüsusən vacibdir”.

Ekspertin sözlərinə görə, “Türkmənistan vətəndaşlarının Türkiyəyə getmək imkanı olsun deyə Türkmənistan hökuməti Türkiyə prezidenti Ərdoğan və hökumətinin tələblərini yerinə yetirməyə daha çox meylli olacaq”.

Zamanında Gülən məktəblərindən birini bitirmiş Türkmənistan biznesmeni Kemek Geldıyev repressiyaların başlandığını eşidər-eşitməz oktyabrda digər adamlarla yanaşı Türkmənistandan qaçıb. “Dostlarımızı həbs edəndə bunun bizim də başımıza gələ biləcəyini gözləyib xaricə getdik, – o, EurasiaNet.org-a deyib. –Bundan sonra da belə getsə, çoxları çıxıb gedəcəklər”.

Geldıyevin sözlərinə görə, yüzə yaxn adam həbs edilib və sorğuya tutulub. Müəllim, iş adamı və mühəndislər daxil olmaqla onlardan 20-30-u həbsxanada qalmaqdadır. Türkmənistan vətəndaşlarının əksəriyyəti elektron poçtla EurasiaNet.org-la yazışmada bu rəqəmləri təsdiqləyib.

Xaricdə təhsil alan Н. Х.-in dediyi kimi, onun biznesmen və Gülən məktəbinin məzunu olan qardaşını oktyabrın əvvəlində həbs ediblər. O və ailənin başqa üzvləri həmin ay ona həbsxanada baş çəkməyə nüvəffəq olublar. O, elektron poçtlaEurasiaNet.org-a xəbər verib: “Onunla görüşəndə saxlanma şəraiti haqda heç nə demədi. Lakin sifətindən və dərisindən dərhal görünürdü ki, onu işgəncəyə məruz qoyublar”.

Н. Х.-nin bir neçə nəfər söylədikləri ilə üst-üstə düşən sözlərinə görə, onun qardaşının vəkili yoxdur. “Hüquqşünaslar da hökumətdən qorxurlar, – o yazıb. –Bu ölkədə qanunlar işləmir”.

Fəalların dediyinə görə, işgəncə Türkmənistanda geniş yayılmış hadisədir. “Bu, dünyada ən repressiv hökumətlərdən biridir, lakin hətta son repressiyalar onun üçün də xüsusən amansızdır”, – deyə Human Rights Watsch-un Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin direktor müavini Reyçel Denber EurasiaNet.org-a elektron məktubunda bildirib.

 

Türkmənistanda “türk məktəbləri” adlandırılan ilk Gülən məktəbləri respublikada 1993-cü ildə açılıb. Gülən şəbəkəsi çərçivəsində fəaliyyət göstərən orta məktəblər, dil mərkəzləri və universitet ingilis və türk dilləri, həmçinin Gülən təlimi daxil olmaqla Qərb üslubunda təhsil proqramı ölkənin ən yaxşı təhsil müəssisələri nüfuzu qazanıb. Ola bilsin, prezident Qurbanqulu Berdımuhəmədov sələfi Saparmurat Niyazov qədər Gülən hərəkatı ilə yaxın münasdibətdə olmadığından məktəblərin əksəriyyəti hələ 2011-ci ilin avqustunda bağlanıb.

Vudro Vilson mərkəzində Mərkəzi Asiya üzrə ixtisaslaşan və Qərb ölkələrinin Türkmənistanda yaşayaraq araşdırma aparan tək-tük vətəndaşlarından biriViktoriya Klement deyir: “Bunun niyə baş verdiyini heç kim bilmir. Şübhə var ki, (Berdımuhəmədov) Gülən ardıcıllarını son dərəcə nüfuzlu sayır”.

Türkmənistan təhsil sisteminin tarixi haqda kitabı gələn il çap olunmalı olan Klement bildirir: “Onlardan islamı yeritməyə görə şübhələnirlər, hökumət isə bu sahə üzərində nəzarəti saxlamaq istəyir. Bundan savayı, ardıcıllarla qalan cəmiyyət arasında müəyyən mübahisələr var idi”.

Klement əlavə edir ki, bəziləri hesab edirlər ki, Gülən məktəblərinin şagirdləri daha mühafizəkar dindar olublar və “bu, valideynləri narahat edir. Son zamanlarda Ərdoğandan türklər və türk məktəbləri haqda siqnallar gəlirdi və Türkmənistan hökuməti indi bu məktəblərin məzunlarını işə könülsüz götürür və artıq bu sistemdə işləyənlərə böyük şübhə ilə yanaşır”.

O, əlavə edir ki, türk məktəbləri ölkədə ən yüksək ixtisaslı müinlərlə gənc buraxıb vəonların “bağlanması cəmiyyət üçün dəhşətli zərbə idi”.

 

Tərcümə Strateq.az-ındır.

Rus mətbuatı Ziya Məmmədovun həbs ehtimalından yazdı:“Bu, Fərhad Əliyev və Eldar Mahmudov işinə çox bənzəyir” – Təhlil

EAdaily.com, 17.02.2017   Cari həftə Azərbaycanda artıq iki il gözlənilən hay-küylü xəbərlə başlanıb.Prezident İlham Əliyevin sərəncamı ilə iki nazirlik – Rabitə və Yüksək Texnologiyalar Nazilriyi ilə Nəqliyyat Nazirliyi birləşdirilib. Yeni nazirliyə indiyə kimi rabitə və yüksək texnologiyalar naziri vəzifəsini tutmuş Ramin Quluzadə başçılıq edir, 2002-ci ildən nazir vəzifəsini tutan 65 yaşlı Ziya Məmmədov isə istefaya göndərilib. Bu xəbər böyük əks-səda doğurub, çünki Məmmədov Azərbaycanda ən nüfuzlu adamlardan biridir. Və qeyd etmək lazımdır ki, cəmiyyət ona böyük neqativlə yanaşıb. Məmmədova çoxları qeyri-simpatik idi və nifrət edirdi – xüsusən də dövlət məmuru işlədiyi illərdə topladığı böyük sərvətə görə. Nazir-oliqarx Ziya Məmmədov və atasının biznesinin böyük qismini yönəldən oğlu Anar Məmmədovun adı müxtəlif qalmaqallarla bağlı KİV-də dəfələrlə xatırladılıb. Məmmədovlar tayfasını rüşvətxorluq, israfçılıq, hərki-hərkilik və hətta “yaş işlər”də ittiham ediblər.   Kreslosunu özü ilə aparıb   Ziya Məmmədov Azərbaycanda son nəqliyyat naziri oldu. Yəni istefa motivləri hər necə olur-olsun, o, çox yaxşı getdi. Demək olar ki, eynilə əvvəllər milli təhlüksizlik naziri Eldar Mahmudovun 2015-ci ildə getdiyi kimi. Məmmədov uzaq 1971-ci ildə dəmiryol maşınçısının köməkçisi kimi işə başlayıb. Sonra elektrovoz maşınçısı, 1980-1981-ci illərdə ilk partiya təşkilatının katibi, 1981-1983-cü illərdə depo həmkarlar ittifaqı komitəsinin sədri, 1983-1984-cü illərdə Yollar İdarəsində lokomotiv dispetçer, 1984-1987-ci illərdə Biləcəri lokomotiv deposunun rəis müavini, 1987-1989-cu illərdə Biləcəri lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi işləyib. 1989-cu ildə 1991-ci ilədək işlədiyi Gəncə lokomotiv deposunun rəisi vəzifəsinə göndərilib. 1991-1993-cü illərdə Azərbaycan dövlət dəmiryolları lokomotiv təsərrüfatı xidmətinin rəisi olub. 1993-1996-cı illərdə yol rəisi müavini, 1996- 2002-ci illərdə isə Azərbaycan Dövlət Dəmiryollarının rəisi vəzifəsində çalışıb. Ziya Məmmədov 2002-ci il avqustun 8-də Azərbaycan Respublikası nəqliyyat naziri təyin olunub.   Portfelsiz nazir   Məmmədov yaxın illərdə ölkənin ali rəhbərliyinin qəzəbinə tuş gəlib. Ehtimalən, bu, 2014-cü ilin fevralında baş verib. Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin ardıcıl şəkildə azaldılması məhz bu dövrdən başlanıb ki, bu da Məmmədovun milyonlarla gəlir qaynağından məhrum olduğunu bildirib. Sonra Məmmədovların ailə biznesində də problemlər üzə çıxıb. Məmmədov portfelsiz nazirə çevrilib və heç harada gözə dəyməməyə çalışıb, övladı isə ümumiyyətlə ölkəni tərk edib. “Azadlıq”ın 2016-cı il 26 fevral məlumatına əsasən, Anar Məmmədov yaşamaq üçün ailəsi ilə həmişəlik İngiltərəyə köçüb və vətənə dönmək niyyətində deyil. Bu arada KİV işlərin bu cür kəskin şəkildə dəyişilmə səbəblərini sezməyə başlayıb.Versiyalar ifadə olunub ki, Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində avtobusun iştirakı ilə qəzadan sonra ona olan etibar sarsılıb. Hadisə iyunun 11-də 08.30-da Atletlər kəndinin nəqliyyat deposunda baş verib. “Bakubus” ASC-ə məxsus avtobus zolaqdan kənara çıxaraq avstriyalı sinxronçular Vanessa Saxinoviç və Luna Payeri vurub, həmçinin bir neçə başqa idmançı yaralanıb. Tezliklə ortalığa məlumat çıxıb ki, avtobusu əvvəllər mühakimə olunmuş sürücü idarə edib. Bu hadisə Bakının imicinə müəyyən qədər zərbə vurub, ölkə siyasi müxalifətinin və Oyunların keçirilməsi əleyhdarlarının əlinə kozır verib. Həmçinin başqa versiya qismində Anar Məmmədovun Respublika Gününə həsr edilmiş rəsmi qəbulda görünməsi – ki, protokola sığışmır – baş nazirin gözdən düşmüş keçmiş birinci müavini Abbas Abbasovla dostluq, Rusiya prezidentiVladimir Putinə birbaşa çıxış axtraışları, hələ o zaman ABŞ prezidentliyinə namizəd Donlad Trampla məxfi sövdələşmələr, “maliyyə xəyanəti”nin açıması irəli sürülür.   KİV təxmin edir, Əliyev sərəncam verir   Bütün bu əhvalatlar ölkədə parlament seçkilərinin astanasında hiss olunacaq dövriyyə toplamağa başladı. Buna görə də qənaətə gəlindi: struktur dəyişiklikləri yetişib, lakin yanlız seçkilərdən sonra baş verəcək. Bununla belə, prezidentin qərarını 17 ay gözləmək lazım gəlib. Bu yubatmanın cəmiyyətdə Məmmədova qarşı ehtirasların səngiməyinə hesablanıb-hesablanmadığı və yaxud hələ Heydər Əliyevin yüksək vəzifə etibar etdiyi məmur üçün daha bir şans nəzərdə tutulduğu hələlik aydın deyildi. Ola bilsin, bütün bu vaxt ərzində hökumətin sadəcə yadına düşməyib. Ancaq onun hakimiyyətdə saxlanması Azərbaycanın analitik mühitində çaşqınlıq və fikir ayrılığına səbəb olub. Məmmədovun "fatihə"sinin artıq verildiyinə nisbətdə şübhəni onun milyarder, ABŞ prezidenti kreslosunu tutan Donald Trampla dostluq və işgüzar münasibətləri də möhkəmləndirib. Fikir bildirilib ki, Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə Ziya Məmmədovun yardımı sayəsində Vaşinqtonla münasibətlər yenidən qaydaya salınacaq. Və hətta bununla bağlı Məmmədova baş nazir yeri güman edilirdi. Görünür, Məmmədovun özündə də Trampın ABŞ prezidenti postuna seçiləcəyi halda mövqeyinin güclənəcəyi və “günahlarının” yuyulacağına bəzi ümidləri var idi. Bəzi məlumatlara əsasən, ilkin seçkilərdə Trampın hər qələbəsindən sonra Məmmədov Bakıda bunu yaxınları ilə “Meridian” otelində qeyd edib. Bu arada Amerika KİV-ləri məlumat vermyə başladı ki, Azərbaycan oliqarxının oğlu Anar Məmmədovla əməkdaşlıq Trampa şərəf gətirmir.   "Not only business"   Azərbaycan analitikləri Ziya Məmmədovun istefasında siyasi siyasi motivlər görmürlər. Politoloq Zərdüşt Əlizadə istefanı EADaily-yə şərh edib: “Ziya Məmmədov prezidentin etimadını doğrultmayıb, missiyasını yerinə yetirməyib, budur, onu da işdən çıxarıblar. Axı hər kəs ölənə kimi ömrüboyu vəzifədə oturmamalıdır. Zaman-zaman kimisə işdən çıxardırlar. Nəqliyyat nazirliyinin yüksək səviyyədə korrupsiyalaşdığı və effektsiz işi nəzərə alınmaqla bu müəssisəni buraxıb başqa nazirliklə birləşdirib, bu gün hakimiyyətin böyük etimadından yararlanan yeni nazir təyin ediblər”. Başqa ekspert – Tofiq Abbasov Məmmədovun istefasını Azərbaycanda aparılan böyük yenidəntəşkil işinin başlanğıcı sayır: “Mətbuatdakı materiallara əsasən, bu, ölkə rəhbərliyini qane etməyib və prosesin gedişində hər şeyi və mövqeyini itirib. Ziya Məmmədov işin bəzi sektorlarından məhrum olmaqla ordusuz generalı xatırladırdı. İş elə buna da gedirdi. Digər tərəfdən, ölkədə səlis islahatlar gedir, bəzi müəssisələr, nazirliklər və s. birləşir. Prezident İlham Əliyevin özü dəfələrlə deyib ki, məmur aparatı bir qədər şişib və düşünürəm ki, bu, böyük yenidəntəşkil, struktur dəyişiklikləri, innovasiyalı qərarların yalnız başlanğıcıdır. Uduş bunda olacaq ki, millli bürokratiyanın tutumu azalacaq, idarəçilik sistemi nizama salınacaq, daha işlək və çevik olacaq”. Ekspertin sözlərinə görə, məsələ istisnasız olaraq hakimiyyətin qanadları arasındakı səlahiyyətlərin məhdudlaşdırılması, idarəçilik trendlərinin səmərəliləşdirməkdədir. Politoloq qeyd edir: “Ziya Məmmədov Trampın nə cür tərəfdaşı olur-olsun, o, böyük bir ölkənin prezidentidir və buna görə də ABŞ-ın maraqları xeyrinə qərar qəbul edir. Yəni Tramp müvəqqəti olaraq, ən azı, dörd il öz biznesini unutmalıdır ki, xaricdəki, o cümlədən ölkəmizdəki bir çox layihələrini yığışdıraraq bunu da edib”.   Tutacaqlar, tutmayacaqlar?   Ziya Məmmədov istefadan sonra mətbuat təmsilçiləri ilə artıq iki dəfə təmasda olmağa müvəffəq olub, lakin əvvəllər KİV-lə səmimi və isti münasibəti qeydə alınmayıb. Keçmiş nazir bildirib ki, nəyin və necə olacağını özü də bilmir. Keçmiş nazir indi hansı vəzifəni tutacağı haqda suala cavab verib: “Bu haqda heç nə deyə bilmərəm. Mən özbaşıma deyiləm. Bu sual mənim səlahiyyətimə aid deyil”. Məmmədovun sözlrinə görə, hazırda evdədir. “Hazırda nazir deyil, sıravi vətəndaşam”. Məmmədovun istefası ilə Azərbaycanda əvvəlki yüksəskçinli məmurların istefası tutuşdurulsa, keçmiş nazirin sonrakı taleyinə nisbətdə birmənalı proqnoz vermək çətindir. “Ziya Məmmədovun işi” Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, səlahiyyətləri tədricən alınmış və yekunda uzunmüddətli həbs almış “Fərhad Əliyevin işi”nə çox bənzəyir. Başqa tərəfdən, bu hadisə yuxarıda sözügedən və bu gün də azadlıqda olan Eldar Mahmudovun əhvalatına da çox çəkir. Lakin təxmin etmək olar ki, onu ittiham etmək üçün yetərincə maddə tapmaq mümkündür.

18 Fevral 2017 16:39

“Putin boş danışan adam deyil…” –Rusiyalı politoloq “aprel” döyüşü”nün təkrarlanacağına inanmır

Rusiyalı ekspert Sergei Markedonov hesab edir ki, yaxın zamanlarda Ermənistan–Azərbaycan münaqişəsi zonasında gərginlik qalacaq, ancaq ötən ilin aprel hadisələrinin təkrarlanacağı ehtimalı azdır. "Yeni gərginləşmələr olacaq, ən çox mümkün ssenari diversiya əməliyyatlarının davamı ola bilər. Bu əməliyyatlarla eyni vaxtda danışıqların davam etdirilməsi də mümkündür. Məsələn, iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutması mümkündür", – deyə Markedonov "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində bildirib. Politoloq qeyd edir ki, Qarabağ münaqişəsi postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir və bu gün onun nizamlanmasını təsəvvür etmək son dərəcə çətindir. Onun sözlərinə görə, 25 il ərzində Qarabağda artıq Azərbaycan ərazisində yaşamağın nə demək olduğunu bilməyən iki nəsil yetişib. «Digər tərəfdən, dünyada daha uzun tarixə malik münaqişələr var», – deyə Markedonov əlavə edib. Onun fikrincə, Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllini gözləməyə dəyməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən çox fərqlənir. «1994-cü ildən bəri artıq bütün mümkün həll variantları təklif edilib. Bütün məsələlərin bir paketdə həllini nəzərdə tutan «paket variant» var, ancaq sonradan bəlli oldu ki, bu, mümkün deyil. Münaqişənin mərhələli həlli də çətindir. Çünki sual yaranır: birinci kim başlayacaq?» – deyə Markedonov sözünə davam edib. Bu gün ABŞ, əsasən, öz daxili problemləri ilə məşğuldur. Fransada isə prezident seçkiləri gözlənilir. Belə bir zamanda bir sıra ekspertlər güman edirlər ki, yaxın aylar ərzində Qarabağ məsələsi ilə ancaq bir ölkə – ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya məşğul ola bilər. Sergei Markedonovun sözlərinə görə, bu münaqişənin tarixində Moskva artıq iki dəfə baş rolu oynayıb. "1994-cü ildə, atəşkəs haqqında saziş imzalananda və 2008-2011-ci illərdə, ozamankı prezident Dmitry Medvedevin təşəbbüsü ilə üçtərəfli yüksəksəviyyəli görüşlər təşkil olunanda. Ancaq bu təşəbbüs 2011-ci ildə Kazanda uğursuzluğa düçar oldu. O zaman Azərbaycan prezidenti İlham Əliyev əvvəlcədən razılaşdırılmış sənədi imzalamaqdan imtina etdi. Aprel müharibəsindən sonra barışdırıcılıq rolunu Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürüb. O isə boş danışan adam deyil. Digər tərəfdən, nə Medvedev, nə də Putin ermənilərlə azərbaycanlıların yerinə qərar qəbul edə bilməzlər", – deyə rusiyalı ekspert qeyd edib. Rusiyanın Azərbaycana silah satmasına gəlincə, Markedonovun fikrincə, bu, ikinci dərəcəli məsələdir: "Burada birinci dərəcəli məsələ vuruşmaq istəyinin olmasıdır. Silahı isə Azərbaycan, məsələn, İsrail, Türkiyə və Ukraynadan da ala bilər", – deyə politoloq bildirib. O əlavə edib ki, Rusiya Cənubi Qafqazda "balanslaşdırılmış siyasət" yürütməyə çalışır. "Moskva artıq Gürcüstanda öz nüfuzunu itirib və indi də Azərbaycanda nüfuzunu itirə bilməz", – deyə, S.Markedonov qeyd edib.

17 Fevral 2017 16:10

Prezidentdən maraqlı aksiya –Hər bir ailəyə 20 cücə paylanır

Özbəkistanın Zəfərabad rayon rəhbərliyi hər bir aztəminatlı ailəyə 20 cücə paylayır. Rayon administrasiyasının əməkdaşı deyir ki, sponsor vəsaitləri hesabına alınan cücələr insanlarda toyuqçuluğa maraq yaratmaq üçün pulsuz paylanır. Bu barədə "Azadlıq Radiosu"nun Özbəkistan xidmətinə yerli evdar qadınlardan biri məlumat verib. O, bunu təsdiqləmək üçün özbək xidmətinə pulsuz cücələrin fotosunu da göndərib:“Dünən mhəlləmizin ağsaqqalı və iki nəfər maşınla bizə gələrək 20 cücə verdilər və dedilər ki, onları böyüdün, həmişə evinizdə yumurta olacaq. Bunu hakimiyyət hədiyyə edib”. Qadının sözlərinə görə, qalan aztəminatlı ailələrə də pulsuz cücələr paylanıb. Zəfərabad rayon rəhbərliyinin nümayəndəsi Kadır Rizayev də "Azadlıq Radiosu"nun müxbirinə məlumatı təsdiqləyib: “Hazırda bizdə 257 belə ailə var. Onların hər birinə 20 cücə paylayırıq. Bu cücələri sponsor hesabına Qallyaralsk rayonundakı “Sanqzor-Parranda” toyuq fabrikindən gətirir və hakimiyyətin göstərişi ilə aztəminatlı ailələrə paylayırıq. Əsas məqsəd insanlarda toyuqçuluğa maraq yaratmaq və onlara maddi kömək etməkdir”. Amma o, sponsorun kimliyinə aydınlıq gətirməkdən boyun qaçıırb. Kadırov deyib ki, hər bir aztəminatlı ailənin 100 toyuqla təmin edilməsilə bağlı hökumət proqramını yerinə yetirmək üçün Zəfərabad rayon rəhbərliyi yerli sakinlər arasında təbliğat aparır. Onun sözlərinə görə, hazırda banklar toyuqçuluq, maldarlıq və limonçuluqla məşğul olmaq üçün insanlara 9 faizə 7,5 milyon sum kredit buraxır. Amma bir neçə sakinin "Azadlıq Radiosu"na dediklərinə görə, yerli sakinlərin heç də hamısı bu krediti almağa tələsmir. İşsiz müəllim Zeydulla Razzakov hesab edir ki, işsiz adamın kredit götürməsi çox təhlükəlidir: “Mən bu krediti hansı pulla qaytaracam? 100 toyuq saxlamaq elə də asan iş deyil. Onlara yem, saxlamaq üçün yer lazımdır. Əgər toyuqlar hansısa xəstəlikdən qırılsa, onda krediti necə bağlayacam?Əgər bu pula mal-qara alsan ona da yem lazımdır. Onların kökəlməsinə isə azı bir il vaxt lazımdır.Əgər insanların bu krediti 3 ildən sonra ödəməyə başlamasına icazə versəydilər, onda riskə getmək olardı”. Qeyd edək ki, kənd yerlərində hər bir ailənin 100 toyuq saxlaması ideyasını prezident Shavkat Mirziyaev bu yaxınlarda Karakalpak regionuna səfəri zamanı vermişdi. Prezident hesab edir ki, bu ölkədə yoxsulluğa son qoyacaq. Prezident həmin vaxt yerli hakimiyyətlərə bu göstərişin həyata keçirilməsini, banklara isə insanlara kredit buraxmağı göstəriş vermişdi.

17 Fevral 2017 16:09

8 il sonra Rail Rzayevin qətlinin şahidi ortaya çıxdı –Şok

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan dustaq Rövşən Əhmədov 2009-cu il, fevralın 11-də Bakının mərkəzində qətlə yetirilən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı ifadə vermək istəyir. Rövşən Əhmədov vaxtilə çalışdığı işlə bağlı 8 il əvvəl Bakının mərkəzində törədilən qətl işinin təşkilatçısı haqda bilgilərə malikdir. Onun iddiasına görə, Rail Rzayevi güllələyən killer Orta Asiya ölkələrindən birindən Bakıya gətirilibmiş... Bu haqda  Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova məlumat verib. O bildirib ki, hazırda R.Əhmədovun həyatına təhlükə mövcuddur, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüb orada öldürmək planı var. Rövşən Əhmədov kimdir və Rail Rzayevin qətli haqda bilgilərə necə sahiblənib?  Rövşən Əhmədov 2016-cı ilin aprelində Nəqliyyat Nazirliyində illərlə birgə çalışdığı yaxın qohumu Çingiz Baxşıyevin şikayət ərizəsi əsasında saxlanılıb. Onu Ç.Baxşıyevin 50 kiloqram qızılını oğurlamaqda ittiham ediblər. Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. X.Əhmədova vaxtilə Nəqliyyat Nazirliyində müşavir vəzifəsini tutmuş Çingiz Baxşıyevin onun həyat yoldaşını aradan götürmək istəyinin səbəbini belə izah edib: “Rövşən Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edir. O, ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir. Rövşəni Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürməsələr, Çingiz Baxşıyev əlaqələri vasitəsilə onu da zəhərlədib öldürəcək. Vaxtilə o, general rütbəsində olan müşaviri də Türkiyədən gətirtdiyi həblə zəhərləmişdi. Bunu Rövşən detallı şəkildə bilir. Həmin müşavir 9 ay müalicədən sonra zorla özünə gəldi. Rövşən həmin cinayət haqda məlumatlıdır. Rail Rzayevin killeri haradan gəlib, onu kim gətirdib, bunları da bilir. Çingiz Baxşıyev həyat yoldaşımı məhz bu cinayətlər haqda məlumatlı olduğuna görə öldürtməklə susdurmaq istəyir”. “Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi” X.Əhmədovanın sözlərinə görə Ç.Baxşıyev əlaqələri, pula həris məmurların əli ilə bir müddət əvvəl onun həyat yoldaşını əvvəlcə Bakı İstintaq Təcridxanasından Şüvəlan İstintaq Təcridxanasına qanunsuz olaraq köçürülməsinə cəhd göstərib: “Bu cəhdləri baş tutmadı. Çingiz Baxşıyev açıq-aşkar bizə hədə mesajları yollayır, deyir ki, Rövşən Əhmədov susmalıdır, onunla haqq-hesab çəkəcəyəm. Bundan sonra isə mənimlə də haqq-hesab çəkəcəyini deyir. Özü yaxınlarının yanında deyir ki, Rövşən mənim qızıllarımı oğurlamayıb, amma yanımdan getdiyinə görə onu cəzalandıracağam, aradan götürəcəyəm. Məsələ də belə olub ki, Çingiz Baxşıyev 12 il Rövşənlə işləyib. Rövşənin adı ”Sərnişinnəqliyyat"da müfəttiş gedirdi. Faktiki isə Çingiz Baxşıyevin göstərişlərini yerinə yetirirdi. Həbsindən az əvvəl Çingiz Baxşıyev Rövşəni gecələr şəhərin müxtəlif nöqtələrinə göndərirdi. Bir dəfə deyib ki, “Comfort taksi”dən bir “BMW X6" götür get ”Spar" mağazasına, orada maşının işıqlarını iki dəfə ardıcıl, bir dəfə də qısa fasilədən sonra yandır söndür. Maşına gətirib yük qoyacaqlar, həmin yükü götür gəl. Rövşən də onun dediyini etmişdi. Maşına bir böyük çantada ağzına qədər pul qoymuşdular. Ondan sonra Rövşəni bir neçə dəfə “İvanovka” mağazasına göndərmişdi. Orada da eyni qaydada müəyyən işarələr veriləndən sonra maşına böyük “skvoyaj”da pul qoyulmuşdu. Bakıda S.Vurğun küçəsindəki çay fabrikinin yaxınlığına göndərmişdi, oradan da maşına çantalarla pul qoyulmuşdu. Rövşən sonradan onun belə göstərişlərini yerinə yetirməkdən imtina etdi. Bu, Çingiz Baxşıyevin xoşuna gəlməmişdi. Rövşənin “Sərnişinnəqliyyat”dan aldığı aylıq “paket” maaşını kəsdirmişdi. Rövşən də gedib işdən çıxması haqda ərizə yazmışdı. Çingiz Baxşıyev bu haqda məlumat alandan sonra Rövşəni yanına çağırıb dilə tutmağa çalışdı ki, işə qayıtsın. Demişdi ki, illərlə birgə işləyiblər, geri qayıtsın. Bu  söhbətdən sonra Rövşənə demişdi ki, guya İranda Azərbaycanın Müdafiə Nazirliyi ilə iş qurur, onu da ora özünün nümayəndəsi kimi göndərəcək,  ayda da 500 min dollar əmək haqqı verəcək. Rövşən isə razılaşmadı. Bildirdik ki, həmin iş dediyi qanunsuz fəaliyyətdir. Ona görə də razılıq vermədi. Bundan sonra Çingiz Baxşıyev ona vaxt vermişdi, demişdi ki, əgər təklifi ilə razılaşmasa, oğlumuzu ön cəbhəyə göndərəcək və orada öldürtdürəcək. Bu söhbət 2016-cı il aprelin 2-də  olmuşdu. Onun dediklərindən əsəbiləşən Rövşənlə Çingizin aralarında böyük mübahisə olmuşdu". r   “Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi...” X.Əhmədova deyir ki, bu mübahisədən 2 gün sonra Ç.Baxşıyev həyat yoldaşına şər atmaqla onun tutdurub:  “Aprelin 4-də Çingiz Rövşəni qondarma, yalan şikayəti əsasında həbs etdirdi, aprelin 19-na qədər sənədsiz-sübutsuz onu həbsdə saxlatdırdı, həmin gün də ittiham verdirdi. Əgər Rövşən Çingizin 50 kiloqram qızılını oğurlayıbsa, niyə həmin qızılların pulu ilə məni müalicə etdirməyib? Axı mən 5 ildir ki, onkoloji xəstəyəm, kimyəvi terapiya hesabına yaşayıram. Pulumuz olsaydı, əməliyyata gedərdim. Çingiz Baxşıyev bütün bunları ona görə edir ki, Rövşən onun böyük dövləti cinayətləri haqda bildiklərini kimsəyə çatdıra bilməsin. Bilir ki, Rövşəni dindirsələr, Rail Rzayevin qətli, general rütbəli müşavirin zəhərlənməsi, ölkəyə at südü adı altında daşınanların əslində nə olduğunu açıb deyəcək. Çingiz Baxşıyev bu gün var gücü ilə çalışır ki, Rövşəni Bakı İstintaq Təcridxanasından çıxarsın, müalicə müəssisəsinə köçürüb orada öldürtsün. Rövşən onun cinayətlərinin lazımsız şahidinə çevrilib deyə onu hər vasitə ilə susdurmaq istəyir. Rövşən isə məhkəmədə susmur, danışır, bildiklərini deyir. Çingiz Baxşıyev acgöz adamlarla əlbir olub Rövşənə qarşı ölüm aktını tezləşdirmək üçün əlindən gələni edir. Özü deyir ki, Rövşəni susdurmaq üçün qızıl söhbətini ortaya atıb. Təsəvvür edin ki, bütün nəsli bir-birinə düşmən edib. Rövşənin Salyanda yaşayan bacılarını da onun üzünə qoyub. Guya Rövşən onları döyüb. Çingiz Baxşıyev Rövşənin bacısı Zərinə İsmayılovanın oğlu Təhmasib İsmayılovu narkotiklə həbs etdirəcəyi ilə hədələyib və öz doğma qardaşının üzünə qoydurub. Mən tələb edirəm, Rövşən oğurladığını iddia etdiklərini qoysunlar ortaya. Bu adam 3 gün əvvəl mühafizəçisini göndərib, deyir ki, qızılları istəmirəm, evinizi adıma keçirin, Rövşəni həbsdən çıxarım. Çingiz Baxşıyev görür ki, verdirdiyi saxta ittiham təsdiqini tapmır, bu yolla istəyir ki, bizi suçlu çıxarsın. Evi adına keçirək, desin ki, qızılların əvəzinə evi mənə verdilər. İstəyir ki, bu yolla saxta ittihamı təsdiqlətsin, Rövşəni uzunmüddətli həbsə göndərib orada öldürülməsinə nail olsun. Məni bu gün  heç kim eşitmir”.   “Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar” X.Əhmədova ölkə başçısına videomüraciətinin hazır olduğunu, özünün və həyat yoldaşının başına bir iş gələrsə, ölkə rəhbərliyinə, beynəlxalq təşkilatlara göndəriləcəyini də açıqlayıb: “Rövşənin Çingizin elə cinayətləri haqda bilgisi var ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə çatdırmaq istəyir. Onu DTX-nin təcridxanasına köçürsünlər, orada təhlükəsizliyinə təminat versinlər, o bütün bildiklərini danışmağa, deməyə hazırdır. Çingiz Baxşıyev bu gün vaxtilə Rövşənə gördürtdüyü işləri öz kürəkəni Mübariz Ələkbərova gördürür. ”Comfort taksi"dən bahalı “BMW”, “Audi” götürürlər, Salyan yolundakı xüsusi məntəqəyə,  Quba yolundakı xüsusi məntəqəyə, Astaradakı yerlərə gedib maşına yükü vurub Bakıya gətirirlər. Yalandan deyirlər ki, guya Bakıya at südü daşıyırlar. Rövşən bunları bildiyi üçün onu aradan götürmək istəyir. Rail Rzayevin qətli də bu işlərə görədir. Rail Rzayev də, Çingiz Baxşıyev də, başqa bir general da Salyandandırlar. Bir-birilərini tanıyıblar, münasibətləri olub. Bu qətl elə-belə törədilməyib".(musavat.com)

10 Fevral 2017 12:40

BƏDƏN DİLİNİN SİRLƏRİ – MÜTƏXƏSİSLƏR DANIŞIR

İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini istifadə edir. Bədənimiz, hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir. "Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da daha çox insan bir yerə yığıldığı zaman "bədən dili” dövrəyə girər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk. Bədən dili haqqında çox danışmaq olar. Ünsiyyət prosesində insanın özü belə hiss etmədən ən çox istifadə etdiyi bədən dili əslində düşüncələrimiz, xasiyyətimiz haqqında bizə çox şey deyir. Tədqiqatlar da göstərir ki, ünsiyyət zamanı cəmi 7 % informasiyanı biz sözlərlə, 38%-i isə səs tonu ilə ötürürük. 55% informasiyanı isə bizim bədən dilimiz verir. Deməli, bədən dilindən düzgün istifadə etməklə səmərəli ünsiyyətin qurulmasına nail olmaq olar. Bədən dili haqqındaSherg.az-a geniş danışan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi Anar Həsənovun fikirlərinə görə, bəzilərimiz qarşı tərəfə hisslərimizi, düşüncələrimizi sözlərlə anlatdığımızı, ancaq gözəl quruluşlu cümlələrlə fikirlərimizi ifadə etdiyimizi düşünürük. Amma, əslində qarşımızdakı insana sözlərimizdən çox bədən dilimiz məlumat verir. O deyir ki, hətta bəzən bədən dilimiz bizim gizlətdiyimiz, biruzə vermək istəmədiyimiz düşüncəmizi də qarşı tərəfə bildirir: "Nə qədər çalışsaq da, bəzən sözlərimiz qarşı tərəfə inandırıcı gəlmir, təbəssümümüz süni təsir bağışlayır, məmnun etmək istədiyimiz insan narazı qalır. Bütün bu kimi hallara səbəb olan bizim qeyri-verbal sözlərimiz, yəni bədən dilimizdir. Əbəs yerə demirlər ki, ehtiyatlı olun, bədəniniz danışır! Bədən dilini bilməklə biz qarşımızdakı insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlaya bilərik. Bu dili bildikdə, həm də öz bədən dilimizi düzgün idarə etməklə anlaşılmazlıqlardan, qarşı tərəfin narazılığına səbəb olan hərəkətlərdən qaça bilərik”. Mütəxəssis bədən dilinin gündəlik həyatımızda yerindən, hansı hərəkətlərin, mimikaların nədən xəbər verməsindən danışıb. O bildirib ki, bədən dili – mimika, jest, toxunuş, fiziki hərəkətlər, bədənin duruşu, tərz və s. vasitələrlə qurulan ünsiyyətdir. Əslində, hərəkətlər sözlərdən daha çox ifadə kəsb edir: "Bir çox bədən dili elementlərinin açılışını qeyd etmək olar. Məsələn, qarşınızdakı insanın ünsiyyət zamanı hulqumunun tərpənməsi onun həyəcanından, yaxud yalan danışmağından xəbər verir. Bir əl bədənin qarşısından digər əli tutursa, bu özünə əminsizlik göstəricisidir. Əllərin açıq olması səmimilik, çarpaz şəkildə sinədə birləşdirilməsi isə özünü kimdənsə və ya nədənsə mühafizə etmək, neqativ münasibət duyğusudur. Bədən dilinə görə, tez-tez göz qırpmaq həyəcandan xəbər verdiyi kimi, gözü ovxalamaq utanmaq və ya yorğunluq əlaməti olaraq səciyyələnir. Çənəni sığallamaq şəxsin qərarı düşünmək, qiymətləndirmək cəhdindən irəli gəlir. Danışarkən üzə, o cümlədən ağıza, göza, qulağa, boyuna toxunmaq həqiqəti gizlətməyə cəhd etmək, əsəbi olmaq anlamına gəlir. Boyunu arxadan sığallamaq təhlükə hiss etməkdən xəbər verir. Əlləri arxada birləşdirmək özünə əminlik və ya hakimiyyətlilikdən, əllərinin içini ovxalamaq isə uğura ümid etməkdən xəbər verir. Dodaqları dişləmək həyəcan, danışmamaq niyyətidir, sıxılmış dişlər isə frustrasiya və əsəb göstəriciləri olan bədən dili hərəkətləridir. Tez və ya qəfil nəfəs almaq gördüyü. Eşitdiyi bir şeyə heyran olmaq, hətta şok vəziyyətinə düşməyin göstəricisidir. Nəhayət, tam boy üzrə qamətli duruş, hakimiyyət və rəhbərlik niyyətindən xəbər verir”. "Bədən dili vasitəsi ilə insanların ötürdüyü siqnalları anlamaq – çox faydalı sosial səriştədir” –deyən A. Həsənov qeyd edib ki, bəziləri bu siqnalları intuitiv oxuyur, digərləri isə ümumiyyətlə, oxumurlar. Amma bunları təcrübə və diqqəti səfərbər etməklə öyrənmək olar: "Belə ki, işgüzar və şəxsiyyətlərarası münasibətlərin bilavasitə real forması məhz ünsiyyətdir. İstər işgüzar, istərsə də şəxsi həyatda ünsiyyət qurmaq bacarığı vacib elementdir. Məhz düzgün ünsiyyət qurmaq bacarığı müxtəlif xarakterli və düşüncəli insanların özünüifadə etməsini, özünütəqdim etməsini, biri-birini qəbul və dərk etməsini, habelə, birgə fəaliyyət qurmasını təmin edə bilər. Təbiidir ki, bədən dilini mükəmməl bilən insan bundan öz məqsədləri üçün istifadə edə bilər. Məsələn, müştəri və vətəndaş xidmətləri göstərilən yerlərdə əməkdaşlar müştərilərlə səmərəli ünsiyyət qurmaq üçün düzgün mimika və digər bədən dili elementlərindən istifadə etməlidirlər. Hər birimizin müəyyən zaman kəsiyində problemlərimiz ola bilər ki, bunlar da gərgin psixoloji durumla nəticələnə bilər. Amma bu o demək deyil ki, biz bu vəziyyətimizi ətrafdakı insanlara göstərib onların da emossional durumunu çətinləşdirməliyik. Məhz bədən dilindən düzgün istifadə etməklə ətrafımızdakı insanların gözündə daha yaxşı təəssürat yarada bilərik”. Psixoloq Fərqanə Mehmanqızı isə bədən dilindən danışdıqda bir çox şeyləri diqqətə almaq lazım olduğunu vurğulayıb. O, deyir ki, bədən dili psixologiyanın bir qolu olaraq özünü hər bir hadisədə göstərə bilir. Psixologiya elminin sirlərinə malik olmayan birinin sadəcə əzbər olaraq bədən dilini öyrənməsi səhv nəticələnə bilər: "Jestler insanın o ankı psixoloji durumundan, emosiya, həyəcan, sevinc, kədər qorxusundan geniş məlumat verə bilər. Lakin bunu da müəyyən qaydalara istinad edərək izləmək və nəticələrə gəlmək lazımdır. Ümumiyyətlə, insanın ruh halı, psixoloji durumu fiziki duruşuna sirayət etdiyindən psixologiya ilə əlaqəsini görmək çətin deyil. Bədən dili münasibətlərimizdə çox böyük rol oynayır. Bədən dilinin sayəsində qarşımızdakı şəxsin emosiyalarını, hisslərini asanliqla anlayıb, buna uyğun davranırıq. O anki psixoloji durum hadisəyə və ya şəxsə aid münasibət özünü bədən dilində jeslərlə aydın göstərə bilər. Bütün bunlara baxmayaraq, emosiyalarımızı, hiss həyacanlarımızı nəzarətdə saxlayıb, jestlərimizi məqsədyönlü idarə edə bilərik. Bu böyük iradə, səbr və adət halına gətirilə bilən təcrübə ilə olur. Bunun üçün hisslər ikinci plana keçməli məntiq düşüncədə əsas rol oynamalıdır”. F. Mehmanqızının sözlərinə görə, insanların adət halında işlətdiyi jestlər onların xarakterinə hoparaq, artıq şəxsiyyətindən xəbər verə bilir: "Məsələn, emosional insanların həyəcan zamanı əllərinin əsməsi, melonxoliklərin sanki donub, qalmağı kimi halları qeyd edə bilərik. Adətən pasientlər əvvəl utancaqlıqdan psixoloq qarşısında sıxılaraq əyləşir. Daha sonra isə relaks oturaq vəziyyət və güvəndiyini hiss etdirən jestlərlə danışmağa başlayır. Təbii ki, biz bu jestləri bildiyimizdən, nəzərə alıb, buna uyğun davranırıq. Hər şəxs özünü idarə etməyi öyrənməlidir. Bu xüsusi ilə ən emosional anlarda vacib hala çevrilir. Çünki jestlər onlar haqqında yalnış məlumat verə bilər. Jestlər danışarkən bizim fikirlərimizin təsdiqi üçün gərəklidir və qarşındakına təsir etmək imkanını artırır. Jestlər dünyada müxtəlif cür tərcümə oluna bilir. Bizim üçün "hər şey yaxşıdır” anlamını verən jest müəyyən ölkələrdə təhqir kimi qəbul edilir. Ona görə də jestlərin istisnaları duruma və şəxsə görə dəyişilir. Məsələn, insan yalan danışarkən tez-tez əlini burnuna aparır. Amma burada bir məsələ var. Bəzi insanların bu adətidir, danısarkən əlini burnuna toxundurur. Deməli, biz yalnış məlumat ala bilərik. Bunun kimi bir çox misallar gətirmək olar. Ona görə, hər kəs jestlərin psixoloji durumla uzlaşmasını bilmədən nəticəyə gələ bilməz”. Aysel Aslan

9 Fevral 2017 21:27

“Goldman Sachs”dan neft proqnozu:“ABŞ-ın şist neftini sürətlə bərpa etməsi ucuzlaşma riski yaradır”

ABŞ-da şist nefti hasilatının sürətli bərpa olunması WTI neftinə dair 2018-ci  il üçün proqnozlaşdırılan 55 dollarlıq qiymət təxmini üçün risk yaradır. Bu barədə dünyanın iri və nufuzulu investisiya banklarından olan “Goldman Sachs” Bankının analitikləri açıqlama verib. Bununla bərabər bank qlobal neft bazarının 2017-ci ilin ilk yarısında tələb təklifi üstələyəcəyi ilə bağlı proqnozundan imtina etməyib. “Goldman”ın analitiklərinə görə, ABŞ-da neft ehtiyatlarının son dövrdəki artımı qlobal neft tələbinin artması ilə əlaqədar olaraq bu ilin mart ayından dayanacaq. Bankın OPEC-in hasilatı azaltması nəticəsində qlobal neft bazarının bu ilin ilk yarısında tələbin təklifi üstələyəcəyi ilə bağlı fikrini dəyişmədiyini qeyd etməsindən sonra neftin qiyməti yüksəlib. Digər tərəfdən, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 13.8 milyon barel ilə tarixinin ikinci ən böyük artımını həyata keçirib. “Goldman”, OPEC və digər istehsalçıların hasilatı azaltmaları ilə yanaşı, mart ayından etibarən ABŞ ehtiyatlarındakı artımın dayanacağını, düşməyə başlayacağını və ölkənin xaricdən neft alışlarının zəifləyəcəyini qeyd edib. Yanvarın 1-dən qüvvəyə minən, OPEC və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa dair müqavilədən bəri neft qiymətləri 50 dolların üzərində qalır. Amerikalı istehsalçılar artan qiymətlərin üstünlüyündən istifadə etmək üçün istehsalı və qazılan quyuların sayını artıra bilərlər. "ABŞ neft bazalarında son dövrdə görülən artımlar, ehtiyatlarda mərhələli olaraq azaltması fikrimizi dəyişdirmədi. Çünki dünyanın digər hissəsi tələbin artdığı işarələri göstərir. İndiyə qədər öhdəlik götürülən istehsal azaldılmasına yüksək səviyyədə əməl edilməsi ilə, bazardakı vəziyyət mart ayından etibarən tərsinə dönəcək" – deyə “Goldman” analitikləri bildiriblər. Qərbi Texas Neft (WTI) Nymex birjasında 16 sent yüksələrək bareli 52.50 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 17 sent yüksələrək bareli 55.29 dollara çıxıb. Faktinfo.az  

9 Fevral 2017 11:45

Manatın bahalaşması üçün fundamental səbəb varmı? –İqtisadçıdan bədbin proqnoz

"Bu gün keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Nəticədə manatın orta çəkili məzənnəsi 2,8% möhkəmlənib. Mərkəzi Bank rəsmi məzənnəni bu hərracın nəticəsinə uyğun elan edəcək. Bununla da manatın fevralın 2-dən başlayan bahalaşması sabah da davam edəcək". Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə ggörə, görünən odur ki, valyuta bazarındakı gərginlik əhaliyə keçib:"Banklara dollar borcu olanlar sevinir, dolları alıb yığanlar isə narahat olmağa başlayıb. Dolların bahalaşması necə narahatlıq yaradırsa, onun ucuzlaşması da eyni gərginlik yaradır". Axı nə baş verib ki, manat bahalaşır? Bəlkə ölkəyə dollar axını güclənib? Və ya idxal kəskin azalıb? Yaxud da hərraca çıxarılan dolların həcmi dəfələrlə artıb? Bu suallara aydınlıq gətirən Samir Əliyevin sözlərinə görə, təəssüf ki, bunların heç biri baş verməyib: "Ölkəyə dollar yenə də bir kanalla – Dövlət Neft Fondu vasitəsilə daxil olur. Hərraca çıxarılan dolların həcmində nəinki artım var, hətta azalma qeydə alınıb. Ötən il hərraca 50 milyon dollar çıxarıldığı halda indi 25-35 milyon dollar arasında dəyişir. İdxal cəmisi 7,6% azalıb. Hətta dövlət satınalmalarında 2018-ci ilə qədər idxal mallarının alışına qadağanın qoyulması idxalı əhəmiyyətli azalda bilməyib. İxrac 20%, qeyri-neft ixracı 28% azalıb. Neftin qiyməti isə il başlayandan 54-56 dollar arasında dəyişib. Yəni neft də bahalaşmayıb". Bəs onda manat niyə bahalaşır? Manatın bahalaşması üçün fundamental səbəb varmı? Samir Əliyev deyir ki, manatın möhkəmlənməsinin fundamental əsası yoxdur: "Manatın bahalaşması uzunmüddətli və dayanıq deyil. Bu bahalaşmanın bir neçə səbəbini qeyd etmək olar: 1. Manatın bahalaşması spekulyasiya ilə bağlıdır. Artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi əldə ediblər və zərərləri valyuta alqı-satqısı hesabına aradan qaldırırlar. 2. Xarici borcların qaytarılması. Hər il olduğu kimi bu il istər dövlətin, istərsə də dövlət şirkətlərinin xarici öhdəlikəri qaytarılmalıdır. Bu vəsaitlərin bir hissəsi Neft Fondu tərəfdən Mərkəzi Banka ayrılan vəsait hesabına ödəniləcək. Məsələn, mətbuatda gedən məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Bankın 3 milyard ABŞ dolları həcmində borcu öhdəsinə götürüb. Ancaq təxminən 1 milyard dollara yaxın borc isə büdcə vasitəsilə qaytarılacaq. Manatın ucuzlaşması həmin borcların qaytarlmasına çətinlik yaradır. 3. Büdcə xərclərinin azlığı. Bir qayda olaraq ilin əvvəlki aylarında büdcə xərclərinin icra səviyyəsi aşağı olur. iqtisadiyyata yönəldilən pul kütləsi az olduğundan manat qıtlığı hiss olunur. Dollara tələbat isə aşağı səviyyədə olur. Neft Fondundan Mərkəzi Banka ayrılan 7,5 milyard manat məbləğindəki “makroiqtisadi sabitlik” pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək. Manatın sabitliyi hazırda neftin qiymətindən birbaşa asılıdır. Hökumət neftin ucuzlaşmasını ya Neft Fondunun aktivləri hesabına həll etməlidir, ya da manatı ucuzlaşdırmalıdır. Bir şey aydındır ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Gözlənilməz proseslər baş verməsə hökumət 2017-ci ildə manatın məzənnəsi rahatca idarə edə biləcək. Bu manatın möhkəmlənməsi anlamına və ya manatın məzənnəsinin bir nöqtədə dayanması anlamına gəlməməlidir. Hökumət Neft Fondunun aktivləri hesabına tədiyyə balansındakı kəsiri örtə biləcək. Ancaq bir sıra amillər var ki, onların nəzərə alınması vacibdir: Kapital axının səviyyəsi, idxalın səviyyəsi, xarici ticarət tərəfdaşlarının milli valyutasının məzənnəsi və neftin qiyməti". İqtisadçı bildirir ki, üzən məzənnəyə keçiddə daim vurğuladığımız məqamlardan biri özünü artıq göstərir: "Manatın məzənnəsi qeyri-sabitliyi müşahidə edilir. Mərkəzi Bank spekulyasiyanın qarşısını almalıdır və manatın əsas olmadan bahalaşmasına imkan verməməlidir. İndiki zamanda vacib olanı manatın sabitliyidir. Çünki bütün qiymətlər 1.90 həddinə uyğunlaşıb. Manatın 1,80 və ya 1.70-ə yüksəlməsi qiymətləri ucuzlaşdırmayacaq. Əksinə sahibkarlıq üçün problemlər yaradacaq. Ona görə də Mərkəzi Bank məzənnəni real bazar dəyərini alana qədər tədricən ucuzlaşdırmalıdır. Manatın indiki möhkəmlənməsi müvəqqətidir. Bir müddətdən sonra yenidən ucuzlaşma müşajidə ediləcək".

7 Fevral 2017 16:23

Portuqaliya nəşri:“Avropanın əsas düşməni Putindir” – Təhlil

RF prezidenti Vladimir Putin və Macarıstan baş naziri Viktor Orban © RİA Novosti, Aleksey Drujinin   Aleşandre Omen Kriştu Observador (Portuqaliya), 06.02.2017   Donald Tramp (ABŞ), Marin Le Pen (Fransa), Aleksis Sipras (Yunanıstan), Gerta Vilders (Niderlandiya), Haynts-Kristian Ştraxe (Avstriya) və Viktor Orbanı (Macarıstan) birləşdirən nədir? Onların hamısı Vladimir Putinlə qoltuq-qoltuğa gəzir. Xeyr, bu, sui-qəsd nəzəriyyəsi deyil. Amerikanın yeni prezidentinin Rusiya hökmdarı ilə qurduğu özəl münasibətlər hamıya məlumdur və ciddi təşviş doğurur. Tramp çox yox, keçən bazar günü növbəti dəfə rusiyalı həmkarına məftunluğunu ifadə edib. Amma Putin Trampla kifayətlənmir. Unutmaq lazım deyil ki, Marin Le Pen öz prezident kampaniyası üçün milyonlarla maliyyəni Kremldən alır. Sipras ölkəsinin Avropa pullarından asılılığını aradan götürmək üçün Putinin simasında yeni sponsor qazanmağa cəhd edib. Orban keçən həftə Budapeştdə Putini qəbul edib və ona kompliment yağdırıb. Və yaxud seçkiöncəsi ilə baxmayaraq Niderlandiyada Putin və Vildersi əvvəlki tək möhkəm münasibət bağlayır. Avropalıların başı bu gün Donald Trampa o qədər qarışıb ki, Vladimir Putini yaddan çıxarıblar. Bu, fəlakətli səhv ola bilər. 2017-ci ilə Fransa, Almaniya və Niderlandiyada seçkilər planlaşdırılıb. Özü də Kreml bu şahmat lövhələrinin hamısında öz fiqurlarını yerbəyer edib. Bir tərəfdən sorğuların nəticələrinə görə öz ölkələrində liderlik edən populist namizdələr Marin Le Pen və Vildersi dəstəkləyir. Digər tərəfdən isə Almaniyada baş verənlər haqda sosial şəbəkələrdə yalan məlumatlar, məsələn, bir dəstə yerli müsəlman sakinin ölkənin ən qədim kilsəsinə od vurduğu haqda yalan məlumat yaymaqla Angela Merkelin mövqelərini zəiflətməkdən ötrü əlindən gələni edir. İllüziya bəsləməyinə dəyməz: Le Penin seçkilərdə qələbəsi və yaxud Angela Merkelin məğlubiyyəti Avropa Birliyi üçün məşum olacaq. Kremlin Trampın xeyrinə Amerikada prezident kampaniyasının nəticəsinə təsiri təsdiqlənən kimi Putinin bu il Avropa seçkilərinə müdaxilə təhlükəsini lazımınca dəyərləndirməmək hədsiz dərəcədə başısoyuqluq olardı. Bundan savayı, “havayı qəlyanaltı olmadığı” haqda qayda beynəlxalq siyasətdə də kara gəlir. Putinin “Milli Cəbhə”nin bank hesabına köçürdüyü milyonlarla avro təkcə ideoloji istiqamətlərlə bəraət qazanmır. Bütün dünya üzrə kommunizm ocaqlarını yemləyən keçmiş SSRİ-nin izlədiyi ideoloji maliyyələşmə məntiqi daha qüvvədə deyil. Putin Qərb qüvvələrinə inamı sarsıtmaq, onların güc və mənəvi nüfuzunu zəiflətməyə nail olmağa çalışır. Hansı məqsədlə? Öz coğrafi təsir zonasında yenidən möhkəmlənmək üçün. Qonşularını NATO zonasından uzaqlaşdırmaq üçün. Həmçinin öz qonşularının ondan asılılığını artırmaqdan yana Avropada siyasi və iqtisadi əməkdaşlığı zəiflətmək. Marin Le Penin Fransa prezidenti olarsa, Krımı Rusiya ərazisi kimi tanıyacağı haqda bəyanatı da təsadüfi deyil. Qarşımızda Avropa hakimiyyətinin fraqmentləşməsi və Rusiya hakimiyyətinin ardıcıl şəkildə etirafıdır. Bax, Putin öz vəsaitlərini buna yönəldir. Və buna görə də Putin, Le Pen və Siprası nəyin ayırdığı o qədər də önəmli deyil.Onları birləşdirən mətləb daha güclüdür. Onlar iqtisadi proteksionizmi kürəsəlləşmədən üstün tutur, liberalizmin Qərbdəki məğlubiyyətinə işarə edir, suverenliyin möhkəmləndirilməsinə çağırır və Avropa Birliyində siyasi inteqrasiyanın faydasını inkar edir, II dünya savaşından bəri dünya düzənini müəyyən edən NATO və digər beynəlxalq təşkilatları şübhə altına alırlar. Onların siyasi layihələri nə qədər müxtəlif olur-olsun (mahiyyətcə fərq o qədər də böyük deyil), onun gerçəkləşməyi üçün Avropa institutlarının zəifləməsi birinci şərtdir. Putin böyük maliyyə, texnoloji və siyasi resurslara malik olmaqla Avropa Birliyinə və onun dəyərlərinə müharibə elan etmiş bu azadlıq düşmənləri dəstəsinin başında durur. Üstəlik, onlar indi Donalda Trampın, dünyada ən nüfuzlu adamın sayğısına bel bağlaya bilərlər. Mənzərə kifayət qədər qorxunc görünür, yoxsa daha nəsə əlavə edək? Tramp avropalıların bu günki təşvişinin əsas səbəbi olub. Bu arada Putin Avropann gələcəyinin asılı olduğu bu taktiki oyunda üstünlük qazanır. O, sonda qələbəni car çəksə, övladlarımıza təhvil verəcəyimiz Avropa indikindən kəskin şəkildə fərqlənəcək: daha qapalı və yekcins, inkişaf və azadlıqda zəif olacaq. Vaxt var idi ki, bütün bunlar Kreml strateqlərinin cəfəng xülyasını xatırladırdı. Lakin 2017-ci ildə bütün bunların şahidi olmağa həmişəkindən daha yaxın olduğumuzu etiraf etməmək sərsəmlik olardı.  

7 Fevral 2017 14:41

“Araz Əlizadənin danışdığı nağıldır və gülüncdür” – Baş redaktordan CAVAB

Deputat Araz Əlizadənin Modern.az-a müsahibəsi cəmiyyətdə rezonans doğurub.   Araz Əlizadə müsahibədə “ Erməniləri bizim üstümüzə salan Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi” fikirlərini səsləndirib. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məsələ ilə bağlı Modern.az saytınadanışıb.   O bildirib ki, Araz Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı kitab oxumadığı təqdirdə, heç bir tarixi fakta söykənməyən fikirlər irəli sürüb.   “Çox təəssüf ki, bunu adi bir insan deyil, bir millət vəkili söyləyir. Milləti təmsil edən bir millət vəkilinin bir milləti təhqir etməyə, alçaldacaq ifadələr işlətməyə və tarixi təhrif etməyə ixtiyarı yoxdur. Tarixi hamı çox gözəl bilir. Və hesab edirəm ki, Azərbaycan parlamentinə seçilən deputatlar da Azərbaycanın dövlətçilik tarixini heç olmasa müəyyən mənada mənimsəmiş olsunlar. Azərbaycan Xalq Cümhuriyyəti dönəmi ilə bağlı kifayət qədər sənədlər faktlar var. O sənədlərin, faktların heç birinə istinadən olunmadan Osmanlının və müasir Türkiyənin addımları tənqid olunur. Araz Əlizadə deyir ki, Osmanlının etdiklərinə görə Türkiyəyə haqq qazandırmır. Bu iddiaların heç bir əsası yoxdur.   Araz Əlizadənin bu çıxışlarından təbii ki, ermənilər çox gözəl istifadə edəcək. Mən hesab edirəm ki, Araz Əlizadə heç sosial-demokrat deyil. Araz Əlizadə bilməlidir ki, Azərbaycanda olan sosial demokratlar Azərbaycanın müstəqilliyinin tərəfdarı olub. Heç vaxt Azərbaycanı Rusiyanın bir müstəmləkəsi kimi görmək istəməyib.  Çox təəssüf ki, Araz Əlizadə Azərbaycanı Rusiyanın bir müstəmləkəsi olaraq görmək istəyir.  Ammao bəyan edir ki, guya Rusiyapərəst deyil. Deyir ki, Rusiyanın mövqeyini müdafiə etmir. O deyir ki, Aərbaycanpərəstdir”.   Akif Aşırlı qeyd edib ki, Araz Əlizadə Batumi konfransından danışır. Və Batumi konfransı may ayının 11-dən iyun ayının 4-nə qədər davam edib.   “Orada Türkiyə hökumətinin rəhbərləri də, Osmanlı Türkiyəsinin hərbi heyəti və siyasi heyəti də təmsil olunub.  Osmanlı Türkiyəsi ermənilərə heç vaxt torpaq verməyib. 9000 kv.km  ərazini ermənilərə Türkiyə verməyib. Bu tarixi obyektiv bir səbəb idi. Səbəb də bundan ibarət idi ki, Qafqaz seymini təşkil edən 3 dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan - idi. Bunların hamısı bu ərazilərdə dövlətə sahib olmalı idilər.  Ermənistanın yaradılması labüd idi, bunun Türkiyə və Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə he çbir əlaqəsi yoxdur. Sadəcə ermənilərin iddialarına qarşı onlar mübarizə apardılar. “Tarixən erməniləri Azərbaycanın üzərinə türklər qaldırıb” kimi fikirlər isə gülüncdür”. 1905-ci ildə ermənilərin Bakıda, Tiflisdə, Azərbaycanın bölgələrində, ümumiyyətlə müsəlmanlara və azərbaycanlılara qarşı törətdiyi soyqırımı nə idi?! Bu zaman da Türkiyə erməniləri bizim üstümüzə qaldırmışdı?! Bu ermənilərin tarixən Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi faciələrdir. Bu faciəni törədənlər Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən Azərbaycana köçmüş ermənilər idi. Bu ermənilər zaman-zaman Azərbaycana, müsəlmanlara qarşı qərəzlə məşğul idi. Bu qərəzlərin nəticəsində Azərbaycana bu faciələri törətdi”. Baş redaktorun sözlərinə görə,  Araz Əlizadə Qafqaz İslam ordusunun komandanı Nuru Paşa ilə bağlı yanlış fikirlər səsləndirib. “Əvvəlcə həmin tarixi şəraiti bilmək lazımdır ki, Qafqaz İslam Ordusu necə formalaşdı.  Kim yardım etdi Türkiyəyə? 1918-ci ilin mart ayının 31-dən dən aprel ayının 2-nə qədər, 3 gün ərzində ermənilər 18000-ə yaxın müsəlmanı və azərbaycanlını qətl etmişdilər, 7 min insan Şamaxıda qətl edilmişdi.  Üzeyir bəy Hacıbəyli məqalələrindən birində bildirir ki, ermənilər Qafqazı qan hamamına çeviriblər. Məgər bunları türklər etmişdi?   Azərbaycanın istiqlaliyyətini, ərazi bütövlüyünü təmin etmək üçün hərbi qüvvəyə ehtiyacı var idi. Həmin dönəmi də Məhəmməd Əmin Rəsulzadə belə xarakterizə edir ki, Azərbaycanı bu vəziyyətdən qurtara biləcək yeganə qüvvə varsa o da Türkiyədir. Buna görə də Türkiyəyə müraciət edildi.  4 iyun dostluq müqaviləsinin 4-cü bəndinə əsasən, hüquqi baxımdan öz ərazi bütövlüyünü, təhlükəsizliyini, asayişi təmin etmək üçün Türkiyəyə müraciət etdi və hərbi yardım aldı. İlk dəfə Qafqaz İslam Ordusu 5500 nəfərlik heyətlə Azərbaycana gəldi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi.   İndi də Araz Əlizadə bir nağıl uydurur ki, Nuru Paşa Gəncədə oturmuşdu, Hacı Zeynalabdin Tağıyev faytonla qızıl göndərəndən sonra Bakıya doğru hərəkət etdi.  Bu iddialar çox gülməlidir. Araz Əlizadə əvvəlcə gedib Azərbaycan tarixini vərəqləsin, ondan sonra fikir söyləsin. Nuru paşanın Azərbaycan gəlməsi may ayının 25-də olub və gələndə xalqın böyük coşqusu ilə qarşılanıb. Qafqaz İslam Ordusunun ilk heyəti  iyun ayının 6 da Qazaxa gəldilər, 9-da isə Gəncəyə getdilər. Gəncədə əməliyyat keçirildi və ermənilər tərksilah olundu. Nuru paşa Gəncədə oturmayıb, qoşunu Göyçay istiqamətinə sövq elədi. Göyçayda bolşeviklərlə savaş apardılar və Azərbaycanın müstəqilliyi təmin olundu.   Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də Tiflisdə istiqlaliyyətini bəyan edəndə paytaxtın Bakı olduğu elan edildi. Araz Əlizadə ağlına gələni danışır. Onun danışdığı nağıldır, məqsəd Türkiyəyə qarşı nifrət oyatmaqdı. Araz Əlizadənin çıxış etdiyi mövqe Rusiyanın mövqeyidir. O, 1918-ci ildəki bolşeviklərin mövqeyidir. Onun sosial demokrat ideyasına heç bir aidiyyəti yoxdur. Ən böyük sosial demokrat Nəriman Nərimanovdur, o Azərbaycanın müstəqilliyini axıra qədər müdafiə edib. Bu fikrinə görə, 1925-ci ildə Kremldə qətlə yetirilib.   Erməni milli şurası, Rusiya milli şurası, bolşeviklərin siyasi mövqeyi  necə idisə Araz Əlizadənin də fikirləri elədir”.  

3 Fevral 2017 19:26

ABŞ və İngiltərə qurmaq istədiyi yeni dünya düzənində Türkiyəyə özəl yer ayıracaq –Təhlil

1967-ci ildə Kiprə görə ABŞ və Türkiyə arasında fikir ayrılığı olarkən prezident Lindon Conson baş nazir İsmət İnönüyə məktub yazmış və hədə gəlmişdi ki, Türkiyə gəmilərinin adaya yaxlınlaşmasının qabağını alacaq. İnönü cavabında ABŞ prezidentinə bildirib ki, dünya dağılsa, “Türkiyə yeni dünyada özünə yer tapacaq”. Bu gün əlli il keçəndən sonra Donald Trampın Amerika prezidenti seçilməsi dünyanı həyəcanlanmağa məcbur edib, çünki ABŞ milli maraqlara söykənən yeni dünya düzəni yaratmağa cəhd edir. Bundan savayı, Böyük Britaniya Avropa Birliyini tərk etməyə hazırdır. Böyük Britaniya baş naziri Tereza Meyin Vaşinqtonda Trampla danışıqlardan sonra keçən istirahət günlərində Ankara səfər etməyi və Тürkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşməyi faktı təxmin verir ki, ABŞ və Böyük Britaniya yeni ittifaq hazırlayır və burada Türkiyə üçün də yer ayıra bilər. AB dağılır, NATO isə məchulluğa üzür, buna görə də ABŞ və Böyük Britaniya dünyada Türkiyə və Rusiyanın dünya səhnəsində açar oyunçular olacağı yeni düzən yaradır. Mey Türkiyə səfəri ilə diqqəti buna vurğulayıb ki, Böyük Britaniya Brexit-dən sonra kürəsəl açar oyunçu kimi qalacaq və etibarlı ticarət və müdafiə münasibətləri quracağı Türkiyə də daxil olmaqla gələcək tərəfdaşlarını seçəcək. Baş nazir Meyin səfəri zamanı Türkiyənin milli qırıcı layihəsinin (TF-X) inkişafı üçün Türkiyənin aerokosmik sənaye şirkəti (TAI) ilə Britaniya nəhəngi BAE Systemsşirkəti arasında çərçivə sazişi Türkiyə ilə Böyük Britaniya arasındakı münasibətlərin istiqamət və dərinliyinin dəqiq  göstəricisidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq dost və müttəfiqlər arasında ola biləcək ən incə və məxfi münasibətdir. Heç bir şübhə yoxdur ki, Türkiyə və Böyük Britaniya bunu Vaşinqtonun xeyir-duası ilə edir. Türkiyə özünün inzibati problemlərini qanunvericilik sisteminin dəyişdirilməsi və prezidentlik sisteminin qurulması yolu ilə həll edir və eyni zamanda bir tərəfdən Rusiya ilə etibarlı münasibətlər qurmaq və digər tərəfdən Qərb təmaslarını sıxlaşdırmaqla öz mövqelərini möhkəmləndirir. Bu bildirir ki, Türkiyə Tramp dönəmində Vaşinqtonla daha sıx əlaqələr qurmağa can atacaq. Yeni dünya düzəni doğulur. Bu, Türkiyənin növbəti dəfə açar oyunçu olduğu Yaxın Şərqdə köklü dəyişimləri ifadə edir. ABŞ və Böyük Britaniya istəyir ki, Yaxın Şərq kürdləri bu bərabərliyin tərkib hissəsi olsun və İraq, İran, Suriya və Türkiyədə təhlükəsiz sərhədlərdə yaşasınlar. Türkiyə də bunu istəyir. Ankara məhz buna görə İraqın şimalındakı Bərzani administrasiyası ilə bu cür isti münasibətlər qurub. Bununla belə, biz təhlükəsiz sərhədlər və kürdlər üçün Yaxın Şərqdə təhlükəsiz məskunlaşma mühitini ölkəni parçalayan və öz xalqına ziyan vuran terrorçuların separatçı hərəkatından ayırmalıyıq. PKK terror  təşkilatı Qərbdən bəzi dostlarımızın köməyi ilə, demək olar, 30 il müddətində separatçı fəaliyyət göstərir. Bu fəaliyyətin Türkiyə üçün bədəli çox böyük idi. PKK İraqın Sinjur əyalətində, həmçinin Suriyanın şimalında separatçı fəaliyyət göstərir. Buna dözüm göstərmək olmaz. Türkiyə məhz bu məsələdə yeni müttəfiqləri tərəfindən anlayışa səy edir.

3 Fevral 2017 16:19

Bir ayda 54 intihar: ziyalılar nə deyir

Azərbaycanda intihar edənlərin sayı barədə həyacanlı rəqəmlər açıqlanır. Təkcə 2017-ci ilin yanvar ayı ərzində respublika ərazisində 54 intihar hadisəsi və ya intihara cəhd baş verib. Həyatına qəsd edənlərdən 11 nəfəri sağ qalıb, 43 nəfəri isə dünyasını dəyişib. Bu dəhşətli statistika onu deyir ki, hər gün azı 1-2 nəfər özünü öldürmək üçün müxtəlif yollara əl atıb. İntihar edənlər müxtəlif yaş kateqoriyalarına aiddir, onların arasında 10-12 yaşında uşaqdan tutmuş 80 yaşlı qocaya qədər müxtəlif insanlara - məktəbliyə, tələbəyə, əsgərə, polisə, psixoloqa, müəllimə, pensiyaçıya rast gəlinir. Rəsmi statistikaya görə, ötən il intihar edənlərin sayı 500-dən çox olub. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 2016-cı ilin təkcə 9 ayı ərzində intiharla bağlı ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.2015-ci ildə isə özünəqəsdlə bağlı 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. Bəs insanı həyatına qıymağa vadar edən nədir? Cəmiyyətdə gün-gündən artan suisidlərin qarşısını müəyyən qədər azaltmaq olmazmı? Son bir ayın statistikası həyəcan siqnalı deyilmi? İntiharların mümkün səbəblərinə gəldikdə isə bunlar müxtəlif olur: yoxsulluq, sosial-iqtisadi vəziyyətin çətinliyi, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, psixi xəstəliklər, ailədəki problemlər, sağalmaz xəstəliklərə yoluxma və sair. Bəzi ekspertlər hesab edirlər ki, intihar statistikasını azlatmaq üçün sadalanan problemləri həll etməklə yanaşı həm də psixi sağlamlıqla bağlı qanunun qəbuluna ehtiyac var. Yəni, cəmiyyət psixoloji istiqamətdə maarifləndirilməli, ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanımalıdırlar. Tibb Universitetinin dosenti Rəşid Mahmudov hesab edir ki, intiharların olmaması üçün düzgün cəmiyyət olmalı və yaxşı şərait olmalıdır. Ekspertinvirtualaz.org-a bildirdiyinə görə, psixoloji yardım institutları ilə bu problem aradan qaldırmaq mümkün deyil. “Hər ailədə bir problem var. Eləsi var ki, dolana bilməmək ucbatından intihar edir. Kişi, qadın münasibətlərinə görə intihar edənlər var. Uşaq var ki, ailəsindəki problemə dözmür özünü öldürür.Hər intihara bir səbəb olur. Psixoloji yardım institutnu düzəltməklə intiharları aradan qaldırmaq olmaz. Ailə heç bir qanunla idarə olunmur. Hər ailənin öz qibləsi var. Oxumaqla, qanunla ailə nizama salına bilməz. Bunun üçün cəmiyyətin fomalaşmalıdır, bəzi şeylərə qarşı qınağın olması lazımdır. Əgər cəmiyyət düzgün formalaşsa, onda intihar hallarının sayı da azalar”. Millət vəkili Elmira Axundova da intiharların sayının narahatedici həddə olmasını təsdiqləyir. Lakin dəfələrlə bununla bağlı mətbuatda çıxış etdiyini və Milli Məclisdə məsələ qaldırdığını deyən millət vəkilinin sözlərinə görə, intiharların yayılmasının qarşısını almaq üçün psixoloq institutunu gücləndirməyə ehtiyac var. “Bu rəqəm əlbəttə, narahatedicidir. Cəmiyətdə artan zorakılıq, psixoloji gərginlik, aqressivlik və bunun zəminində artan ölüm halları, suiqəsdlər var. Bunlar bir-biri ilə bağlıdır. Əsasən intihar edənlər cavanlardır. İntiharlar müxtəlif səbəblərlə bağlıdır, birinci amil həyatın çətinliyidir. Bütün terrorçu təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici “boevik” və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə və intiharlara sövq edir. Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. Buna görə də, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər. Azərbaycanda “Psixoloji yardım haqqında” qanun qəbul olunmalıdır”, - deyə millət vəkili bildirib. Millət vəkili hesab edir ki, bu qanunun qəbulundan sonra belə halların azalmasına nail olmaq mümkündür...

2 Fevral 2017 18:03

Elçin Şıxlinski:“Xəbər vermək istəməyən redaktorlar qəzeti, saytı bağlasın, başqa işlə məşğul olsun”

"Mənim də təklifim belədir ki, intihar halları ilə bağlı xəbərləri vermək istəməyən redaktorlar işlədikləri və ya işlətdikləri qəzeti, saytı bağlasın və gedib başqa işlə məşğul olsun". Bu sözləri Sherg.az-a bəzi baş redaktorun "İntihar hallarına dair xəbərlər mətbuatda dərc olunmasın" təklifinə münasibət bildirərkən "Ayna" – "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib. O qeyd edib ki, hər hansı xoşagəlməz bir hadisə haqqında xəbəri verməməklə həmin problemi həll etmiş olmuruq: " Biz o xəbərləri verməsək belə, intihar halları yoxa çıxmayacaq. Ölkənin baş psixatrı, iqtisadçıları və idarəçiləri var. Onlar araşdırma aparsın. Lazımı bir qrup toplasınlar, həmin qrup da intihar hallarının səbəblərini araşdırsın. Hər bir intihar hadisəsindən sonra, bizim hüquq mühafizə orqanları o hadisənin səbəblərini araşdırır. İntihar həddinə çatdırma halları varsa, kimisə intihara həddinə çatdıran mühakimə olunur. O adamı tutub, araşdırma aparırlar və lazımı tədbirlər görürlər. Mənə elə gəlir ki, öncə insanları intihar həddinə çatdıran səbəbləri araşdırılmalıdır. O səbəbləri aradan qaldırmağa çalışmalıdırlar. Yoxsa, xəbər verməməklə bir şey alınmır. Jurnalistika xəbər verməklə məşğul olmalıdır. Böyük əksəriyyət sosial -iqtisadi çətinlikdən və bank kreditlərinin içərisində itib- batdığına görə, bu yola əl atır. Yəni pulsuz adamın psixikasında sapmalar əmələ gəlir. Mən bunu ilk baxışdan söyləyirəm. Amma bunun mütəxisləri olmalıdır. Onlar əsas səbəbləri tapmalı və aidiyyatı qurumlar da ona müvafiq işlər görməlidir". Qeyd edək ki, son günlər intihar hadisələri ilə bağlı xəbərlərin mətbuatda dərc olunmaması məsələsi gündəmə gəlib.

2 Fevral 2017 16:41

Dollar yaxın 3 ildə… – Şərh

FES-in 2017-ci il üçün nəzərdə tutulan üç görüşünün hər birində uçot dərəcəsinin orta hesabla 0,25 bənd olmaqla artırılması gözlənilir. Bu sözləri açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Tramp daha bahalı pul siyasətinin həyata keçirilməsinin tərəfdarıdır: “Bir çoxları hesab edir ki, Tramp növbəti dövrlərdə qəbul olunacaq qərarlarda onun mövqeyinin nəzərə alınması məqsədilə FES rəhbəri üzərində təzyiq mühiti formalaşdırmağa çalışır. Bunun özü də növbəti dövrlərdə uçot dərəcəsi ilə bağlı qərarlara təsir edə bilər. Ümumiyyətlə, FES-in 2017-ci il üçün nəzərdə tutulan üç görüşün hər birində uçot dərəcəsinin orta hesabla 0,25 bənd olmaqla artırılması gözlənilir. Verilən açıqlamalardan da məlum olur ki, FES 2019-cu ilə qədər bəyan etdiyi 2 faizlik uçot dərəcəsi həddinə çatmaq üçün əlindən gələni edəcək. Bu isə onu deməyə əsas verir ki, növbəti 3 ildə ciddi şəkildə dolların bahalaşması ehtimalı var”. Ekspert onu da qeyd edib ki, yenidən neftin qiymətləri üzərində bir neçə istiqamətdə təzyiq formalaşmağa başlayıb: “Birincisi, dünyada neftin orta bazar qiymətinin 50 dollardan yuxarı olmasıdır ki, bu da Amerikada şist neft istehsalçılarının gəlirliliyini artırmaqla bu istiqamətdə investisiyanın həcmini sürətləndirir. Bu, eyni zamanda, müxtəlif hesablamalara görə, 1 il ərzində ABŞ-ın dünya bazarlarına gündəlik olaraq əlavə 2 milyon barrel neft təklif etməsinə gətirib çıxara bilər. İkincisi, Trampın böyük neft boru kəmərlərinin çəkilişi ilə bağlı layihəyə razılıq verməsi Amerika neftinin çıxış imkanlarını artırmaqla yanaşı, neftin qiymətlərinə azalan istiqamətdə təsir göstərəcək. Üçüncüsü, bahalı dollar siyasəti yarana bilər və nəticədə neft qiymətləri üzərində ucuzlaşmaya hesablanmış təzyiq müşahidə edə bilərik. Bu o deməkdir ki, gələcək perspektivdə neftin kəskin bahalaşması gözlənilmir”. İqtisadçı hesab edir ki, hazırkı 50-55 dollarlıq səviyyənin qorunub saxlanılması böyük ehtimalla, bir sıra səbəblərdən çətin olacaq.

31 Yanvar 2017 11:35

Bakı Dövlət Universitetinin rektoru hələki müqavimət göstərir

Ali təhsil müəssisələri ilə bağlı məlumatlar hər zaman KİV-də geniş müzakirə olunan xəbərlər sırasındadır. Hansısa ali məktəbin  bağlanması, yeni rektor təyinatları, gah da bəzi ali məktəblərdə  baş alıb gedən özbaşınalıqlarla bağlı yazılar gündəmi əməlli-başlı zəbt edir. Elə son günlər “Təfəkkür” və “Qafqaz”universitetlərinin  bağlanması ilə bağlı  verilən qərara reaksiyalar buna əyani misal ola bilər. Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan  Dövlət Tibb  Universiteti, Azərbaycan Dövlət Dillər Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti və daha bir neçə ali məktəbə yeni rektor təyinatı geniş müzakirələrə yol açdı. Həmin dövrdə ölkəmizin ən aparıcı ali məktəbi sayılan Bakı Dövlət Universiteti ilə də bağlı belə bir  gözlənti olmasına baxmayaraq,  bu baş vermədi. Bir müddət bu barədə söz-söhbətlər səngisə də, son günlər BDU-ya yeni rektor təyin ediləcəyi ilə bağlı növbəti dəfə  xəbərlər yayılmağa başlayıb. Faktinfo.az-a verilən  məlumata görə, Təhsil naziri Mikayıl Cabbarovun  vaxtilə  özünün də məzunu olduğu Bakı Dövlət Universiteti ilə bağlı özünəməxsus planları var. Özü də nazir həmin planları  təşəbbüsü  ilə təyin ediləcək yeni rektorla birgə həyata keçirmək niyyətindədir.   Abel Məhərrəmov da bu barədə  müəyyən qədər məlumatlıdır,ancaq postunda qalmaq üçün hələki  müqavimət göstərir. Digər tərəfdən  özünü bu sonluğa hazırlamış kimi də görünür. Hətta  onun yaxın ətrafı  da bu durumu sezməmiş deyil. A.Məhərrəmov bilir ki,rektorluqdan azad olunması ilə bağlı hər an sərəncam verilə bilər.Buna görə  çox ehtiyyatlı və səhvsiz davranır, mümkün  qədər  güzəştə getməyə çalışır.Məsələn,son günlər jurnalistika fakultəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə  ünvanlanmış  səsli mesajının  ölkə mətbuatında tirajlanmasından sonra 13 tələbənin “Politologiya” fənni üzrə imtahanı təkrar verməsinə göstəriş verməsi  və bunun  digər fakultələrə də şamil olunması  rektorun ehtiyyatlı davranışının göstəricisidir .Hətta, dekan müavininin  səsli mesajına dair məsələnin fakultə elmi şurasında müzakirə ediləcəyi belə deməyə əsas verir ki, A.Məhərrəmov tələbə narazılığının ikinci dəfə təkrarlanmasından ehtiyatlanır. Qeyd edək ki,hazırda da Bakı Dövlət Universitetində yaşlı müəllimlərə  hörmətlə   yanaşılır,müəllim və professor heyyətinin hazırkı rektordan hər hansı narazılığı yoxdur, qış imtahan sessiyası  hansısa  narazılıqla  müşayiət olunmur. Yeri gəlmişkən, onu da xatırladaq ki, bir vaxtlar  Təhsil naziri postunu tutmaq arzusunda olan namizədlər arasında A.Məhərrəmovun da adı hallanmışdı və həmin xəbərlər bu iki şəxs arasında soyuqluq yaratmışdı. Deyilənə görə, bu soyuqluq hələ də davam edir... Həsrət Gündoğan Faktinfo.az

30 Yanvar 2017 19:04

Professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var

Telman CƏFƏROV Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Təhsil hamıya yaxın olan, hamının rəy söyləyə və qiymət verə biləcəyi sahə olsa belə, istənilən ölkədə, xüsusilə də bir sosial-ictimai-ideoloji sistemdən digərinə keçid dövründə təhsili olduqca həyati və zəruri edən, bütün inkişaf konsepsiyaları və islahatların ön cəbhəsi kimi qiymətləndirən, bu istiqamətdə ciddi addımlar atan, investisiyalar qoyan, dövlət proqramlarını realizə edən ölkələrdə olduqca obyektiv, müstəqil və professional təhsil ekspertləri institutunun formalaşması labüddür. Gəldiyimiz bu qənaətin səbəbi onda deyil ki, 25 illik müstəqillik dövründə təhsilimizin Sovet ideologiyası və idarəçilik sistemləri buxovlarından, köhnə mexanizm və yanaşmalarından azad edilməsi, milli təfəkkür, maraqlar, ölkənin inkişaf konsepsiyası üzərində qurulması istiqamətində atılan ilk kövrək addımlardan, bu dövrdə Təhsil haqqında qəbul edilmiş iki qanundan (1994, 2009) tutmuş  Prezident sərəncamları ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" və onun mərhələli həlli üzrə "Fəaliyyət planı"na və s. tədbirlərədək hər bir addım təhlil edilmir, qiymətləndirilmir və əldə olunan nəticələr müzakirə edilmir. Təbii ki, bu, elə deyil. 1998-ci ildən başlayan və əsasən orta təhsil sistemini əhatə edən üçmərhələli təhsil islahatları, Milli kurrikulumun yaradılması və tətbiqi, ali təhsilimizin Boloniya prosesinə qoşulması və Avropa təhsil məkanına inteqrasiyası yönümündə atılan addımlar, ali təhsil müəssisələrinin inkişafı ilə bağlı dövlət proqramları, bu istiqamətdə Milli Kvalifikasiya çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan müzakirələr, universitetlərlə əmək bazarı arasında əlaqələrin qurulması cəhdləri, təhsilin idarə olunması, yeni idarəetmə infrastrukturlarının yaradılması, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi, yaradıcı müəllimlərin əməyinin stimullaşdırılması, ümumi və tam orta təhsil üzrə məzunların biliyinin monitorinqi və qiymətləndirilməsi üzrə orta təhsil pilləsində aparılan çoxşaxəli tədbirlər diqqət mərkəzindədir. Heç kəs birmənalı olaraq təsdiq edə bilməz ki, cəmiyyətin bütün təbəqələrini, hər bir fərdi əhatə edən təhsil kimi canlı və dinamik bir sahə ilə bağlı bu vaxtadək qəbul edilən bütün qərarlar uğurlu olub və gözlənilən nəticələr əldə edilib. Bu təbii proseslər hamı  tərəfindən normal qarşılanır və qarşılanmalıdır da. İndiki şəraitdə şahidi olduğumuz maarifçilik hərəkatı, təbii ki, XVIII, XIX və hətta XX yüzillikdə ayrı-ayrı dövrlərdə müxtəlif cəmiyyətlərin inkişafı  üçün vacib olan maarifpərvər hərəkatla müqayisəyə gəlməsə də, bu gün qloballaşan, sürətlə inteqrasiya olunan və artıq vahid informasiya  məkanı kimi qavranılan Yer kürəsinin konkret standartlar və meyarlar çərçivəsində təhsilə cəlb olunmasını tələb etməkdədir (hər bir ölkə və xalqın malik olduğu özünəməxsusluq istisna edilməməklə). Narahatçılığa səbəb başqadır. Bizdə düzgün və qərəzsiz fikir hasil edib, təhsildə baş verən proseslər barədə adekvat ictimai rəyin yaranmasına xidmət edən institutlar və mexanizmlər formalaşmayıb. Bu isə təkcə təhsil sferasında çalışanlara və təhsilə cəlb olunanlara deyil, bütövlükdə cəmiyyətin və dövlətin özünə, bu sahədə qərar verən və qərarları icra edən strukturlara lazımdır. Bu, bəlkə də psixoloji bir problem və ya məqamdır. İndi istənilən sahə üçün elə rəylər formalaşdırılır ki, sanki tunelin sonunda heç vaxt işıq görünməyəcək. Axı, ola bilməz ki, bu qədər axtarışlar, yeni texnologiya və innovasiyalar, dövlət proqramları müəyyən qədər müsbət nəticələrsiz ötüşsün. Onda əldə etdiyimiz uğurları kimin adına yazaq? Özünü təhsil eksperti adlandıran bir neçə adam var ki, onların da adda-budda, epizodik rəyləri ilə tanış olanda adamı vahimə bürüyür. Mən kiminsə adını çəkmək istəmirəm. Bununla belə, müstəqillik dövründə səbatlı və obyektiv rəyləri ilə gündəmə gəlmiş bir-iki nəfərin adını söyləməyə bilmirəm: Asif Cahangirov, Arif Muradov, Şahlar Əsgərov...  Xaricdə təhsil alıb ölkəyə qayıtmış məzunlarımız arasında da özlərini təhsil ekspertləri kimi təqdim etmək istəyənlər var. Şükürlər olsun ki, təhsil islahatlarının hazırlanması və icrası, milli təhsil tariximizlə bağlı xarici təcrübəni və ədəbiyyatları tədqiq edən, öyrənən mütəxəssislərimiz var. Belə adamlar Təhsil Nazirliyi aparatında, Təhsil İnstitutunda, Təhsil İşçilərinin Peşə Hazırlığı İnstitutunda, ali məktəblərimizdə, təhsil mətbuatında da var. Lakin onların səsi az eşidilir, müəyyən məsələlər ətrafında ciddi ictimai rəy və nikbin ruh yaratmağa və icra orqanlarının qəbul edəcəkləri qərarlara təsir etməyə gücləri çatmır. Gəl ki, özlərini təhsil eksperti adlandıran həmən o tək-tük adamlar ayda-ildə bir dəfə sensasiyalı fikirləri və rəyləri ilə gündəmə gəlirlər ki, onlarda da təhlildən və obyektiv qiymətləndirmədən çox qərəz, subyektivlik və ən pisi isə aqressiya duyulur. Bu aqressiya sensasiyalar ovunda olan üzdəniraq mətbuat orqanlarımızın və saytlarımızın əlində dəstavüza çevrilib vətəndaşları çaşdırmağa və zəhərləməyə başlayır. Görəsən çətindirmi ki, qəzet və sayt hər hansı bir iddianı irəli sürən mənbə barədə, müzakirəyə çıxarılan və narahatçılığa səbəb olan problem ətrafında araşdırma aparsın, əks tərəflərin mövqeyini və əks fikirləri müstəqil mənbələrdən və respondentlərdən öyrənib düzgün nəticə hasil etməyə çalışsın və yalnız bundan sonra yazıları oxucuya təqdim etsin. Yəqin ki, müəllif, jurnalist etikası və mövqeyi deyilən anlayışların şəxsi maraqlardan çox milli maraqlar üçün düşünüldüyü hamımıza yaxşı aydındır. Biz bir gün bu həyatdan gedəcəyimizlə barışıb ölməzlik qazanmağı, yəni insanlıq, doğma torpaq, əzizlərimiz və sevdiklərimiz naminə şəxsi iddialarımızdan vaz keçib ictimai və ya sosial varlıq deyilən mövcudluğumuzun məsuliyyətini dərk etməyə çalışmalıyıq. Allah Üzeyir bəyə rəhmət eləsin! "Sən mənə iyirmi manat ver, onu qəzetimdə rüsvay eləyim" kəlməsini sanki tənqid və tənbeh üçün deyil, nümunə və yamsılamaq üçün buyurubmuş bizlərə. Saytlarımız yoxlanılmamış, təhqiredici və alçaldıcı  məlumatları elə sürətlə və həvəslə yayırlar ki, sanki məktəblərdə, universitetlərdə işləyən müəllimlər və oxuyan şagird və tələbələr xaricdən gətiriliblər. Nifrətlərinin dərəcəsini kontekstə uyğun gəlməyən, o haqda bircəcə cümlə belə deyilməyən başlıqlarla ifadə edirlər... Məşhur psixoloq Syuzan Foruardın "Emosional şantaj" kitabından hasil olan bir formulaya diqqəti yönəltmək istəyirəm: "Əgər sən mənim istədiyimi eləməsən - əzab çəkəcəksən". Baxın, çox vaxt ekspert, yəni müəyyən problemlərin araşdırılması üzrə rəyi tələb olunan adamlar rəy yox, daha çox şantaj müəllifi kimi mediada parlamağa can atırlar. Foruardın bir fikri də maraqlıdır ki, bu cür insanlar arzularına çatanadək çox vaxt hər cür yola getməni mümkün sayır və öz niyyətlərini faş eləməkdən belə çəkinmirlər... Xüsusilə də imtahan sessiyaları ərəfəsində universitetlər ətrafında mənfi rəylərin bilərəkdən ortaya atılması heç də həmişə yaxşı nəticələrə səbəb olmur. Deyək ki, adları  rüşvətxorluqda hallanan universitetlərlə bağlı başlıq verilir,  təhlildə və cədvəllərdə rüşvətxorluğa aid heç nə deyilmir, faktlar gətirilmir. Eləcə də bu il bağlanacaq universitetlərlə bağlı təhlillər. Maraqlısı odur ki, adı və məzmunu uyğunsuzluq təşkil edən, real vəziyyəti əks etdirməyən və ekspert yazısı sayılan bu materiallar onlarla saytlar tərəfindən təkrar-təkrar çap olunur. Bəlkə, ali məktəblərin özündə də günah var ki, onları təkzib verməyə, dedikləri sözə görə qanun qarşısında məsuliyyət daşımağa məcbur etməyə cəhd göstərmirlər. Onu yaxşı dərk etməliyik ki, xaricə beyin və maliyyə axınının səbəblərindən biri də milli təhsil sisteminə inamsızlıq və etimadsızlıqdan irəli gəldiyindən həm ali təhsildə çalışanlar, həm milli universitetlərin fəaliyyətinin monitorinqini aparanlar, həm də bu barədə yazanlar professionallığı və məsuliyyəti gözləməlidirlər. Son hadisələrə diqqət yetirək: "Təfəkkür" universiteti təhsil bazarında rəqabətə davam gətirmədi, abituriyentlər onu seçmədi, seçənlər də yarımadı və bağlandı. Bu, normal iş, əmək və təhsil bazarının tələbi idi.  "Qafqaz" universiteti təhsil və əmək bazarında öz çəkisi olan ali məktəb olsa belə, qardaş ölkədəki məlum hadisələrdən sonra onun taleyi barədə təsisçinin verdiyi qərarı kimsə dəyişdirə bilməzdi. Universitet rəhbərliyi və Təhsil Nazirliyi dərhal ləğvetmə komissiyası və İşçi qrup təşkil edərək, tələbə və müəllimlərin ölkənin ən aparıcı universitetlərinə köçürülməsi məsələsini həll etməkdədir. Lakin bu universitetlərlə bağlı məsələlər yekunlaşmamış ölkənin olduqca ciddi nüfuza, maddi-texniki bazaya və kadr potensialına, maliyyə sərbəstliyinə, ənənələrə malik bir sıra universitetlərinin bağlanma təhlükəsi ilə üzləşməsi mesajları ilə əhalidə narahatlıq və narazılıq yaratmaq həvəsi ortaya çıxdı. Birincisi, dövlət və ya özəl olmasından asılı olmayaraq, hər bir universitet hüquqi şəxsdir, maliyyə-təsərrüfat subyektidir. Bazarda özünü təsdiq edə bilməyəcəyi halda onsuz da kiminləsə birləşməyə və ya fəaliyyətini dayandırmağa məcbur olacaq. İkincisi, dövlət öz geosiyasi maraqlarına, insan resurslarının və iqtisadi inkişafının meyillərinə müvafiq olaraq müəyyən ali təhsil müəssisələrinin fəaliyyətini dəstəkləməkdə israrlıdır. Bunu təkcə ekspertlər yox, sadə Azərbaycan insanı da anlamalıdır. Bu, onun vətəndaşlıq borcudur. Bakı Slavyan Universitetini təmsil etdiyim üçün onun barəsində deyilən fikrə münasibət bildirmək istəyirəm. Əgər on minlərlə insan bu gün rusdilli təhsilə üstünlük verib bağça, məktəb və universitetdə bu dildə təhsili seçirlərsə, yalançı vətənpərvərliklə təhsil rus dillində aparılan sinif və məktəbləri, Slavyan universitetini bağlatdırmaq çağırışlarına ehtiyac yoxdur. Normal vətəndaş cəmiyyətində hər kəz öz təhsilini, öz övladlarının təhsilini planlaşdırır və məqamı çatanda əlavə təhsil tədbirlərinə əl atır. Bu gün rus dilində təhsil xidmətləri şəbəkəsi mövcuddursa, rus dili müəllimləri, ibtidai sinif müəllimləri, tərbiyəçilər, psixoloqlar, rus bölmələri üçün digər fənn müəllimləri yetişdirən Bakı Slavyan Universitetinin fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən dəstəklənməli və təhsil ixtisasları şəbəkəsi genişləndirilməli, bu universitetin bazasında əlavə təhsil tədbirləri gücləndirilməlidir. Mən hələ respublikamızın Şərqi, Mərkəzi və Cənubi Avropa ilə siyasi-diplomatik, mədəni və iqtisadi əlaqələrinin genişləndirilməsinin zərurətindən irəli gələn tədbirlərdən danışmıram... Eyni fikri dünyaya çıxışımızı reallaşdıran ingilis dilində təhsilin vacibliyi barədə də söyləyə bilərik. Əsas məsələ odur ki, bütün bunlarla yanaşı,  ana dilimizin inkişafı, ana dilində təhsil məsələləri dövlətimizin dil və təhsil siyasətinin prioritet istiqaməti olaraq qalır və qalacaq da. Elə Ulu öndərin sərəncamı ilə 2000-ci ildə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetinin təsis edilməsi də təkcə regionda rusistikanın inkişafı və slavistikanın təşəkkül tapması ilə bağlı deyildi. Belə bir elm və tədris mərkəzinin fəaliyyətinin dövlət səviyyəsində dəstəklənməsi və profilinin genişlənməsi həm də dil və mədəniyyətimizin, mənəvi dəyərlərimizin MDB-də, geniş yunan-slavyan dünyasında yayılmasına və təbliğinə, Azərbaycanın diaspora təşkilatlarının dəstəklənməsinə, azərbaycançılıq ideyalarının və Azərbaycan həqiqətlərinin bütün dünyaya yol açmasına şərait yaratdı. Bu gün Bakı Slavyan Universiteti Qafqazda ən böyük rusistika və slavistika mərkəzi kimi fəaliyyətini davam etdirir, azərbaycanşünaslıq, türk-slavyan əlaqələri, avrasiyaçılıq elmi istiqamətləri üzrə sanballı elmi tədqiqatlar aparır, xalqımızın malik olduğu multikultural dəyərlərin dünyada layiqincə tanınması və təbliği işinə xidmət edir, beynəlxalq elmi konfranslar keçirir. Yaxın və uzaq xaricdən gələn onlarla gənc Azərbaycan və rus dillərinə məhz bu universitetdə yiyələnərək, bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisaslar üzrə keyfiyyətli təhsil alırlar. Bakı Slavyan Universiteti respublikamızın böyük elmi-pedaqoji potensiala malik ali təhsil ocaqlarındandır. Universitetin professor-müəllim heyətinə 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi, dosent daxildir. Ondan çox ölkənin dövlət və hökumət başçıları, siyasi və dini xadimlər BSU-nun Fəxri doktorlarıdır. BSU-nun Rusiya, Ukrayna, Bolqarıstan və Belarusda Azərbaycanşünaslıq, Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Universitetdə yaradılmış Rusiya, Ukrayna, Yunan,  Bolqar,  Polşa,  Türkiyə, Çex, Belarus, Alman, Fransız və İngilis dili tədris-mədəniyyət mərkəzləri tədris prosesinə və sadalanan ölkələrlə əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir. Xarici tərəfdaş universitetlərlə çoxsaylı əməkdaşlıq müqavilələri əsasında əcnəbi mütəxəssislər  BSU-da, bu universitetin pedaqoq və alimləri xaricdə işləməyə imkan əldə ediblər. Təsadüfi deyil ki, Rusiya Federasiyasının prezidenti V.V.Putinə BSU-nun  fəxri doktoru diplomunun təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev universitet kollektivinin fəaliyyətini yüksək qiymətləndirərək, professor-müəllim heyətini "millətimizin qaymağı" adlandırmışdı. 2016-2017-ci tədris ilinin əvvəlində universitetdə aparılmış əsaslı təmir işləri  bütün auditoriyaların, tədris-mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları və kafedraların maddi-texniki bazasını yenidən qurmağa, universitet idarəçiliyi və tədrisin təşkilində elektron idarəetməyə keçidə imkan yaradıb. Yeni linqafon və kompyuter otaqları təşkil olunub, 110 yerlik tərcümə avadanlıqları quraşdırılmaqla Akt zalı əsaslı şəkildə təmir edilib, foyeyə, tədris korpusunun girişinə, Universitet muzeyinə tam fərqli bir tərtibat verilib, Heydər Əliyev tədris auditoriyası yaradılıb. Tədrisdə keyfiyyətin təminatı, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində şəffaflıq və obyektivliyin gözlənilməsi, elmi-metodiki işlərin səmərəliliyinin artırılması, təcrübənin təşkili və əmək bazarı ilə münasibətlərin yaradılması, professor-müəllim və tədrisə yardımçı heyət üçün mütəmadi treninqlər rejiminin tətbiqi, insan resurslarının düzgün istiqamətləndirilməsi, tədris strukturlarının optimallaşdırılması  yönümündə ciddi addımlar atılmaqdadır. Universitet həyatında baş verən belə bir canlanma şəraitində ekspert məsuliyyətsizliyi və səriştəsizliyi üzündən tələbələri və onların valideynlərini narahat edən çoxsaylı suallara obyektiv cavablar tapmaq lazım gəlir. Humanitar siyasətimizin strateji nöqtəsi olan Bakı Slavyan Universiteti Ulu öndərin müdrik uzaqgörənliyi ilə təşkil olunmuşdur. Dövlətimizin və xalqımızın maraqlarına uyğun olaraq o, bağlana, hansısa universitetlə birləşdirilə və ya genişləndirilə bilər. Bununla belə, bu cür qərarların hansısa səriştəsiz və məsuliyyətsiz ekspert rəyi əsasında qəbul edilmədiyini hamının dərk etməsi vacibdir. Yəqin ki, söylədiklərimiz təhsil ekspertləri institutunun bugünkü real vəziyyəti, təhsil ekspertlərinin məsuliyyəti barədə müəyyən təsəvvür yaradır. Bəs professionallardan ibarət belə bir institutun mövcudluğu bizə nə verə bilər? Hazırda təhsil ekspertlərini hansı məsələlər məşğul etməlidir? 1) Bütövlükdə təhsil sisteminin vəziyyətinin diaqnostik qiymətləndirilməsi, onun ölkənin mövcud və perspektiv sosial-iqtisadi potensialına müvafiq  inkişafı barədə rəylərin hazırlanması; 2) Ölkədə təhsillə bağlı qanunvericilik aktlarının qəbulu və tətbiqi  səviyyəsinin müəyyən olunması, işlək mexanizmlərin yaradılması ilə bağlı tövsiyələrin verilməsi; 3) 1998-ci ildən başlayaraq orta təhsil pilləsində aparılmış üçmərhələli təhsil islahatlarının, o cümlədən, Milli kurrikulum islahatının nəticələrinin monitorinqi, bu nəticələrin "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulmuş istiqamətlərlə varisliyi və ardıcıllığı probleminin araşdırılması, "Fəaliyyət planı"nda göstərilən təhsil pilləsi üzrə planlaşdırılmış tədbirlərin icrasında nəzərə alınması üçün təkliflərin irəli sürülməsi; 4) Bütün təhsil pillələri və səviyyələri üçün tədris resurslarının, o cümlədən, elektron tədris vasitələri və bazalarının mövcudluğu, sistemləşdirilməsi, istismarı səviyyəsinin monitorinqi və mütəmadi olaraq müvafiq icra orqanları üçün məlumat və tövsiyələrin hazırlanması; 5) Ali təhsil müəssisələrinin Boloniya prosesinə qoşulması və Kredit sistemi ilə tədrisin təşkili qaydalarının tətbiqinin, eləcə də tələbə və müəllim mobilliyi  vəziyyətinin  monitorinqi , bu sistemin tətbiqi müddətində ortaya çıxan boşluqların yeni qanunvericilik aktları ilə aradan qaldırılması üçün təkliflərin verilməsi; 6) Peşə hazırlığı sisteminin qaydaya salınması və təhsil pillələri arasında bağlılığın və ardıcıllığın təmin olunmasının, bu sahədə stimullaşdırıcı tədbirlərinin vacibliyinin gündəmə gətirilməsi; 7) Məzunların karyera inkişafı ilə bağlı vəziyyətin monitorinqi, ixtisas və istiqamətlərə uyğun iş dünyası, istehsal və xidmət sahələri ilə sıx əlaqələrin qurulması üçün konkret təkliflərin irəli sürülməsi; 8) Ümumi və tam orta təhsil pillələrində məzunların bölmələr üzrə sayının və təmayülünün ilbəil proqnozlaşdırılması və illik tələbə qəbulu planını proqnozlaşdırmaqda olan universitetlər üçün təklif və tövsiyələrin hazırlanması; 9) Biznes, istehsal, xidmət və sair sahələr üzrə ölkə və xarici iş dünyasıda  perspektiv inkişafın (o cümlədən, iş yerlərinin) proqnozlaşdırılması və bu işdə maraqlı olan universitetlərə konkret təkliflərin ünvanlanması; kurrikulumların hazırlanması, kompetensiyaların müəyyən edilməsi istiqamətində universitet-əmək bazarı münasibətləri üçün reseptlərin işlənməsi; 10) Təhsil ehtiyaclarının qarşılanması üçün ölkədə əhalinin artım səviyyəsi və surətinin, yerdəyişmə və suburbanizasiya meyllərinin (hətta bölgələr və şəhərlər üzrə) müəyyən edilməsi üzrə işin təşkili. Yoxsa rayonlarda və kəndlərdə son illərdə tikilmiş ikimərtəbəli və üçmərtəbəli məktəb binaları, bəzən də bağçalar şagird və məktəbəqədər yaşlı balaları gözlədiyi halda, Bakı və Sumqayıt məktəblərinin əksəriyyətində şagird sıxlığı normativləri (xüsusilə də ibtidai siniflərdə) 1.5, bəzən 2 dəfə keçir. Gecə-gündüz hansısa universitetlərin bağlanmasının vacibliyini car çəkən, ali məktəblərin gündəlik fəaliyyətində baş verən ən xırda və əhəmiyyətsiz məsələləri də şişirdən tanınmış pedaqoqlarımız, ata olmağa hazırlaşan gənc təhsil ekspertlərimiz bir az da bağçaların açılması, Bakıda yeni məktəb binalarının tikilməsi  zərurətindən danışsa, bağlanacaq universitetlərin binalarının məktəblərə və bağçalara verilməsini dilə gətirsələr, bəlkə də onların rəylərində bir fayda sezilərdi; 11) Orta təhsildə son üç ildə həyata keçirilmiş tədbirlərin təhlili və qiymətləndirilməsi, növbəti addımların atılması üçün konkret tövsiyələrin işlənməsi; 12) Geniş ictimaiyyətin susaraq müşahidə etməkdə olduğu və buradakı  qeyri-müəyyənliyə görə məsuliyyətin yalnız təhsil strukturlarının üzərinə qoyulmağa çalışıldığı tam orta təhsil pilləsindəki təhsil situasiyasına aydınlığın gətirilməsi və bu vəziyyətdən çıxış üçün növbəti mərhələlərdə düzgün qərarların verilməsi (elə təmayüllər üzrə fərqli tədris planlarının tətbiqi məsələsi ilə də bağlı) və təsirli addımların atılması məqsədilə təhlillərin aparılması, tövsiyələrin verilməsi və mükəmməl mexanizmlərin hazırlanması; 13) Orta məktəb iqtisadiyyatına aydınlığın gətirilməsi, məktəblərin müstəqil hüquqi şəxs kimi çıxış etmələri və sərbəst maliyyə fəaliyyətinə  malik olmaları üçün konkret mexanizmlərin irəli sürülməsi və təhsil qanunvericilik aktlarında təsbit olunmuş bu hüquqların və mexanizmlərin reallaşdırılmasına çağırışların ictimai rəyə gətirilməsi. Son üç ildə müəllimlərin və direktorların seçilməsi və yerləşdirilməsi, müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi, təhsilin idarə olunması, təchizat sisteminin qaydaya salınması məqsədilə görülən işlərin müsbət nəticəsi məktəblərin müstəqil hüquqi şəxs kimi çıxış etmələri və sərbəst maliyyə fəaliyyətinə malik olması üçün yaxşı zəmin yaradıb. Bu isə həm də orta məktəblərə ayrılan dövlət vəsaitinə qənaətə, dəbdə və genişlənməkdə olan özəl təhsil müəssisələri ilə rəqabətə imkan yaradar; 14) Orta və ali təhsil sistemlərinin fəaliyyətinin koordinasiyası istiqamətində görülən tədbirlərin qiymətləndirilməsi və pedaqoji internaturaların yaradılacağı ərəfədə bu yönümdə atılacaq addımların motivasiyası. Ali məktəblərin "İxtisas seçimi" layihəsi ilə məktəblərə getməsi, məktəblərin universitetlərə gəlməsi, professor-müəllim heyətinin sinif otaqlarına, buraxılış sinif şagirdlərinin universitet auditoriyalarına cəlb olunması, orta məktəb dərsliklərinin yaradılması və sair müştərək layihələrin işlənməsi üçün təklif və reseptlərin hazırlanması. Bütün məsələlərin başında kadr hazırlığı problemi, istedadlı gənclərin düzgün istiqamətləndirilməsi, onlara nəzəri biliklərlə yanaşı praktiki vərdiş və bacarıqların aşılanması məsələsi durursa, hələlik mövcud potensialdan, maddi-texniki bazadan istifadənin yolları barədə düşünməyi bacarmalıyıq. Əmək bazarının tələblərinə uyğun olaraq mühəndis kadrları hazırlayan universitetlərimiz hələlik gücləri çatmayan texnoparklar yaratmaq əvəzinə istehsal-istehlak, məişət və tikinti sahələrlə   işgüzar əlaqələr qura (məsələn, Neft və Sənaye Universiteti bu istiqamətdə ciddi addımlar atmaqdadır), pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan ali məktəblər məktəbəqədər və ümumi təhsil müəssisələri ilə əməkdaşlıq edə, ictimai və humanitar yönümlü gələcək mütəxəssislər isə müvafiq icra-idarəedici və bələdiyyə qurumlarına təhkim oluna bilər. Bu məsələnin tibb sahəsində həlli yolu bu gün bir nümunə kimi görünə bilər. Bir daha vurğulamaq istəyirik ki, bu məsələlərin həlli ölkədə insan resurslarının  və potensialının düzgün istiqamətləndirilməsi ilə bağlı olduğundan, ictimai fikir və rəydə daim narahatçılıq doğurduğundan ekspertlərin rəyinə və tövsiyələrinə həmişə ehtiyac var... Bizdə isə hər şey tərsinədir. Sanki ekspertlər camaatı qıcıqlandırmağa, təhsil sahəsinə etimadsızlıq yaratmağa üstünlük verirlər; 15) On ikiillik orta təhsil sisteminə keçidin planlaşdırılması ilə bağlı mövcud sistemin struktur və məzmununun mərhələli şəkildə yeni standartlara uyğunlaşdırılması məqsədilə xarici təcrübə də nəzərə alınmaqla orta təhsilin inkişaf konsepsiyasının işlənilməsi üçün təkliflərin verilməsi. Düzdür, 12 illik orta ümumi təhsilin struktur və mərhələləri barədə bir müddət müzakirələr getdi və rəylər irəli sürüldü, lakin keçid prosesinin elmi-pedaqoji-psixoloji problemləri gündəmə gətirilmədi; 16) Hazırda ali təhsilin magistratura, həm də doktorantura səviyyələrinə qəbulun aparılması, burada təhsilin və tədqiqat işlərinin təşkili vəziyyətinin monitorinqi və əldə edilmiş təcrübə, eləcə də xarici təcrübə əsasında yaxın gələcəkdə magistratura səviyyəsində dəyişikliklərin (qəbul, təhsilin müddəti və məqsədi, ixtisaslaşma məsələləri ilə bağlı) vacibliyinin əsaslandırılması; 17) Əmək bazarındakı situasiyaya, orta yaşlı  əhalinin əmək və təhsil ehtiyaclarına uyğun olaraq çevik və dəyişkən Əlavə təhsil konsepsiyasının işlənilməsinin və bu tədbirin vacibliyinin daim gündəmdə saxlanılması barədə rəylərin hazırlanması; 18) Milli pedaqoji fikrin inkişafı, pedaqoji irsin qorunması, Azərbaycan məktəbinin tarix və ənənələrinin öyrənilməsi, təhsilimizin inkişaf xüsusiyyətlərinə və meyllərinə, aparılan islahatlara müvafiq müstəqillik dövründə pedaqogika və psixologiya, tədrisin metodikası, müasir texnologiya və yanaşmaların tətbiqi      sahəsində əldə etdiklərimizin və edə bilmədiklərimizin təhlili. Burada mən xüsusilə paytaxtdankənar elm və təhsil mərkəzlərimizdə aparılan elmi və  elmi-pedaqoji tədqiqatların qiymətləndirilməsi, təhlili və yayılması məsələsinin vacibliyini vurğulamaq istəyirəm. Məsələn, ADPU-nin Şəki Filialında Firədun İbrahimov və Nurəli Çələbiyev kimi pedaqoq və psixoloq alimlərimiz əyalətdə fəaliyyət göstərmələrinə baxmayaraq, son illər pedaqogika, təhsilin metodikası və milli psixologiya üzrə olduqca  sanballı və orijinal kitablar təqdim ediblər. Bakıda nəşr edilmiş pedaqogika dərsliklərinin, "Seçilmiş əsərləri" çap olunmuş pedaqoq alimlərimizin sayını itirmişik. Axı sovetlər dövründə pedaqogika və psixologiya sahəsində milli ruhlu, mentalitetimizə uyğun yazılmış ali məktəb dərsliklərinin həsrətində olmuşuq. Göründüyü kimi, biz təhsil ekpertlərini narahat etməli olan və professional təhsil ekpertləri institutunun formalaşmasını şərtləndirən bir neçə vacib məqama diqqəti yönəltməyə çalışdıq, amma bu, problemlərin bir qismi idi... Yaxşı ki, ölkə Prezidentinin sərəncamı ilə Təhsil İnstitutu yaradılıb və mövcud strukturların bazasında genişləndirilməsi nəzərdə tutulub. Sadalanan bu və digər problemlərin ictimai rəyə gətirilməsi, düzgün rəy və tövsiyələrin verilməsində təhsil ekspertləri kreativ və pozitiv mövqe tuta və səmərəli fəaliyyətləri ilə seçilə bilərlər. Yazını Orta əsrlər Azərbaycan seirinin məşhur nümayəndəsi, əsərləri sufilik fəlsəfəsindən qidalanan Əvhədi Marağalının ibrətamiz bir kəlamı ilə bitirmək istəyirəm: "Əməlsiz elm ayağa çidardır". Gəlin elə düşünək, elə danışaq ki, əl-ayağımıza, əməllərimizə öz əllərimizlə çidar vurulmasın.

30 Yanvar 2017 12:22

Türkiyə, Rusiya və İran Suriyanı necə böləcək? –Təhlil

Astana danışıqlarının iştirakçıları © AP Foto, Sergey Qrits   Pavel Novotnı Info.cz (Çexiya), 27.01.2017   Qazaxıstanın Astana şəhərində hökumətlə üsyançılar arasında sülh danışıqları Suriya müharibəsindən, demək olar, altı il sonra başlanıb. Danışıqları Rusiya, Türkiyə və İran təşkil edib. ABŞ nümayəndə heyəti göndərməyib. Üsyançılar iddia edirlər ki, birinci növbədə barışıq haqda danışıq aparmaq istəyirlər. Amma analitiklər artıq spekulyasiya edirlər ki, dövlətlər Suriyanı öz nüfuz dairələrinə böləcəkmi və bunlar hansılar olacaq? Suriyada parçalanma artıq  gedir. Ölkə əcnəbi oyunçuların nüfuz dairələrinə bölünə bilər. Rusiya Beynəlxalq məsələlər üzrə şurasının, yəni Rusiya Xarici İşlər Nazirliyinə yaxın təşkilatın rəhbəri Andrey Kortunov yanvarın ortalarında bu barədəReuters-ə bildirib. Daha mühümü budur ki, bu təşkilat təkcə RF XİN-in fikrini deyil, daha çox onun məqsədlərini də bölüşür. Moskva siyasətçilərindənsə Kortunov və Rusiyanın digər analitikləri daha açıq ola bilər – ehtimal ki, taktiki səbəblər üzrə isə hətta açıq olmalıdırlar. Astanadakı görüşü yeni Moskva-Ankara-Tehran oxu təşkil edib. Analitiklər hər şeydən öncə məhz onların planları haqda fikir yürüdürlər. Rusiya analitiklərinin sözlərinə görə, Moskva gələcəkdə ələvilərin məskunlaşdığı bölgədə nüfuzunu saxlayacaq. Söhbət 1920-1936-cı illərdə paytaxtı Latakiya olan Ələvi dövlətinin mövcud olduğu dənizyaxası zonadan gedir. Rusiyanın istifadə etdiyi Tartus və Xmeymim bazaları orada yerləşir. Ələvilər Azliq təşkil etsələr də, savaşöncəsi Suriyanın özəyini təşkil ediblər və prezident Bəşər Əsəd də ailəsi ilə onlara aiddir.   Ankara və Tehran geridə qalmaq istəmir   Rusiya ekspertlərinin sözlərinə görə, Türkiyə (həm də təkcə o deyil) Əzəz, Əl-Bab və Cərabulus şəhərləri arasındakı ərazini hərbi qüvvə ilə tutaraq Suriyanın şimalında özünə nüfuz dairəsi müəyyən edib. Strateji araşdırma və pronozlar İnstitutundanVladimir Aqeyev əlavə edir ki, hər şeydən göründüyü üzrə, bu, Əl-Bab şəhəri götürülən zaman türk koalisiyasına hücumdan vaz keçmiş Moskva və Dəməşqin razılığı ilə baş verib. Rusiyalılar guya yaraqlıların Hələbin üsyançılar hissəsindən çəkilməyinə hər şeydən əvvəl ona görə razılaşıblar ki, onların müəyyən qismi Əl-Bab yaxınlığında Türkiyə tərəfdən radikal islamçılara qarşı döyüşlərdə iştirak etməyə hazırlaşırdı. İrana gəlincə, Moskva analitikləri onun da Suriyaın bir hissəsinə haqqını etiraf edirlər. “Nüfuz dairələrinə bölünmə – o, doğrudan da, planlaşdırılırsa – Türkiyə və Suriya hökumət qoşunlarının tutduğu mövqelər üzrə baş verə bilərdi, – Rusiya hərbi proqnozlaşdırma Mərkəzindən Anatoli Çıqanyuk hesab edir. – İran qoşunlarının bu gün Rusiya HKQ ilə qarşılıqlı şəkildə hərəkət etdiyi nəzərə alınsa, üçtərəfli format da tamamilə əsaslıdır”.   Ancaq sınaq şarı?   Hər şeydən göründüyü kimi, Rusiya analitikləri sınaq şarı buraxırlar, Kreml isə reaksiyanı gözləyir. Bəlkə də, onlar bəzən özlərindən danışır, yəni Rusiya siyasi spektrinin ayrı-ayrı mərkəzlərinin mövqelərini müdafiə edirlər. Rusiya analitikləri variantları şərti meyllənmə ilə ifadə edirlər. Və buna baxmayaraq: Suriya həqiqətən parçalanıb və ərazisinin önəmli hissəsini xarici dövlətlər, qruplaşmalar tutub. Hətta bundan betəri. Görünür, bəziləri artıq öz planlarını həyata keçirməyə başlayıb və əhalinin transferini təşkil edirlər. Əlbəttə, ayrı-ayrı etnik-dini qruplar bütün vətəndaş müharuibəsi boyunca yerlərini dəyişirlər və qaçış və sürgünlərin olmayacağını güman etmək sadəlövhlük olardı. Britaniyanın The Guardian qəzeti şiə İranı və müttəfiq “Hizbullah” hərəkatının artıq gerçəkləşdirməyə girişdiyi dəqiq plan barədə məlumat verib. Plana əsasən, gələcəkdə Livan sərhədi ilə Dəməşq və Xomsu birləşdirən şərti xətt arasında bir sünni də yaşamayacaq. Başqa sözlə: etnik-dini dəyişiklik, bununla isə Rusiya və İranın müttəfiqindənsə daha çox vassalı Bəşər Əsədin prezidenti olduğu Suriyanın mümkün bölünməsi də tənzimlənməyən hərbi mərhələdən mütəşəkkil mərhələyə keçir. Bu həm də ona görə baş verir ki, Dəməşqdəki rejim müttəfiqlərin sayəsində salamat qalsa da, həm iqtisadi, həm də hərbi planda artıq son dərəcədə taqətdən düşüb. (İran, İraq, Əfqanıstan, Livan və s.-dən) əcnəbi şiə döyüşçülər sayca hələ keçən il Suriya ordusunun kadrlarına bərabər idi. Yəni hər şey tədricən baş verir və unutmağına dəyməz ki, söhbət fərziyyələrdən gedir. Amma çox az adamın şübhəsi var ki, Suriyanın Tartus və Latakiya şəhərlərinin yaxınlığından Aralıq dənizinə çıxışda son dərəcə maraqlıdır.   İran dəhlizi   Şiə İranı Körfəzlə Aralıq dənizi arasında dəhliz yaratmağa məqsədyönlü şəkildə nail olur: İraqdan Suriyaya keçməklə “Hizbulllah”ın ağalıq etdiyi Livanın cənubuna. İsrail jurnalistləri – həm də təkcə olar deyil – ehtimal edirlər ki, bu dəhlizlə “Hizbullah”a, yəni İsrail sərhədinin lap yanına İran silahı tədarük olunacaq. Türkiyə “Fərat qalxanı” vaxtı cənub sərhədinin yanında Suriyanın bir hissəsini həqiqətən də nəzarətə götürüb və yalnız gözlənilməz Qərb tərəfindən əl tutulan Suriya kürdləri ilə mübarizəyə başlayıb. Yeri gəlmişkən, ifrat dərəcədə assertiv (xarici təsirlərdən asılı olmayan subyekt-tərc.) Rusiyanın onlara necə yanaşacağını müşahidə etmək maraqlı olacaq. Beyrutda yaşayan britaniyalı şərhçi Devid Herst yada salır ki, Kremlin Moskva və Ankaranın əməkdaşlığından vəcdlə xəbər verən Sputnik serveri bu faktı unudub ki, Rusiya Suriya kürdlərinə öz paytaxtında təmsilçilik açmağa yol verib. Ancaq bu, Rusiyanın Türkiyə ilə barışmağına qədər baş verib… Bəs Suriya münaqişəsinə cəlb edilmiş başqa oyunçular? Deyəsən, Körfəz ölkələri müdafiə mövqeyi tutub, lakin ola bilsin, Amerikanın yeni, tamamilə gözləniməz prerzidenti Donald Trampın Yaxın Şərqdə hansı siyasəti yürüdücəyini gözləyir. Artıq adı çəkilən Devid Hersti təəccübləndirib ki, Səudiyyə kralı Salman dekabrda (seçilməmiş) parlament qarşısında çıxış edərkən bundan bir neçə gün qabaq şiə koalisiyası, Suriya ordusu və İranın öz müttəfiqləri ilə Hələbin sünni üsyançıların əldə saxladığı hissəsini götürdüyünə baxmayaraq Suriyadakı durumu bir dəfə də xatırlatmayıb. Axı Körfəz onları dəstəkləyirdi. Ola bilsin, monarx məğlubiyyətə görə xəcalət çəkir, ya da artıq həm üsyançılardan, həm də Suriyayadan əlini üzüb?   Üç ssenari   Həmçinin Suriyanın necə bölünəcəyini yalnız güman etmək olar: qeyri-formal, yaxud ölkənin müharibəyə qədərki sərhədlərində yeni qurumlar. Üç ssenari ağla gəlir: Sudan, Bosniya və Livan. Birinci iki (yaxud daha çox) suveran dövlətlərin meydana çıxacağını bildirir. Bosniyadakı qurumlarda hətta ümumi bayraq da var, dövlət başçıları isə kollektivdir ki, əsas xalqlar təmsil olunsun. Amma ümumi hökumət çox zəifdir. Livan isə Suriyanın yaxınlığında özünü sığorta edən sistem yaradıb və hökumətdəki postlar etnik-dini prinsip üzrə bölünür. Həmçinin mümkündür ki, nüfuz dairələri kağızda deyil, yalnız suriyalıların və onların xarici qəyyumlarının beynində yaranacaq… Bəli, Suriya həmçinin faktiki olaraq Əsədin adamlarının rəhbərliyi altında unitar dövlət kimi qala bilər. Lakin heç kim bilmir ki, prezidentə qarşı qiyam etmiş bütöv bölgələri və əvvəllər görmədiyi müstəqilliyi dadanları, xüsusən də kürdləri qeyri-hərbi üsullarla tabe olmağa necə məcbur etmək mümkündür.  

27 Yanvar 2017 18:34

Nazarbayevin dünyanı heyrətə salan qərarı –“Varis planı”, yoxsa geopolitik gediş? – Təhlil

Qazaxıstan prezidenti Nursultan Nazarbaev səlahiyyətlərinin bir hissəsini parlamentə və nazirlərə vermək qərarına gəlib. Prezident bu dəyişikliklərlə bağlı ölkə konstitusiyasına düzəlişlər ediləcəyini, düzəlişlərin layihəsinin artıq hazır olduğunu söyləyib. N.Nazarbayevin qərarı yanvarın 26-da Qərb mətbuatının da əsas mövzularındandır. «EurasiaNet» Qazaxıstan prezidentinin 40-a yaxın məsuliyyətini parlamentə, ya da nazirlərə ötürəcəyini yazır. NAZİRLƏRİ DƏ PARLAMENT SEÇƏCƏK Konstitusiyaya dəyişikliklər qəbul edilsə, bundan sonra Qazaxıstanda baş naziri də, digər nazirləri də parlament seçəcək. İndiki qanunlara görə, Qazaxıstanın baş nazirini prezident seçir, parlament təsdiqləyir. Sonra isə baş nazir özü Nazirlər Kabinetinin üzvlərini müəyyən edir. Onun seçimini prezident təsdiqləməlidir. N.Nazarbayev deyib ki, dəyişikliklər, həmçinin nazirlərə sosial və iqtisadi inkişafı idarə etməkdən ötrü daha çox məsuliyyət və səlahiyyət verilməsini nəzərdə tutur. Üstəlik, parlamentin hökumətə nəzarəti artırılacaq, deputatlar kabinetə etimadsızlıqla bağlı səsvermə keçirmək səlahiyyəti qazanacaqlar. “Bu isə qanunverici orqanın idarəedici orqana nəzarətini gücləndirəcək”, – deyən N.Nazarbayevin sözlərinə görə, hökumətin qurulmasında parlament seçkilərində qalib gələn partiyanı başlıca qüvvəyə çevirəcək. Parlamentin yerli idarələr – şəhər və rayon rəhbərlikləri üzərindəki hakimiyyəti də artırılır. ÖLKƏNİN BAŞ HAKİMİ Prezidentin rolu isə, N. Nazarbayevin dediyinə görə, ölkənin baş hakiminin roluna bənzəyəcək. Dövlət başçısı əsasən strateji məsələlərlə, xarici siyasət və milli təhlükəsizlik məsələləriylə məşğul olacaq. Bununla belə, prezidentin həm nazirlərin, həm də parlamentin qərarlarına veto qoymaq hüququ qalır. Qazaxıstan konstitusiyasına dəyişikliklər ictimai müzakirəyə çıxarılıb və prezidentin ofisindən verilən məlumata görə, müzakirələr fevralın 26-a qədər davam edəcək. Hökumətpərəst siyasətçilər prezidentin qərarını alqışlayır, bunun Qazaxıstanın müasirləşdirilməsi yönündə atılmış addım olduğunu deyir, Qazaxıstan tarixində böyük dönəm olduğunu söyləyirlər. Amma müxalifətin təpkisi fərqlidir. «VARİS ƏMƏLİYYATININ BAŞLANĞICI» «Deutsche Welle» N.Nazarbayevin «Nur Otan» Partiyasının parlamentdə çoxluğa sahib olduğunu – aşağı palatadakı 98 yerdən 84-nü bu partiya üzvlərinin tutduğunu qeyd edir. Müxalifətdən olan siyasətçi Amircan Kosanov prezidentin qərarının «Varis əməliyyatı»nın başlanğıcı olduğunu söyləyib. «Yuxarıdakı qüvvələr hakimiyyəti öz aralarında bölüşdürəcəklər», – A.Kosanovun islahatlar haqda rəyi bundan ibarətdir. «EurasiaNet» isə jurnalist İrina Petruşovanın "Facebook" səhifəsində yazdıqlarından sitat gətirir. Jurnalist deyir ki, prezidentin təklif etdiyi dəyişikliklər ölkədə plüralizm mövcud olduğu halda, partiyaların qeydiyyatdan keçirilməsinə, azad və ədalətli seçkilərə imkan verilərsə, özünü doğrulda bilər. Siyasi fəal Qalim Ageulov isə hakimiyyətin məğzinin deyil, formasının dəyişdiyini söyləyib: «Bizim ehtiyacımız olan, sadəcə, parlamenti buraxmaqdır… Azad assosiasiya sistemi altında yeni oyunçular ortaya çıxa və «Nur Otan» monopoliyası keçmişdə qala bilər». Qazaxıstan prezidenti N.Nazarbaevin artıq 76 yaşı var. O, ölkəni 1989-cu ildən, Qazaxıstan hələ Sovet İttifaqının tərkibində olandan idarə edir.

26 Yanvar 2017 12:01

Rusiyanın Misirlə yaxınlaşması TANAP-a əngəl yaradacaq –Təhlil

Maykl Tançum, “Jerusalem Post” İsrail Türkiyəyə və Türkiyə vasitəsilə Avropa İttifaqına (Aİ) təbii qaz ixrac etmək istəyir. Lakin bu məqsəd hazırda Cenevrədə Kiprə dair sülh danışıqlarının nəticəsindən asılıdır. Çünki İsrailin “Leviathan” təbii qaz sahəsindən Türkiyəyə sualtı qaz kəməri Kiprin iqtisadi təcrid zonasından keçməlidir. Kipr üzrə razılıq əldə edilməməsi İsraili öz təbii qazını Misir vasitəsilə satmaq barədə köhnə planına qayıtmağa məcbur edə bilər. Lakin İsrailin Misir seçimi halında belə, 2016-cı ildə yaranan regionun yeni geosiyasi reallıqları Şərq Aralıq dənizi bölgəsində Rusiyanın güclənməsi ilə nəticələnə bilər. Kiprin “yeni nəsli” bəlkə də bölünmüş adada münaqişənin həlli edəcək. Yunan qisminin prezidenti Nikos Anastasiades və onun türk həmkarı Mustafa Akıncı birləşdirilməyə əngəl olan problemlərin həllində səylə çalışırlar. Cenevrədə tərəflər arasında danışıqlar 1960-cı ildən bəri ilk dəfə üç qarant səlahiyyətli – Türkiyə, Yunanıstan və Böyük Britaniya arasında keçirilən beynəlxalq konfransa çevrilib. Cenevrədə uğursuzluq Rusiyaya Şərqi Aralıq dənizi hövzəsində strateji dayağını genişləndirmək imkan verəcək. Beynəlxalq birliyin diqqəti 2016-cı ildə Suriya sülh prosesində Rusiyanın əsas roluna yönəldiyindən bir çoxları Rusiyanın Aralıq dənizinin cənubuna strateji həmləsini gözdən qaçırdılar. 2016-cı ildə Moskvanın ən mərhum mənfəəti rəsmi Qahirə ilə bağlanmış enerji müqavilələri vasitəsilə oldu. Bu müqavilələr İsrail və Türkiyənin strateji maraqlarına mənfi təsir edir və Rusiya-Misir əlaqələri dərinləşdirir. 2016-cı il dekabrın 12-də İtaliyanın enerji nəhəngi “Eni” Misir sahillərində “Zohr” təbii qaz sahəsində 30%-lik payını Rusiyanın “Rosneft” şirkətinə 1,575 milyard $-a satmaq barədə razılığa gəlib. Şərqi Aralıq dənizi hövzəsində ən böyük qaz yatağı olan “Zohr” sahəsində 85 milyard kub metr təbii qaz var və bu, İsrailin “Leviathan” sahəsindəki resursdan 36% çoxdur. “Rosneft” əlavə 5% pay almaq və 2017-ci ilin sonunda hasilata başlamaq istəyir. “Zohr”dakı qaz daxili bazar üçün nəzərdə tutulsa da, İsrail kimi, Misir də Kipr vasitəsilə mayeləşdirilmiş təbii qazı ixrac edə bilər. Əgər Misir Avropanın təchizatçısı olarsa, bu, Azərbaycandan Yunanıstan, Albaniya və İtaliyaya uzanan “Cənub Qaz Dəhlizi” layihəsinin Trans-Anadolu Boru Kəmərinin (TANAP) əhəmiyyətini endirə bilər. Rusiyadan böhranlı asılılığını azaltmaq üçün Aİ təbii qaz idxalında “Cənub Qaz Dəhlizi”ni əsas tranzit dəhlizi kimi nəzərdən keçirir. Rəsmi Ankara TANAP-dan istifadə etməklə, Xəzər hövzəsi və Yaxın Şərqdən Avropaya təbii qazın paylanması üçün enerji mərkəzi olmaq iddiasındadır. Bu proseslərə mane olmaq üçün Rusiya İsrailin qaz sənayesinin inkişafında ortaq olmaq üçün bəzi gedişlər edib. Lakin Moskvanın bu səyləri Qahirədən başlayıb. Qaz müqaviləsi ilə bərabər, Misirin Aralıq dənizi sahilindəki Dabaada məntəqəsində Misirin ilk atom elektrik stansiyasını (AES) tikmək üçün Rusiyanın “Rosatom” dövlət atom enerjisi şirkəti 2016-cı il noyabrın 19-da saziş imzalayıb. 2022-ci ildə tamamlanması planlaşdırılıran AES əlavə elektrik enerjisi hasil etməklə Misirin ehtiyacı təbii qazdan əldə edilən elektrik enerjisi ehtiyacını azalda bilər və deməli, ixrac həcmi artacaq. Buna görə də Cenevrə danışıqlarında uğur qazanmaq vacibdir.

25 Yanvar 2017 16:07

GECƏ EHTİYAT ÖMÜRDÜ, YATMAQ DA OLAR, YAŞAMAQ DA… ..və ya milyarda qədər saymağın sirri…

Uşaqlıqdan yuxuya meyilli olmamışam. Az yatardım, tezdən durardım, bütün kənd uşaqları kimi qoyun-quzu dalınca qaçardım, atamla birgə ot çalmağa ya başqa təsərrüfat işlərinə gedərdim, gah mal nobatına, gah da qoyun., gündəlik də quzu-çəpişləri aparardım otarmağa. bax beləcə uşaq ikən böyüklərin zəhmət taleyini yaşamaqdan zövq alırdım, yorulmaq nə olduğunu bilməzdim. İsti aylarda gündüzlər evə gələrdik, mal-qaranı da, qoyun-quzunu da həyətə gətirərdik dincəlməyə, su içməyə. Və belə isti havalarda nahardan sonra hamı uzanıb dincini alardı.. mən isə heç yatmazdım gündüzlər də.. (bu vaxta qədər gündüzlər yatmağım heç yadıma gəlmir), hamı yatanda mən həyətdə topla oynayardım, ya məftildən, dəmirlərdən özümə oyuncaq düzəldirdim, “kombayn” düzəldib “biçin”biçərdim, “yük maşını” düzəldib cammatın ot-küləşini, odununun “daşıyıb” xeyirxah iş görərdim.. günün günorta çağında, al günəş altında, nə bürkü hiss etməzdim, nə də yorğunluq... və imkan olduqca kitab oxuyardım bir sakit guşəyə çəkilib, bədii ədəbiyyata marağım böyük idi, axı o vaxtın uşaqları kitabxana yollarını yağır edərdi, kitab üçün həftələrlə, bəzən aylarla növbədə durardıq- filankəs “Haradasınız müsyö Abel” kitabını qaytarsaydı mən də oxuyardım.. Söhbət kitab oxumaqdan getmir- yuxudan danışmaq istəyirdim, fikrim haçalanıb getdi başqa səmtə.. yəni mən yuxudan qaçardım uşaqlığımda... Tələbəlik illərində kitaba marağım daha da artdı. Sevimli müəllimim Məmməd Qocayev (bu yaxınlarda onun 75 illiyi münasibətilə kitab buraxıldı və orda mənim “Dostoyevski ruhunun tərcümanı” məqaləm də dərc olunub) mənə Dostoyevski və Tolstoyu sevdirdi, bu dahilərin əsərlərini sadəcə oxumurdum, içimdə yaşayırdım. Dünya ədəbiyyatına isə marağımı artıran gözəl pedaqoq Nailə Mirqasımaova (görkəmli kinorejissor Oqtay Mirqasimovun həyat yoldaşı) yaratdı, mənə xüsusi nəvazişlə yanaşırdı, öz doğma övladı kimi sevir və öz şəxsi kitablarından da gətirib verirdi ki oxuyum. Homer, Höte, Şekspir, Hüqo, Brext, R.Rollan, Svift, Defo, B.Şou, Drayzer, C.London... və s.s.s. Yataqxanada qalirdıq Dərnəgüldə, 5-ci mərtəbə, 129-cu otaq. 5 il 3 yoldaş- rəhmətliklər Nazim, Nəbi və mən eyni otaqda qaldıq. Otaq yoldaşlarım məndən 5-6 il böyük idilər, əsgərlikdən sonra ali məktəbə daxil olmuşdular, otaqda da, qrupda da ən azyaşlı və ən balacaboylu mən idim, orta məktəbi bitirəndə cəmi 150 sm boyum vardı. Məni uşağa bənzədən tələbə yoldaşlarım, xüsusilə də müəllimlərim uşaqsayağı qayğı və nəvazişlə yanaşırdılar mənə. Bu da oxumağa, kitaba marağımı daha da artırıdı, axı məni həvəsləndirirdilər, və özümdə də uşaqlıqdan bu maraq vardı. Qardaşım İsaməddin rayonda işləyirdi, Xəlilin kitab mağazasına gələn kitabların ilk alıcılarından olurdu.. və mən də həvəslə oxuyardım... Yataqxana yoldaşlarım tez yatardı, mən də onlarla eyni vaxtda uzanardım, guya yuxuya getmiş kimi, onların yuxuya getdiyinə əmin olandan sonra qalxıb işığı yandırardım, onlara mane olmasın deyə onlara işıq düşən tərəfə qəzet asardım lampoçkadan.. və səhərəcən kitab oxuyardım.. həftələrlə, aylarla bu belə davam edərdi. Onlar heç vaxt bilmədilər ki, mən gecələr kitab oxuyuram. Yalnız imtahan vaxtı onlar “3” alardı, mən isə “5”, təəccüblənərdilər- axi sən də bizim qədər oxuyursan, niyə sən əla alırsan, biz isə tramvay altda qalmış “3”?.. axı onlar nə biləydi ki, gecələri yatmıram, kitablarla YAŞAYIRAM.... Bakının bütün kitab mağazalarını, Bukinisti qarış-qarış gəzərdim, kitab alverçilərini gözəl tanıyırdım, daim yeni kitab eşqindəydim ki, gecələrimi onlara həsr edim. Gecə mövzusunda məni dərindən düşünməyə vadar edən bir epizod oldu. Tolstoy yaradıcılığı haqda, daha doğrusu “Hərb və sülh” romanında valyuntarizm və fatalizm fəlsəfəsi” (Napoleon və Kutuzov obrazlarının timsalında bu fəlsəfənin izahını verməyə çalışmışdım) mövzusunda elmi iş yazırdım Tələbə elmi konfransında çıxış etmək üçün. Tolstoy insan ömrünün qısa olduğunu nəzərə alaraq ondan mənəvi kamillik gözləməyin əbəs olduğunu söyləyir, hətta 1000 illik ömür belə əsl kamillik üçün yetərli olmadığını fəlsəfi-psixoloji baxımdan əsaslandırırdı.. və beləcə 60-70-100 illik ömrün insan üçün çoox qısa olduğunu anladım, düşündüm ki, bu ömrün də yarısını yuxuda keçiririk, daha nə qaldı ki, kamilləşməyimiz üçün?!. Bir fakta da rast gəldim Tolstoy haqda araşdırmalar zamanı. Belə sual verilirdi “Milyarda qədər saymaq üçün sizə nə qədər vaxt lazımdır?”.. Hərə bir cür cavab verirdi, 3-5 saat da deyən vardı, 1-2 sutka deyən də, 5-6 ay deyən də... daha nə biləydilər ki, hər say üçün 2 saniyə vaxt hesablasaq milyarda qədər saymaq üçün 63 il vaxt lazımdır!?... praktiki olaraq insan 150 il yaşayıb fasiləsiz saysa belə milyarda qədər sayıb qutara bilməz.. (bəziləri milyardlarla pul toplayır, görəsən onları necə sayırlar??).. və bu fakt məni ÖMÜR və onu faydalı işə həsr etmək haqda düşünməyə məcbur etdi... və şüurlu surətdə yuxudan qaçmağa, daha doğrusu yuxuya nifrət etməyə başladım.. və gecələri kitab oxumaqla Tolstoyun öyrətdiyi “mənəvi kamillik” yolunu qısaltmağa çalışırdım... İnstitutu əla qiymətlərə bitirib Buynuz məktəbinə getdim təyinatla- rayonun ən intellektli kəndi, böyük şəxsiyyətlər yurdu. Təkcə İsrayıl Həsənov və Musa Yaqubun adıni çəkmək kifayət edər Buynuzun başda olmağına sübut kimi... və orda işlədiyim 7 ildə daim kitabla təmasda keçdi gecələrim.. Bəzən aylarla yatmadım- səhərəcən yeni kitabları oxuyurdum, məktəb və kənd kitabxanasından, dostlarımdan tapdığım kitabları oxuyurdum.. bəzən yeni kitab tapmadıqda Dostoyevskini təkrar oxuyurdum, həm rusca, həm Azərbaycanca..( yeri gəlmişkən xatırladım ki, Dostoyevskinin bütün əsərlərini 4 dəfə oxumuşam) və gecələrim bu dahilərlə ünsiyyətdə keçirdi.. Gecələrimi yatmırdım, yaşayırdım.. hər halda özüm belə düşünürdüm.. tək, geniş otaq, böyük həyət, gecə sakitliyi... oxuyurdum... yoox, sadəcə oxumurdum, kitabın ruhuna girirdim, yaşayırdım içimdə kitablardakı hadisələri, hissləri, ağrıları, faciələri.. Ağlaya bilmirəm, gözümdən yaş çıxmır, elə indi də.. ancaq gecə yarıda V.Hüqonun “Səfillər”ində Jan Valjanın ölüm səhnəsində gözlərimdən necə yaş axdığını duydum... və ya K.Bulıçovun “100 il bundan sonra” fantastik kitabında quldurlar Alisanı öldürmək üçün qapını döyərkən eşitdim ki, mən uzanan otağın da qapısını döyürlər, durdum qapını açdım, heç kim yox, balkona baxdım, həyətə boylandım- heç kəs yox.. bəs qapını döyən kimi olub?? Divar saatına baxdım, gecə saat 4 idi., özümü nədənsə narahat hiss etməyə başladım, uzanıb yatdım.. və səhər oyananda bədənimin daşa döndüyünü hiss etdim.. və 1 həftə 40 qızdırma içində yandım, nə qədər iynə vursalar da xeyri olmadı.. həkimlər nə biləydi ki, məndə qızdırma yaradan nədir?.. Kəndə apardılar məni.. ANAM dərhal duydu qorxduğumu.. və qədim xalq təbabəti qaydasında çildağ elədi- məndən xəbərsiz ərsini qızdırıb üstünə soyuq su tökməklə məni diksindirdi.. və qorxuluğumu götürdü... və qızdırmam o gedən getdi.... Əzablarım, ağrılarım, yuxusuzluğun yaratdığı fəsadlarım çox olurdu, ancaq oxumaqdan aldığım zövqlə müqayisədə bunlar çox kiçik görünürdü və əhəmiyyət belə vermirdim. Beləcə gecələrin, daha doğrusu, gecələri yaşamağın fanatına çevrildim... Taleyimin sonrakı mərhələlərində də Kitab gecələr ən yaxın sirdaşım olub.. və hər zaman Kitabı ömrümün GECƏ adlı Zülmətindən məni aydınlığa çıxaran mayak kimi, ən yaxşı Tərbiyəçi, ən şəfalı Həkim, ən müdrik MÜƏLLİM kimi sevdim.. və zaman yetişdi ki- oxumaqdan yazmaq mərhələsinə keçdim, buna ehtiyac duydum, özüm kitab yazmağa başladım.. yenə gecələr yazırdım.. Sevinirəm ki, ilk kitabı böyük dostum Alçın Şirinzadə ilə birgə dünya şöhrətli dahi alimimiz AZAD MİRZƏCANZADƏ haqda “Əfsanəvi insan, əfsanəvi şəhər” kitabını yazdım.. dəfələrlə nəşr olunub.. və indi də sifarişlər alıram müxtəlif ölkələrdən Azad m haqda kitabı geniş işləməyə.. Hazırda A.X.Mirzəcanzadə haqda xatirələrimi işləyirəm, kitab şəklində çap etdirmək üçün. Taleyimdə müstəsna rol oynamış İNSANA, “mənəvi kamillik” nümunəsi olan dahiyə öz borcumun heç olmasa çox cüzi hissəsini ödəmək üçün.. və onun ŞƏXSİYYƏT kimi sonrakı nəsillərə yaddaşa ötürülməsi üçün.. axı yaddaş daim təzələnməlidir.... 50 illik yubileyimdə aparıcı Pünhan İsmayıllı tez-tez “50 yaş, 50 il”, “50 ilin 50-si də mübarək” deyirdi, heç xoşlamadığım bu rəqəmi aramsız xatırladırdı, yaxınlaşıb astaca dedim ki, “ay Pünhan, 50 yoox, mənim 25 yaşım var!”.. Musa Yaqub da fikrimi təsdiqləmək üçün dedi ki “ayə Pünhan, görmürsənmi ki, bu heç 50 yaşlıya oxşamır, saçları qap-qara şəvə kimi, özü də şux, qıvraq, hamıdan da cavan”... Millət vəkilimiz Novruz Aslan da məni dəstəkləmək üçün “Xeyrulla Dəniz 50 ilin yarısını yaşayıb, yarısını da yatıb da, deməli 25 yaşı var”.. bu fikrin cavabı olaraq oğlum Xəyyam da gülümsəyərək dedi ki “Papam heç yatıb ki??”.... Bəli.. həmişə gənclərə, dərs dediyim ali məktəb tələbələrinə də milyarda qədər saymaq barədə sual vermişəm.. təbii ki, cavablar müxtəlif olub, az adam olub ki, düz və məntiqli cavab versin.. Söhbət hesablamadan yox, sadəcə ömrü və görəcəyimiz faydalı işlər “VAXT”ını uzatmaqdan gedir.. mən bunu gecələri “gündüzə” çevirməkdə gördüm.. bacardım.. ancaq çoox əzablarını yaşadım da... nevroz, depresiyya, sarsıntılar... və indi ha çalışıram ki tez yatam, çox yatam- yata bilmirəm... deyəsən Yuxunu özümdən küsdürmüşəm.. ola bilər.. o vaxt yuxum gəlirdi- mən yuxunu qovurdum kitablarla., indi yuxu məni qovur öz kitabından...((( ancaq yenə o fikirdəyəm ki, yaşanan ömrümüzü uzatmaq üçün gecələri yaşamaq lazımdır.. Yuxunu sevmirəm... YAŞAMAQ gözəldir!... Xeyrulla Agayev Faktinfo.az

24 Yanvar 2017 18:05

Ərdoğanın “Böyük Türkiyə” layihəsi… –İranlı analitikdən məqalə

İranın Yaxın Şərq üzrə tanımış eksperti Sadullah Zarei Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan məqalə yazıb. Faktinfo.az xəbər verir ki, S.Zarei yazır: “Ərdoğan Türkiyəsi öz üslubunu dəyişmək istəyir, lakin ən əhəmiyyətli regional rəqibinin, yəni İranın fayda götürəcəyi şəkildə deyil. Suriyalılar öz aralarında dialoqa girməsini vurğulayıb, eyni zamanda, İranın münaqişənin siyasi həllinə meyli olmadığına dair ittihamını irəli sürür. Digər tərəfdən, dialoqun xüsusilə Suriya dövlətinin mənfəətinə və müxaliflərin zərərinə olduğu bildirir. Elə bu səbəbdən terrorçu qruplar dialoq prosesində iştirak etməyə çox da həvəsli deyildilər”. Rəsmi Ankaranın son dövrdəki fəaliyyətini təhlil edən S.Zarei qeyd edir ki, “Ərdoğan Türkiyənin qonşu dövlətlərlə sıfır problem siyasətini unutdu və Osmanlı İmperiyasını yenidən qurmanın xəyalına düşdü. Misirdə bir ildən çox iqtidarda qalmayan “İhvani Müslim”ini Türkiyənin Ərəb Dünyasında hakimiyyətini bərqərar etməsinə fürsət saydı, İraq və Suriyadakı terrorçuları təchiz etmə yolu tutdu. Sultan Əbdülhəmidin irsini diriltmə cəhdindən çox zaman keçməmiş Ərdoğan qısa müddətdə Osmanlı İmperiyasını diriltmənin imkanı olmadığını anladı. Bu səbəblə bir addım geri atdı”. S.Zareinin qənaətinə görə, Ərdoğanın “Böyük Türkiyə” layihəsi Kərkükdən Suriyanın Aralıq dənizi sahillərinə qədər olan bölgənin ilhaq etmək istəyindən ibarətdir. İranlı analitik qeyd edir ki, əslində, Ərdoğan Qərb düşərgəsini tərk edərək Moskva tərəfinə yönəlmək istəmir. “O, Rusiya kartı ilə Qərbin özünü təkrar qəbul etməsi üçün səy göstərir. Amma Türkiyə ilə kürdlər arasındakı problemin Rusiya vasitəsilə həll edilmədiyi təqdirdə Ərdoğan yenidən Qərbdən yardım istəyəcək”. “Ərdoğan yavaş-yavaş İranın himayəsini itirir və bu, Rəcəb Tayyib Ərdoğanın ən böyük qumarıdır”, – deyə S.Zarei məqaləsinin sonunda qeyd edir.

23 Yanvar 2017 17:10