Uduzsa 260 min ödəyəcək

106236_45wp35f7rq

8 Yanvar 2017 03:09

Xəbər 60 dəfə oxunub

TRT-də yayımlanan “Sevda kuşun kanadında” serialında rol alan Deniz Baysal müqaviləni birtərəfli ləğv etdiyi üçün şirkət onu məhkəməyə vermişdi.

Faktinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Deniz serialda beş bölüm oynayıb və mövsüm finalından sonra 3 bölümün pulunu almadığını iddia etmişdi. Çalışma şərtlərinin çətin olduğunu deyən aktrisadan şirkət 260 min lirə (təxminən 130 min manat) təzminat tələb edib. Deniz baş tutan məhkəmədə özünü müdafiə edib.

Məhkəmədə 18 saat dayanmadan işlədiyini deyən Baysal bunları deyib:

“Heç bir şirkətin aktrisanı 9 saatdan artıq işlətməyə haqqı yoxdur. Serialın baş rol ifaçısı olsam da, efirdə az görünürdüm. Buna görə də şikayətin rədd edilməsini istəyirəm”.

Toydan çıxan tanınmış müğənnilərin qazandığı pullar əllərindən alınıb – Bakıda ŞOK

1484286046_0001

Hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb. Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13 Yanvar 2017 10:57