Üçüncü duel

xcx

6 Yanvar 2017 20:54

Xəbər 12 dəfə oxunub

Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edəcək Azərbaycan millisi ilk turda qarşılaşacağı Litva ilə 3-cü dəfə üz-üzə gələcək. Faktinfo.az saytının məlumatına görə, yanvarın 9-da keçiriləcək matçadək rəqiblər bu turnir çərçivəsində iki dəfə görüşüb.

 

İlk belə matç 2012-ci ildə baş tutub. 1:1 hesabı ilə başa çatan matçın taleyinə penaltilər seriyası aydınlıq gətirib. Litva yığması bu “lotereya”da daha dəqiq olub – 6:5.

 

Yığmamız 1 il sonra revanş ala bilib. 2013-cü ildəki matç məhsuldarlığı ilə də diqqət çəkib. Millimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, sayca XXIX olacaq turnir Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.