Xəzərdəki faciələrlə bağlı İTTİHAM: “Rəsmilər özlərində təpər tapmalıdır”

butka-neft

10 Yanvar 2017 15:22

Xəbər 32 dəfə oxunub

2016-cı il dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft”in N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanı, ona bitişik olan meydançanı və içərisində 10 neftçinin də olduğu budkanı dənizə yuvarlayıb.

 

Xatırladaq ki, bu, Xəzərdə itkin düşən ilk neftçilər deyil. Buna qədər 2015-ci il dekabrın 4-də Xəzər dənizində məhz hava şəraitinin kəskin soyuması və güclü külək səbəbi ilə böyük faciə baş vermişdi. Külək, Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələnmiş və şiddətli yanğın baş vermişdi. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdı. Daha sonra 2016-cı ilin sentyabrında “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş vermişdi.

 

Ümumilikdə isə 2011-2016-cı illərdə SOCAR-ın platformalarındakı qəzalarda 20 neftçi ölüb, 23-ü itkin düşüb, 33 -ü xəsarət alıb. Təkcə N.Nərimanov adına NQÇİ-nin platformasında son 5 ildə 4 qəza baş verib, 6 neftçi həlak olub, 10-u itkin düşüb. Amma bütün bunların fonunda səlahiyyətlilərdən saxlanılan, məsuliyyətə cəlb edilən olmayıb…

 

Məsələ ilə bağlı fikrini bildirən  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib ki, bunun səbəbi hadisələrin təkrar-təkrar baş verməsinə baxmayaraq, hələ də cəzasızlığın hökm sürməsidir:

 

“10-cu, 19-cu platformalarda baş verən hadisələrdən sonra hansı səlahiyyətlilərə “gözün üstdə qaşın var” deyən oldu? Yalnız 19-cu platformada baş verən yanğından sonra 4 nəfər işdən çıxarıldı. Bildirildi ki, həmin işçilər texnoloji qaydaları pozduğu üçün qəza baş verib. Onlardan biri sahə ustası, biri mühəndis idi. Onlar bizə yaxınlaşıb günahkar olmadıqlarını bildirdilər. Biz günahsız olmaları sübuta yetiriləcəyi təqdirdə kömək edəcəyimizi bildirdik. Həmin şəxslər məhkəmədən sonra gəlmədilər. Fikirləşdilər ki, onları bir müddət sonra işə qəbul edəcəklər, amma bu baş vermədi”.

 

M.Qəhrəmanlı deyib ki, neftçilərin axtarışı aparılmır:

 

“Bundan əvvəl yaradılan komissiya işləmədi, ikinci komissiya Nərimanovdakı hadisə ilə əlaqədar yaradıldı. Ona da Rəhman Qurbanov rəhbərlik edir. Nə ötən dəfə, nə də bu dəfə görülən işlərlə bağlı ictimaiyyətə açıqlama verilməyib. Sosial şəbəkədə etiraz bildirdikdən sonra itkinlərin yaxınlarını yığıb “axtarırıq” dedilər. Zaman-zaman da həvəsə düşəndə deyirlər “hələ də axtarırıq”. Qeyd edim ki, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsindəki qəzada itkin düşən neftçilərin çoxu Atbulaq kəndindəndir. Bildiyiniz kimi hadisə səhər yaxın olmuşdu. Bəlkə də işçilərin əlində telefon olmayıb. Amma orada ratsiya da vardı. Hadisə səhər 5-ə qalmış baş verib. Sonradan rəsmilər bir-biri ilə əlaqə yaradıblar. Gəmiçilik İdarəsinə, SOCAR-ın baş ofisinə, Fövqəladə Hallar Nazirliyinə xəbər veriblər.

 

Bunlar gedib hadisə yerinə çıxınca 11-ə işləmiş olub. Həmin vaxt külək 41 metr/saniyə sürəti ilə əsib. Suya düşən insanları da çox uzaqlara aparıb. Çox istəyərdim ki, heç olmasa onların meyitləri tapılsın. Tapılacağına da inanmıram. Amma ola bilər ki, keçən dəfəki kimi başqa ölkələrin dəniz sahilində tapılsınlar. “Günəşli” platformasında ölənlərin əksəriyyəti də Türkmənistan sahillərində tapıldı. Yəni bu, heç də Fövqəladə Hallar Nazirliyinin şücaəti deyildi.

Mənim gücüm çatır ki, olanları deyib tənqid edim. Gücüm çatır deyim ki, hadisənin baş vermə səbəbi külək deyil, təxribat da deyil. Mən istərdim ki, rəsmilər heç olmasa bircə dəfə özlərində təpər tapıb, ədalətli araşdırma aparıb cəmiyyətə əsl səbəbi açıqlasınlar”.

“Azərbaycan Avropanın bazarında yaxşı yerləşib”

imre_laszloczki

zərbaycan xarici vətəndaşlar üçün viza rejimini asanlaşdıraraq Avropa turizm bazarında yaxşı yerləşib. Bu sözləri Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. Səfir bu addımın Azərbaycana turistlərin cəlb olunması üçün atılan uğurlu bir addım olduğunu deyib: “Bu addım ona yönəlib ki, daha çox xarici turist Azərbaycana gələrək ölkənin mədəni, tarixi və təbii dəyərləri ilə tanış olsunlar”. İ.Laslotski qeyd edib ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin, beynəlxalq forumların keçirilməsi hesabına daim diqqət mərkəzində qalır: "Bunun sayəsində Azərbaycan Avropa ölkələrindən turizmi təşviq edə bilər. Statistik göstəricilər məhz bunun sübutudur”. Onun sözlərinə görə, ölkədə yaxşı təchiz olunmuş çimərliklər, dəniz kurortları, müasir wellness-mərkəzlər, mehmanxana kompleksləri mövcuddur: “Paytaxt və onun ətrafı hotellərlə yaxşı təmin olunub. Bakıda YUNESKO dünya irs siyahısına daxil edilmiş diqqətəlayiq yerlər – Qobustan, Atəşgah, Mərdəkan və palçıq vulkanları var. Bundan başqa, Şəki, Qəbələ və Quba kimi bölgələrdə də turizm infrastrukturu inkişaf edib”. Səfir qeyd edib ki, Macarıstanın “WizzAir” aviaşirkəti Bakı ilə Budapeşt arasında daimi reyslər həyata keçirir və hər iki istiqamətdə uçan təyyarələr sərnişinlərlə dolu olur: "Onların böyük hissəsi Azərbaycan vətəndaşları olsa da, son zamanlar macar turistlərinin də Azərbaycana səfərləri çoxalıb". Səfir əlavə edib: “Biz macarlar da azərbaycanlı dostlarımız kimi dadlı yeməyi xoşlayırıq. Mən özüm də gözəl mətbəxi sevirəm və çoxlu Azərbaycan restoranlarında olmuşam, bütün milli yeməklərin dadına baxmışam. Macarıstandan gələn qonaqlarımı mən çox vaxt milli restoranlara dəvət edirəm. Onlar hamısı yerli yeməklərin müxtəlifliyindən heyrətlə danışırlar”. Faktinfo.az

19 Fevral 2017 10:59

Prezident Administrasiyası vətəndaşların şikayət etdiyi mənzil-tikinti şirkətlərinin adını açıqladı –SİYAHI

sosial-ev

2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub. “Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir. Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik”. Hesabatda deyilir ki, son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların – “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılmış, bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılmışlar. “Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bu il mənzil tikintisi sahəsində böyük canlanma baş verəcək, sosial evlərin tikintisinə başlanacaq və köhnə yaşayış sahələrinin yerində tikilən binalarda həmin ərazidə yaşayan sakinlərin mənzillə təminatının yeni qaydaları tətbiq olunacaqdır”.

18 Fevral 2017 16:14

Tərtərin icra başçısının fəaliyyəti Elmar Vəliyevi qane etmir?

musteq5

Müstəqim Məmmədov vəzifəsini itirir - İddia Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu bildirir. Nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən uzaqlaşırılmasındna sonra yaxın aylarda hakimiyyət içində ciddi islahatların olacağı barədə iddila artıq öz təsdiqinin tapmaqdadır. Bahara qədər Prezident İlham Əliyev harınlamış məmurları təmizləməklə yeni kadrlarla dövlət suturkturlarını daha da möhkəmləndirəcəyi iddia edilir. Ölkə rəhbərinin bu kadr islahatlarını isə rayon icra başçılarından başlayacağı xəbərləri isə xeyli müddətdir ictimaiət arasında dolaşmaqadır. AzFakt.com-a daxil olan məlumata görə vəzifədən azad olunması gözlənilən icra başçılaır arasında Tərtər rayon icra başçısı Müstəqim Məmmədov da var. Gəncə şəhə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə bağlı olduğu deyilən Müstəqim Məmmədovdan davamlı olaraq şikayətlərin artması və bir sıra sosial layihələrin icrasında böyük korrupsiya faktlarının olması Tərtərə yeni başçının gətirilməsini gündəmə gətirib və bu məsələ artıq Elmar Vəliyevin də diqqət məkzinədədir. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbə bildirir ki, Gəncəbasar “qubernatoru”  kimi tanınan Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu qeyd olunur. Vəliyevlərə qohum Mehman Allahverdiyev həmçinin Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin də qohumu olduğu bildirilir. Və bu qohumluluqlar Mehman Allahverdiyevin Tərtərə icra başçısı getməsi şansını artıran faktorlardan biri hesab olunur. Qoca Səmədovla quda olduqdan sonra dayaqlarını bir azda artıran Mehman Allahverdiyev Yevlax Maliyyə idarəsindən Bərdə rayonuna Maliyyə İdarəsinin rəisi vəzifəsinə gətirilən Mehman Allahverdiyevə hər üç icra başçısının zamin durduğu bildirilir. Mənbə bildirir ki, əslində Mehman Allahverdiyevin Bərdəyə göndərilməsi Elmar Vəliyevin planı olub və Elmar Vəliyev Mehman Allahverdiyevi daha böyük rayona Maliyyə İdarəsinin rəisi vəzifəsinə göndərməklə, əslində icra başçısı vəzifəsinə getmək yollarını təmizləiyr. Mənbə bildirir ki, Elmar Vəliyevin Müstəqim Məmmədovdan əsas narazılığı işini normal şərtlər altında qura bilməməsi və bu üzdən də ondan şikayətlərin hər gün artmasıdır. Müstəqim Məmmədov Elmar Vəliyevin kadrı olduğuna görə şikayətlərin çox olması Gəncənin icra başçısının nüfuzuna və etimadına xələl gətirir. Bu üzdən də artıq ən yüksək dairlərdə Müstəqim Məmmədovun vəzifədən alınması razılaşdırılıb. Mənbəmiz bildirir ki, əslində əslində Müstəqim Məmmədovun vəzifədən almınması Elmar Vəliyevin təklifidir və bu yolla Gəncənin icra başçısı özünə olan etimadı qorumağa çalışır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

17 Fevral 2017 15:07

Şamaxılı sahibkarlar başçıdan dad deyir – ETİRAZ

1487304962_0001

“Dövlətin qanunlarını sayan yoxdur. Üç-beş manat papirospulu verməklə başımızı aldadıb torpaqları əlimizdən almaq, bizi ac-susuz qoymaq istəyirlər”. Fevralın 16-da Şamaxıdakı Sirə qışlağına toplaşanlardan biri - Toğrul Salahov belə deyib. Sahibkarlarla çobanları qışlaqda bir araya gətirən səbəb icra hakimiyyətinin onlara 3 aydır göndərdiyi bildirişlərdir. İndi toplaşıb qışlaq sahəsinin əllərindən alınmaması üçün çıxış yolu axtarırlar. “Məsələ həllini tapmayınca, günaşırı toplaşacağıq” Həmin bildirişdə göstərilib ki, Şamaxının inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatı yaradılacağından, bu torpaqların təyinatı dəyişdirilərək, dövlət ehtiyat fondu kateqoriyasına keçirilib. Bu səbəbdən, həmin torpaqlara görə sahibkarlarla bağlanmış müqavilələrə birtərəfli xitam verilib. Sözügedən torpaqları müqavilə əsasında icarəyə götürüb örüş kimi yararlanan sahibkar və çobanlar yerli icra hakimiyyətinin bu qərarına etiraz olaraq yanvarın 14-də aksiya keçirmək istəyiblər. İcra hakimiyyətinə müraciət olunsa da, qurum sahibkarlara və çobanlara məktub göndərərək, aksiyaya icazə verməyib. Lakin sahibkarlar deyir, bıçaq sümüyə dirənib. Onlar məsələ həllini tapmayınca, günaşırı toplaşacaqlarını deyiblər. Sahibkar və çobanlar bələdiyyədən və yerli icra hakimiyyətindən toplaşdıqları əraziyə səlahiyyətli şəxsləri dəvət etsələr də, gələn olmayıb. Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı sahibkarlara göndərilən bildirişlərdə səbəb aydın yazıldığından, əlavə məlumat verə bilməzlər. Şamaxı və Hacıqabul rayonu ərazisində 50 min hektar qış otlaq sahələrində hər iki rayonun 300-dən çox sahibkarına, 500-dən çox ailəsinə məxsus 200 min baş xırdabuynuzlu, 10 min baş iribuynuzlu heyvan otarılır. Sahibkarla torpaqların, əslində, hansısa işadamına satıldığını deyirlər.

17 Fevral 2017 12:55