Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?

16 Dekabr 2016 10:43

Xəbər 173 dəfə oxunub

Çin təqvimi üzrə Yeni İl yanvarın 28-də gələcək və Xoruz işarəsi altında keçəcək. Tünd xasiyyətli Xoruz uca səslə gələn ilin parlaq və sürprizlərlə dolu olacağını xəbər verir. Şərqdə belə hesab edilir ki, Xoruz ili ümumilikdə hadisələri çətinləşdirməyən, öz yolu ilə gedən, öz firavanlığı uğrunda vicdanla çalışan, sözündə və əməlində sadiq olan bütün insanlar üçün əlverişli olacaq.

Bundan başqa gələn il od ünsürü altında təhvil olunur. Bu isə o deməkdir ki, öz həyatınızın qaranlıq tərəflərindən azad olub işıq saçmaq, uğura və çiçəklənməyə mane olan problemlərdən xilas olmaq üçün çoxlu şansımız var.

Rusiyalı astroloqların zodiak  illərinə görə, 12 ay üçün hazırladığı proqnozu təqdim edirik.

SiçovulSiçan

Bu il altında doğulanları bu il bir çox əlverişli hadisələr gözləyir və onlardan mütləq istifadə etmək lazımdır. O cümlədən ümid etmək olar ki, onlar nəzərəçarpacaq maliyyə uğurları ilə qarşılacaqlar.

Öküz

Öküz ilindən olanları çoxlu sürprizlər gözləyir. Baş verənlərin çoxu sizin üçün gözlənilməz ola bilər, lakin qətiyyən qorxmaq lazım deyil. Belə halların hər birində sehrli açar salınacaq, hansı ki sonda sizin üçün uğura yol açacaq.

Pələng

Pələng ilində doğulanlar həmişə dostlarının yardımına güvənə bilər. Problemlərdən çıxış yolu tapmaq və yaxşı dəstək almaq istəyirsinizsə, dərdlərinizi ilk növbədə sizə qarşı əsl sədaqət nümayiş edən şəxslərlə bölüşün.

Əjdaha

Əjdahalar Xoruz ilində özünü yüksəkdə hiss edə biləcəklər: Sizi ən müxtəlif sahələrdə çox güclü irəliləyiş, bir çox uğur vəd edən layihələr, eləcə də uzun illər sizin inkişaf və rifahınızı yaxşılaşdıra bilən işlər, xoş xəbərlər və ən nəhayət firavanlıq gözləyir.

İlan

İlan ilində doğulanların qarşılarında gələn il maraqlı karyera imkanları açılacaq. Qısası, Qırmızı Xoruz ili sizə yeni, daha nüfuzlu iş və ya daha yüksək vəzifə vəd edir.

At

At ilindən olanları bir neçə parlaq şəxsi nailiyyətlər gözləyir, maliyyə vəziyyəti də yaxşılaşacaq. Amma yeniliklərlə (xüsusi ilə karyerada) rastlaşacağınız üçün soyuq başla hərəkət etməyə hazırlaşın. Qələbənin sirrini belə ifadə etmək olar: incikliklərə uymamaq, əsəbiliyin öhdəsindən gəlmək və belə vəziyyətdə insanlara şər və böhtan atmamaq.

KeçiQoyun

Keçi ili altında doğulan insanlar büdcəsinə xüsusi diqqət yetirməlidir. Qırmızı Xoruz ili sizin üçün əhəmiyyətli xərclər planlaşdırıb, onlarla yaxınlarınız və dostlarınız razılaşmaya bilər. Dostların məsləhətindən istifadə edib, etməməyiniz öz qərarınızdır, lakin bu məsələni böyüdüb mübahisəyə çevirməməyə çalışın və unutmayın ki, son qərarlarınıza görə məsuliyyət nəticədə bütünlüklə öz üzərinizə düşür.

Meymun

Gələn il Meymun ilindən olanlar üçün bir çox sahələrdə müsbət olacağını vəd edir. Lakin hər şeydən çox onları şəxsi həyatda baş verən dəyişikliklər sevindirəcək. Odur ki, sevməyə hazırlaşın, ancaq ağlınızı itirməyin!

Xoruz

Xoruz ili altında doğulanlar sözün əsl mənasında özünü ev sahibi kimi hiss edə biləcəklər: Əgər istəsəniz, onda istənilən məsələni öz xeyrinizə yönəltmək və həll etmək mümkün olacaq. Üstəlik, gələn il sizin gücünüzü artıracaq və gözlənilməz anda nüfuzlu şəxslərin himayəsinə etibar edə biləcəksiniz.

Pişik/ Dovşan

Bu heyvanlardan hansına daha çox daxili yaxınlıq hiss etmənizə baxmayaraq, gələn il sizə həssas olmaq, zərurət olduqda isə cəld qaçmaq bacarığı lazım olacaq. Bəzən Qırmızı Xoruz ili öz davakar xarakterini göstərir: Çağırışlara hazır ol, xüsusilə isə maddi baxımdan.

DonuzQaban

Donuz ilində doğulanların səbir və inadkarlıq kimi məziyyətləri var. Bu keyfiyyətlərə Xoruz ilində xüsusi ilə iş və maliyyə sahəsində risk edənlərə çox lazım olacaq.

İt

İt ilindən olanlara şəxsi məsələlərə xüsusi diqqət yetirmək lazım olacaq Söhbət həm sağlamlıq, həm də sevgi münasibətlərindən gedə bilər. Qırmızı Xoruz ilinin xoşagəlməz sürprizlər gətirməsini istənmirsinizsə, özünüzə, öz maraqlarınıza və ehtiyaclarınıza daha çox vaxt sərf etməyə çalışın.

Faktinfo.az

“Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi”-Zahid Oruc

“Artur müəllim, mən və həmkarlarımızın hamısı sizdən dürüstlük görüb. Siz prezidentə, xalqa, dövlətə sadiqlik nümayiş etdirmisiniz. Bəs, siz bu vəzifədən nə zaman gedəcəksiniz? Bunu prezident bilir. Amma növbəti baş nazir sizin xüsusiyyətlərinizi özündə birləşdirsə, sizin kimi səmimi olsa, yaxşı olacaq”. Faktinfo.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. Z. Oruc bundan əlavə çıxışında qeyd edib ki, hökumətimiz neft dövründə çox səxavətli idi. Amma indi əvvəlki dövrlərdəki nöqsanları da demir: “Binalar üzlənir, bu, çox yaxşı haldır.“Amma bu binanın küçəyə, yola baxan hissəsi təmir olunur, üzlənir. Baxın, Azərbaycanda iki nazirliyin dəhşətli cinayətlərə imza atdığı bilindi. O zaman sual edirəm: Biz bunu niyə vaxtında demirdik? Bura parlamentdir, biz bunu deməli idik. Bəlkə də çəkinirdik ki, kiminsə xətrinə dəyər! Beynəlxalq Bank pulları taladı, biz isə bunu görmədik?” Millət vəkili əlavə edib ki, Azərbaycana un, şirniyyat məmulatlarının böyük hissəsi xaricdən gətirilir. “Amma biz elə edə bilərdik ki, ölkə bazarı öz-özünü təmin edə bilsin. Baxın, hansısa nazir işdən çıxarılır, onun yerinə kadr gələndən sonra isə məlum olur ki, həmin nazirlik qanun pozuntularına yol verib. Olmazmı ki, indidən hökumət hər şeyə nəzarət etsin? Bəziləri var ki, binalarına baxanda elə bilirsən ki, hansısa nazirlikdir. Niyə onları publik hüquqi şəxsə çevirmirik? Əmlak Komitəsi, Standartlaşdırma Komitəsini publik hüquqi şəxs etməyə bizə nə mane olur?!”

18 Mart 2017 15:39

Sahibkarlıq sahəsində yoxlama bərpa olundu –Prezidentdən mühüm fərman (Detallar)

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə mühüm fərman imzalayıb. Fərmana əsasən, dövlət qurumları yalnız müvafiq reyestrdə qeyd aparmaqla, hətta KİV-də dərc olunmuş materiallar əsasında da yoxlamalar apara biləcəklər. Lakin reyestrdə qeyd olunmayan hər hansı bir yoxlamanın hüququ əsası olmayacaq. Onu da qeyd edək ki, ötən il Prezident sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqda fərman vermişdi. Beləliklə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib: 1. 1.1-ci bəndə “Əsasnamə” sözündən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) və” sözləri əlavə edilsin; 2. 1.2-ci bəndə “xüsusi” sözündən sonra “idarələrarası” sözü əlavə edilsin; 3. 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin: “1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.6. Bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5-4-cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir.”; 4. aşağıdakı məzmunda 1.6-1-ci bənd əlavə edilsin: “1.6-1. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz.”; 5. 1.7-ci bənddə “Reyestr” sözü “Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla” sözləri ilə əvəz edilsin; 6. 2.3-cü bəndə “sistemi” sözündən sonra “(bundan sonra – informasiya sistemi)” sözləri əlavə edilsin; 7. 2.4-cü bənddə “Qeydiyyat informasiya” sözləri “İnformasiya” sözü ilə əvəz edilsin; 8. 2.6-cı bənddən “qeydiyyat” sözü çıxarılsın, “xidmət” sözündən sonra “göstərilməsi” sözü əlavə edilsin, “həyata keçirilir” sözləri “təşkil olunur” sözləri ilə əvəz edilsin; 9. 2.7-ci bənddən “qeydiyyat” sözü çıxarılsın; 10. 3.1–3.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin: “3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. 3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən); 3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən); 3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən). 3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); 3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra – FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu); 3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu); 3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması; 3.3.5. sahibkarın fəaliyyət göstərməsi, fəaliyyətini dayandırması, fəaliyyətinə xitam verilməsi (səbəbi göstərilməklə) barədə məlumat; 3.3.6. sahibkarın kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya; 3.3.7. sahibkarın müvafiq nəzarət sahəsinə münasibətdə aid edildiyi risk qrupu.”; 11. 3.4-cü bənd üzrə: 11.1. 3.4.2-ci yarımbənddə “digər” sözü “bütün” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “göstərilməlidir” sözü çıxarılsın; 11.2. 3.4.6-cı yarımbənddə “aparılan sonuncu yoxlama” sözləri “həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti” sözləri ilə əvəz edilsin; 11.3. 3.4.7-ci yarımbənddə “və” sözü “, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının” sözləri ilə əvəz edilsin; 11.4. 3.4.8-ci, 3.4.12-ci və 3.4.13-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin: “3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu;”; “3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi;”; 11.5. aşağıdakı məzmunda 3.4.14─3.4.21-ci yarımbəndlər əlavə edilsin: “3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. kütləvi informasiya vasitəsinin növü, adı, yayılma tarixi, uçot nömrəsi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); 6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülüb-görülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri.”; 12. aşağıdakı məzmunda 3.4-1-ci və 3.6-cı bəndlər əlavə edilsin: “3.4-1. Qanunun 28-ci maddəsində göstərilən, yoxlama ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər barədə aşağıdakılar tələb olunur: 3.4-1.1. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə aralıq aktın nömrəsi və tarixi; 3.4-1.2. məhdudlaşdırıcı tədbirin tətbiqinə səbəb olan tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4-1.3. məhdudlaşdırıcı tədbirin növü, tətbiq edilməsinin Qanunun 28-ci maddəsinə uyğun əsaslandırılması və tarixi; 3.4-1.4. məhdudlaşdırıcı tədbirin ləğv edilməsi üçün yerinə yetirilməli tədbirlər; 3.4-1.5. bu Əsasnamənin 3.4.15-ci yarımbəndinə müvafiq olaraq, məhdudlaşdırıcı tədbirin tətbiqinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığının olub-olmaması; 3.4-1.6. məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın nömrəsi və tarixi; 3.4-1.7. məhdudlaşdırıcı tədbirin ləğv edilməsinin tarixi və səbəbləri.”; “3.6. Bu Əsasnamənin 3.2.1–3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1–3.3.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2–3.4.14-cü, 3.4.16–3.4.21-ci, 3.4-1.1–3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlıq fəaliyyəti subyektləri Reyestrə daxil edirlər.”; 13. 4.2-ci və 4.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin: “4.2. Hər növbəti il üzrə yoxlamaların keçirilməsi barədə bu Əsasnamənin 3.4.2-ci, 3.4.3-cü və 3.4.5–3.4.11-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatları özündə əks etdirən informasiya sistemi vasitəsilə elektron formatda tərtib olunmuş illik yoxlama planı yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək hər il 1 noyabr tarixindən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. 4.3. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmuş yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 5 iş günü (vergi yoxlamasından ən azı 15 gün) əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.”; 14. aşağıdakı məzmunda 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilsin: “4.3-1. Bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2–3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.3-2. Yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı tələb olunduğu halda, bu Əsasnamənin 4.3-1-ci bəndində göstərilən məlumatlar yoxlamadan ən azı 2 iş günü əvvəl yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təqdim olunmuş materialları 1 iş günü ərzində təhlil edir və yoxlamanın keçirilməsinə razılıq verilib-verilməməsi barədə məlumatı Reyestrdə yerləşdirir. Yoxlamanın keçirilməsinə razılıq verilmədikdə, bunun səbəbləri qeyd olunur.”; 15. 4.5-ci bənddə “alına bilər” sözləri “alınır” sözü ilə əvəz edilsin; 16. aşağıdakı məzmunda 4.5-1–4.5-5-ci bəndlər əlavə edilsin: 4.5-1. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.5-2. Yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. 4.5-3. Yoxlama zamanı yoxlanılan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 1 iş günü müddətində bu Əsasnamənin 3.4-1.1–3.4-1.4-cü yarımbəndlərində göstərilən məlumatlar Reyestrdə yerləşdirilməsi üçün yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sisteminə daxil edilir. 4.5-4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq verdiyi təqdirdə, bu Əsasnamənin 4.5-3-cü bəndində və 3.4-1.5-ci yarımbəndində göstərilən məlumatlar avtomatlaşdırılmış rejimdə Reyestrdə yerləşdirilir və yoxlayıcı orqan tərəfindən əlavə olaraq 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndlərdə göstərilən məlumatlar informasiya sistemi vasitəsilə Reyestrə göndərilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi razılıq vermədikdə, yoxlayıcı orqan bu barədə məlumatlandırılır. 4.5-5. Məhdudlaşdırıcı tədbir ləğv edildikdən sonra 3 iş günü ərzində yoxlayıcı orqan bu Əsasnamənin 3.4-1.7-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları Reyestrə göndərir.”; 17. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir.”; 18. 4.9-cu bənddə “(keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla)” sözləri “(keçirilmiş yoxlamaların əsasları, yoxlayıcı orqanlar, onların nəzarət sahələri və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul edilmiş qərarlar, sahibkarların yol verdiyi pozuntular, görülmüş tədbirlər, yoxlamaların qeydiyyatı zamanı yoxlayıcı orqanların yol verdiyi pozuntular (o cümlədən yoxlamalarla bağlı Reyestrə təqdim edilən məlumatların natamam olması, düzgün olmaması, qanunvericiliklə uyğunsuzluq təşkil etməsi və vaxtında təqdim edilməməsi halları), təhlillər, statistik və digər göstəricilər qeyd olunmaqla) sözləri ilə əvəz edilsin; 19. 5.1-ci bənd (5.1.1–5.1.5-ci yarımbəndlər istisna olmaqla) aşağıdakı redaksiyada verilsin: “5.1. Yoxlamanın qeydiyyata alınması, dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Çıxarışda aşağıdakı məlumatlar göstərilir:”; 20. 5.1.5-ci yarımbənddən “predmeti və” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.6-5.1.15-ci yarımbəndlər əlavə edilsin: “5.1.6. yoxlamanın aparılacağı təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və kodu; 5.1.7. yoxlamanın növü; 5.1.8. yoxlanılan dövr; 5.1.9. yoxlama zamanı araşdırılacaq suallar; 5.1.10. vergi yoxlamasının predmeti; 5.1.11. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar); 5.1.12. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı tələb olunduğu hallarda onun soyadı, adı, atasının adı və vəzifəsi; 5.1.14. yoxlamanın dayandırılmasının, vergi yoxlamasının müddətinin artırılmasının tarixi və müddəti; 5.1.15. yoxlamanın dayandırılmasına, vergi yoxlamasının müddətinin artırılmasına əsas olan hallar.”; 21. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.”; 22. 5.6-cı bənddən “aparılmış” sözü çıxarılsın; 23. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “7.1. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyata alınmadan yoxlama aparılmasına, habelə qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”; 24. aşağıdakı məzmunda VIII hissə əlavə edilsin: “VIII. Keçid müddəası Bu Əsasnamənin 3.4.15-ci, 3.4-1.5-ci, 4.3-2-ci, 4.5-4-cü və 5.1.13-cü yarımbəndləri, həmçinin 3.6-cı bəndinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aid hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanunu qüvvədə olduğu müddətdə tətbiq edilir.”.

17 Mart 2017 16:44

“Rabitə işi”nin məhkəməsində QALMAQAL: “Şərəfsiz və qeyrətsizlər”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən B.Vəliyev yenə xərəkdə gətirilib. Onun vəkili çıxış edərək bildirib ki, müvvəkkilinin səhhətində ciddi problem var: "Ağrıkəsicilərin də ona xeyiri yoxdur. Bayram Vəliyev əzab çəkir. Təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz". Daha sonra V.Zeynalovun müdafiəçisi Bəylər Məmişov vəsatətlə çıxış edib. O deyib ki, müvəkkilinin 67 əmlakına həbs qoyulub: "Onun da ikisi Vidadi Zeynalovun mülkiyyətindədir. Həmin əmlakların da biri ittihamın əhatə etdiyi dövrdən əvvəl alınıb. Biz həmin əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini tələb edirik. Vidadi Zeynalovun adına olan əmlakları satıb, dövlətə dəymiş ziyanın ödənilməsini istəyirik". Təqsirləndirilən N.Məmmədovla A.Mustafayevin vəkilləri vəsatət qaldıraraq, təkrar ekspertizanın aparılmasını istəyiblər. Hakim bildirib ki, məhkəmə əmlaklarla bağlı vəsatətə prosesin yekununda müşavirə zamanı qiymət verəcək. Digər vəsatətlər də təmin olunmayıb. B.Vəliyevin vəkili məhkəmə tərkibinə etiraz edib. O, məhkəmənin qərəzli aparıldığını vurğulayıb. Digər təqsirləndirilən şəxslər və müdafiəçilər vəsatəti müdafiə etməyib, onlar bunu məhkəmənin mülahizəsinə buraxdıqlarını söyləyiblər. Bu zaman B.Vəliyev digər təqsirləndirilən şəxsləri təhqir edib: "Bilirsiz onlar niyə qəbul etmir? Ona görə ki, onlar günahkardırlar. Siz, hamınız şərəfsiz və qeyrətsizsiz". Məhkəmə etirazı təmin etməyib. Proses martın 29-da davam etdiriləcək. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb. Faktinfo.az

17 Mart 2017 15:40

Deputat Mövludun intiharından danışdı: “Ədalətsizlik, işsizlik, yoxsulluq, nakam sevgi…”

“Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın.” Faktinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Musata deyib. O, hələ intihar qərarına gəlməmiş onlarla insanın yan-yörəmizdə yaşadığını qeyd edib: “Müəllim, yazar intihar edir. Başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır. Cəmiyyətdə olan sosial ədalətsizlik, işsizlik, yoxsulluq, ailə yolagetməzliyi- bütün səbəblər bu intiharların arxasında var. Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən "el içində bədnam olma", patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür. Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan bəlkə də birincisidir. Fikrimcə, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır. Bunun adına siyasi--kütləvi ədəbiyyatda sahəvi həmkarlar birlliyi və ya ittifaqı deyirlər, ancaq adın elə bir önəmi yoxdur. Sadəcə bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər.” Deputat vurğulayıb ki, illərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayıb: “Yazarlar, bəstəçilər, rəssamlar, jurnalistlər, taksiçilər, gözdən əlillər, şirniyyatçılar, məmurlar, bələdiyyə işçiləri, hamamçılar, bərbərlər, Qarabağ əlilləri və bəlkə də bu kimi onlarla adla tanıya biləcəyimiz mümkün birlik formaları statistika dəftərlərində yer almaq üçün süni quruluşlara çevrildiyinə görə kimsə başqasının dərdinə yaxından şərik ola bilmir. Axı bir Qarabağ əlilinin duyğularını daha çox başqa bir Qarabağ əlili, yaxud bir yazarın psixoloji sarsıntısını digər yazarlar, bir gözdən əllilin hisslərini digər gözdən əlil məndən, səndən daha həssaslıqla anlaya bilər. Ona görə də insanların peşəcə, ixtisasca, hissi maraqlarla birləşmə hüququnun təbii şəkildə canlandırmasına şərait yaratmaq lazımdır. Bunlar öz yerində, artıq cəmiyyətdə sürətlə artan işsizlik tendensiyasına son qoymaq üçün özəl sektorun inkişafını səmimi və açıq şəkildə təşviq etməkdən başqa çıxış yolu qalmır. Çünki hansı yöndən təhlil edərsək, sonda intihar üçün əsas səbəblərin başında maddi sıxıntılar, işsizlik, yoxsulluq kimi amillər qarşımıza dikiləcəkdir.” Fazil Musata intiharlara üzüldüyünü bildirib: “İstedadlı insanlarımızın intiharı isə daha çox ürəyimizi dağlayır.”

16 Mart 2017 14:38

“Ramiz Mehdiyevin Şah İsmayıl haqda əsəri milli marağımıza tam cavab verir”- DEPUTAT ŞAH İSMAYILI AŞAĞILAYANLARA SƏRT CAVAB VERDİ

Son dövrlərdə yenidən mediada bir sıra elm adamları  Azərbaycanın tarixi şəxsiyyətləri haqqında həqiqətə uyğun olmayan  faktlar gətirməklə, onları cəmiyyətə aşılamağa çalışırlar. Bu məsələyə aydınlıq gətirmək üçün filologiya elmləri doktoru, professor,  Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevaya müraciət etdik.  Faktinfo.az G. Baxşəliyevanın   Şah İsmayıl haqqında Gününsesi.info-ya verdiyi müsahibəsini təqdim edir. “Akademik Ramiz Mehdiyevin  Şah İsmayıl haqqında yazdığı bu əsər  Azərbaycanın tam milli marağına cavab verən əsərdir” -Gövhər xanım, bildiyiniz kimi, son günlərdə yenidən millli kimliyimiz və tarixi şəxsiyyətlərimizin şübhə altına alınması istiqamətində bir sıra açıqlamalar  bəzi media orqanlarında yer almaqdadır. Xüsusən də Şah İsmayıl haqqında… Bu barədə Sizin də mövqeyinizi bilmək istərdik… -Biz öz tarixi şəxsiyyətlərimiz barəsində həqiqətəuyğun olmayan, əsassız fikirlər yayıb, onları aşağılamqla əslində qarşımızda duran  daha böyük  hədəflərimizə və milli maraqlarımıza zərbə vurmuş oluruq. Hesab edirəm ki, Şah İsmayılla  bağlı ən dürüst və dolğun əsəri akademik Ramiz Mehdiyev yazıb.  Onun  “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” əsərində Şah İsmayılın fəaliyyəti və kimliyi barədə hər şey detallarınadək əksini tapıb. Akademik Ramiz Mehdiyevin  Şah İsmayıl haqqında yazdığı bu əsər  Azərbaycanın tam milli marağına cavab verən əsərdir. Çünki bu əsər etibarlı və obyektiv mənbələrə əsaslanaraq yazılıb. Burada  heç bir uydurma və şişirdilmiş məlumat yoxdur. “Orta əsrlərdə əksər hökmdarların qanı qarışıq idi, bir etnosa məxsus qan tapmaq çətindir…” -Bir çox alimlər isə Şah İsmayılı aşağılamaq üçün onun qanında xristian qanı axtarır və ya onun hansısa ölkəyə, xüsusən də Vatikanın əlaltısı kimi təqdim etməyə çalışır… -Bəli, Şah İsmayılın anası Aləmşahbəyim Trabzon hökmdarının nəvəsi və Ağqoyunlu hökmdarı Uzun Həsənin qızıdır. Onun nənəsi xristian olub. Məgər, bu, qəbahətdirmi?! Bu, tarixi faktdır və kimsə bunu inkar etmir. O zaman Osmanı hömkdarlarının əksəriyyətinin  anası ya  xristian və yaxud, digər millətlərdən olub. Orta əsrlərdə  əksər hökmdarların qanı qarışıq idi. Bir etnosa məxsus qan tapmaq çətindir. Bu, mümkün deyil. Çünki  ö dövrlərdə dövləti idarə etməkdə və dövlətlər arasında əlaqələrin qurulmasında  bu, bir ənənə idi və müxtəlif ölkələr öz maraqları naminə   digər  dövlətlərin hökmdarları ilə qan qohumluğu yaradırdılar. Bu, siyasi izdivac idi və orta əsrlər dövründə bu, bir ənənə halını almışdı. Yəni, bu izdivaclar siyasi məqsəd daşıyırdı. Burda digər mühüm bir məqam da ondan ibarət  idi ki, hökmdar oğlu mütləq  formada hökmdar qızı ilə evlənməli idi. Gələcəkdə hakimiyyəti idarə etmək üçün bu da bir qayda idi. Odur ki, burada hər hansı qəbahət yoxdur. Məsələn, Rus çarlarının hamısının- Birinci Pyotrdan başlayaraq, bu yana demək olar ki, hamısının anası alman şahzadəsi olub.  Çar Nikolayın qanında demək olar ki, artıq rus qanı  yox səviyyəsində idi. Ruslar heç bunu dilə gətirmirlər. Belə məlumatları deməklə, yaymaqla  cəmiyyəti çaşdırmaq lazım deyil. “Bəzi xalqlar olmayan yerdən özlərinə qəhrəman yaradırlar, biz isə belə böyük şəxsiyyətlərimizi aşağılamaqla məşğuluq.. “ -Demək  istəyirsiniz ki, belə məlumatlar məqsədyönlü olaraq yayılır?.. – Bununla kimlərsə stəkanda fırtına qopartmaq  istəyirlər. Belə, olmaz. Bu, düzgün yanaşma deyil. Millətin tarixi şəxsiyyətlərini aşağılamaq olmaz. Əksinə, millətə hər zaman qəhrəman lazımdır. Millət öz qəhrəmanı  və babaları ilə  fəxr etməli, o, qəhrəman onlara nümunə olmalıdır. Millət  Şah İsmayılla fəxr etməlidir. O, Şah İsmayılla ki, o, böyük Səfəvi dövləti yaradıb. Biz bunları  qabartmalıyıq. Heç başqa xalqların Şah İsmayıl  kimi sərkərdəsi,  hökmdarı,  dövlət başçısı olmayıb. Digər xalqlar olmayan yerdən özlərinə qəhrəman yaradırlar. Biz isə belə böyük şəxsiyyətlərimizi aşağılamaqla məşğuluq. Bu cür hərəkətlər mənafeyimizə uyğun deyil. Şah İsmayılla bağlı  uydurma, obyektivliyə uyğun olmayan məlumatlar, yazılar da əsasən  Osmanı arxivlərdində olan məlumatlara əsaslanılaraq yazılır. Amma onu bilməliyik ki, o dövrdə Osmanlı ilə Səfəvi müharibə şəraitində yaşayırdı. Ona görə də tərəflər bir- birinə qarşı müxtəlif  təbliğat metodlardan istifadə edərək, gözdən salmağa çalışıblar.  Elə o zaman Osmanı mirzələri, katibləri Şah İsmayıl haqında insan, uşaq əti yeyən, guya sünniləri yağ qazanında yadıran, vəhşi bir insan obrazı yaradaraq, onu gözdən salan  fikirlər yazıblar.  Onlar bu metodla qarşı tərəfi gözdən salmağa xidmət edib və bu, bir təbliğat vasitəsi olub. “İskəndər Pala öz əsərində Şah İsmayılı anasını qətlə yetirən hökmdar kimi qələmə verib ki…” Qarşı tərəf də buna uyğun olaraq Osmanlı hökmdarları haqqında bu cür təbliğat metodundan istifadə edib. Bu yazıların əksəriyyəti də tarixi faktlar deyil, kimlərinsə özlərindən uydurduğu faktlardır və heç bir obyektivliyi əks etdirmir. Sonra da kimlərsə həmin arxivlərdəki “materiallara” istinadən edərək əsərlər yazıblar. Hətta, İskəndər Pala öz əsərində Şah İsmayılı öz anasını qətlə yetirən hökmdar kimi qələmə verib. Ancaq, bu, ağ yalandır və tarix bu faktı inkar edir. Şah İsmayılın anası Aləmşahbəyim xanımın məzarı bu gün də Ərdəbildəki Səfəvi ailə  məqbərəsindədir. Əgər, o, anasını öldürsəydi, onun qəbri orada olmamalı idi. Bunların hamsı absurd  və yalan məlumatlardır. Ona görə də mütəxəssislər hər hansı arxiv materialından istifadə edərkən həmin məlumatın obyektivliyinə diqqət yetirməlidir. Belə bir  fakt doğrudur, ya yox. Bəlkə kimsə qəsdən və bilərəkdən belə yalan məlumatı yazıb?! Axı, bu  cür faktlardan istifadə edəndə sonradan ortaya ciddi problemlər çıxır?! Necə ki, bu gün ermənilərin yalan  məlumatları əsasında bizə qarşı istifadə edirlər. “Millət qəhrəmansız, idealsız yaşaya bilməz” Şah İsmayıl Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və  hökmdarı olub. Biz onun hər cür fəaliyyətini təbliğ etməlik.  Çünki Şah İsmayıl bizə Kərkükdən, Mosuldan tutmuş Dərbəndə, Dərbənddən  Orta Asiya, Hindistan sərhəddinədək böyük bir dövlət yaradıb. O, bizim qürur yerimizdir və qürur yerimiz olaraq da qalmalıdır. Baxın bu gün İran ərazisində yaşayan 35 milyonadək soydaşımızın var. Onların istinad yeri məhz Şah İsmayıldır. Onlar deyirlər ki, bugünkü İran məhz Şah ismayılın yaratdığı dövlətin əsasında formalaşıb, sənin dövlətini mənin türküm yaradıb. Əslində biz atrixi şəxsiyyətlərimizə qarşı çıxmaqla  qarşımızda duran böyük  hədəflərimizə və məqsədlərimizə ciddi zərbə vurmuş oluruq.  Rəhmətlik Heydər Əliyev də  hər zaman deyərdi ki, xalqın qəhrəmanı  olmalıdır.  Xalq bu qəhrəmanları öz idealı kimi görməli, elə  yaşayıb və fəaliyyət göstəməlidir. Yəni, millətin bir istinad yeri olmalıdır. Millət qəhrəmansız, idealsız yaşaya bilməz. Odur ki, xalq vahid milli ideyaya xidmət edən qəhranmanlarını uca tutmalı, onlarla fəxr etməlidir. Millət bax belə vahid milli ideya ətrafında  birləşməlidir.

11 Mart 2017 13:09

İcra başçısının Vidadi Zeynalovu xilas planı – Əli Abbasov hədəfdə

Sabiq aparat rəhbərinin vəzifədəki qohumları hesab edir ki, Zeynalovun sabiq nazirin üzünə duraraq həbsdən çıxması onların taleyini həll edir   Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa buraxıla bilər. Faktinfo.az xəbər verir ki, BakiPost.az daxil olan məlumata görə, o, dövlətə vurduğu ziyanı tam şəkildə ödəmək, sonra da sabiq nazir Əli Abbasovun üzünə durub, cinayətləri onun tapşırığı ilə törətdiyini deməklə məhbəsdən qurtulmağa çalışacaq. Buna görə də, yaxın adamları sabiq aparat rəhbərinin mənimsədiyi pulların geri qaytarılması üçün əmlaklarını satışa çıxarıblar. Bu işlərə V.Zeynalovun bacısı əri, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi “Tender kralı” kimi tanınan Ramazan Məmmədov rəhbərlik edir. Onlar V.Zeynalovun həbs qoyulmayan (öz adına olmayan) obyektləri, villaları ilə yanaşı öz mülklərini də tez bir zamanda satıb məsələni həll etməyə çalışırlar. Ceyhun Cəfərov Belə obyektlərdən bir də Yasamal rayonu, “Qələbə dairəsi” adlanan yerin yaxınlığındakı hələ tikintisi başa çatmamış 6 mərtəbəli binadır. Məlumata görə, Rafael Mehrəliyevə məxsus bu bina dəyərindən xeyli ucuz qiymətə satılır. V.Zeynalovun yaxın adamlarının belə təşvişə düşməsinin səbəbi onlarının özlərinin də vəzifələrini itirə bilmək qorxusudur. Bildirilir ki, Zeynalovun tez bir zamanda həbsdən çıxmasında vəzifədə olan yaxın adamları daha çox maraqlıdır. Onlar hesab edir ki, V.Zeynalovun günahları boynundan atması və sabiq naziri qurban verməsi onların gələcək taleyini həll edir. Bəlli olduğu kimi Zeynalovun həbs edilməsi onun bir çox yaxın adamlarının vəzifəsini itirməsinə, hətta bəzilərinin ölkədən qaçmasına səbəb olub. Yeznəsi, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu  BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyevin isə görəvdən alınması gündəmə gəlib. Buna görə də, onlar bütün imkanlarını səfərbər edib keçmiş aparat rəhbərini “təmizə çıxarmağa” çalışırlar. Hesab edirlər ki, o hər hansı bir şəkildə həbsdən qurtula bilsə, geniş əlaqələrinin hesabına, heç olmasa yaxın adamlarının reputasiyasını qoruya biləcək, onların vəzifədə qalmasını təmin edəcək. Məlumat üçün bildirək ki, Vidadi Zeynalov fevralın 22-də məhkəmədə dəyən ziyanı ödəməyə hazır olduğunu bildirib. Vidadi Zeynalov və yaxınlarının adına olan 67 əmlakın üzərinə həbs qoyulub. İstintaq zamanı aparılan qiymətləndirməyə görə, həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur. Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər cəmi 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.  Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

6 Mart 2017 18:57

Sərdar Cəlaloğlu: “Ziya Məmmədov “QURAN”I tərsinə qavrayacaq”

"İnanmıram ki, Ziya Məmmədov Quran oxusun, ya da mütaliəyə vaxt ayırsın”. Bunu Sherg.az-a sabiq nəqliyyat naziri Ziya Məmmədovun Quranı oxuyub təhlil etməsi məsələsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib: Onun sözlərinə görə, "Quran"la az-çox tanış olan insanlar bilir ki, "Quran"da belə bir ayə var: "Allah deyir, mən istəməsəm kimsə iman gətirə bilməz”. Bu o deməkdir ki, hər adam Quranı təhlil etməyi istəyə bilər, amma allah istəməsə bu, baş tutmaz. Sual yaranır ki, Allah insanın "Quran"ı öyrənib təhlil etməsini nə vaxt istəyər? Allah deyir ki, sizin dualarınızı mənə çatdıran əməllərinizdir. Kimsə Quranı öyrənmək dərk etmək istəyir, bunun üçün Allaha dua edirsə, Allah da o zaman onun duasını qəbul edir, öyrənmək və yaxud dərk etmək üçün ona istiqamət verər. Yalnız həmin şəxsin əməlləri bunu imkan verirsə, məşğul ola bilər. Ziya Məmmədov Azərbaycanda ən böyük rüşvətxordur. Bunu heç kəs dana bilməz. Onun nazirlikdə işlədiyi dövrdə inşa etdiyi yolların hamısının dağılması məlumdur. Bu, həm də korrupsiyadan başqa onun gördüyü işlərin də yarıtmazlığının sübutudur. Sual edirəm, xalqın bu qədər vəsaitini oğurlamış insan istəsə belə, Allah onun Quranı anlamasına imkan verərmi?” Quranda qeyd olunduğu kimi kafirlərin Quranı oxuduqca Allaha nifrətinin artdığını vurğulayan S. Cəlaloğlunu deyib ki, bir çox insanların "mən Quranı təhlil edirəm” adı ilə onu oxuması əksinə onların imanını bir az da azaldır, onların kafirliyini artırır: "Allah kafirə icazə vermir, Qurandan heç nə anlaya bilmir. Düşünür ki, sən demə, Allah yalan imiş, qiyamət olmayacaq, məhkəmə qurulmayacaq, mən əməllərimə davam edim. Fikrimcə, Z. Məmmədov duasını Allaha çatdıran əməllər görmədiyindən onun Quranı oxuyub təhlil etməsi mümkün deyil. Cəzasını çəkməyincə Allah belə insanlara hidayət etməz, müqəddəs kitabın bir kəlməsini belə başa düşməyə icazə verməz. Quranda açıq şəkildə yazılıb ki, kafirlər bu kitabdan bir cümlə belə mənimsəyə bilməzlər. Bu kitabı yalnız, möminlər, əməlləri Allahın təqdirini qazanmış insanlar oxuyub mənimsəyə bilər. Ona görə insanlar biri-birinin əməlini, xeyirxahlığını dəyərləndirəndə deyir, Allah razı olsun. Çünki Allah razı olduqda insanı istiqamətləndirə bilər. Ona görə Z. Məmmədovun əməlləri düzgün olmadığına görə Quranı anlamayacaq. Başa düşdüklərini də tərsinə qavrayacaq”. Qeyd edək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov qardaşının istirahətdə olduğunu bildirib. E. Məmmədovun sözlərinə görə qardaşı mütaliəyə geniş vaxt ayırıb, müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bildiyindən bu da xoş olan bir işdir. Ayyət Əhməd Faktinfo.az  

4 Mart 2017 16:26

“Muğanbank”dan Baş prokurora şikayət edildi: – 184 min dollara yaxın pul mənimsənilib

Bir qrup Bakı sakini Azərbaycanda fəaliyyət göstərən "Muğanbank" ASC-dən Baş prokuror Zakir Qaralova müraciət edib. Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun Trend-ə təqdim etdiyi şikayət ərizəsində qeyd olunur ki, "Muğanbank" ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib. Müraciətdə bildirilir ki, 2016-cı ildə fərqli tarixlər olmaqla "Muğanbank" ASC-nin "Dostluq" filialına Məmmədov Abbas Dilsuz oğlu 70.000 ABŞ dolları, Eyvazov Vüqar Xəlil oğlu 68.700 ABŞ dolları və İsmixanov Eldar Vəlixan oğlu 45.000 ABŞ dolları məbləğində əmanət qismində pul vəsaiti qoyublar: “Biz pulları xəzinədə işləyən Azad Əliyev adlı bir şəxsə təhvil vermişik. Həmin vaxt fililalın müdiri və digər vəzifəli şəxsləri də orada idilər. Eyni zamanda xəzinədə və filial binasında olan kameralar da bütün bu əməliyyatları qeydə alıb. Lakin sonradan pullarımız bank tərəfindən mənimsənildi. Belə ki, bizim banka verdiyimiz pullar yoxa çıxdı”. Müraciətdə bildirilir ki, zərərçəkmişlərin müraciətləri əsasında Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb: “Əslində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə) maddəsi ilə başlanılmalı olan bu cinayət işi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanıldı: "Bir müddət istintaq aparıldıqdan sonra törədilmiş bu ağır cinayət hadisəsində bəlkə də ən az təqsiri olan və xəzinədə sıravi bir vəzifədə çalışan Azad Əliyev cinayət məsuliyyətinə cəlb edildi. Ona qarşı irəli sürülmüş ittihama əsasən guya A.Əliyev həmin pulları dələduzluq yolu ilə təkbaşına mənimsəyib". İddia olunur ki, A.Əliyev qeyd edilən pulları bankın daha məsul vəzifəli şəxsləri ilə birlikdə mənimsəyib: "Yəni biz pulu konkret şəxsə yox, məhz banka etibar etmişik. Əgər belə olmasaydı, biz pulu banka yox, Azad Əliyevə başqa yerdə və ya başqa məqsədlə verərdik”. Şikayətçilər iddia edirlər ki, Nərimanov rayon prokurorluğu cinayətin əsas iştirakçılarını cinayət məsuliyyətindən əsassız olaraq kənarlaşdırıb: "Hazırda istintaq tələsik yekunlaşdırılaraq məhkəməyə göndərilir". Şikayətçilər məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova etdikləri müraciətdə işin Nərimanov rayon prokurorluğundan alınaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilməsini xahiş ediblər.

2 Mart 2017 20:12

“Elmar Vəliyevin orta əsrlərdəki kimi “xərac” yığmasından cana doymuşuq”

Redaksiyamızın elektron poçtuna Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən şikayət daxil olub. Şikayət müəllifləri DİA.AZ-a yazırlar: "Artıq bir aya yaxındır ki, Hesablama Palatası Gəncə şəhər Səhiyyə İdarəsində yoxlamalar keçirir. Bu yoxlamaları bəhanə gətirərək Gəncə ş. İH-nin başçısı Elmar Vəliyev adəti üzrə, həmişə olduğu kimi Gəncə ş. səhiyyə müəssisələrindən haqq istəyir, Gəncədə fəaliyyət göstərən hər bir xəstəxana 30-70 min manat arasında Elmar Vəliyevə haqq verməlidir. Səbəb kimi də Hesablama Palatasını "razı salmaq üçün" Elmar Vəliyevin Palataya verəcəyi rüşvət göstərilir. Gəncə həkimləri olaraq biz bəyan edirik, bu yalandır! Artıq cana doymuşuq Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından!" Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu hal Gəncədə mütəmadi təkrarlanır, həkimlərin şərəf və ləyaqəti təhqir olunur, Baş həkimlər hədələnir, etiraz etmək istəyən həkimlərə təzyiq olunur, ixtisarlar və həbslərlə qorxudulurlar. Səhiyyə müəssisələrinin işçiləri təzyiq altında, qorxudularaq onlardan külli miqdarda haqq yığılmasına cəlb olunurlar. Məlum səbəblərdən həkimlər təqibə məruz qalacaqlarından qorxurlar. Gəncədən yığılan pulların müqabilində Elmar Vəliyev Hacıkənd qəsəbəsində, Mixaylovka kəndində, Gəncə ş. 4 saylı orta məktəbin yanında və şəhərin digər yerlərində dəbdəbəli villalar, istirahət məkanları tikdirib. Mixaylovka kəndindəki villasında Elmar Vəliyevin cins itləri üçün ayrıca ev tikilib, yeraltı üzmə hovuzu inşa edilib. Vəliyevin "Lexus" markalı zirehli avtomobilinin qiyməti yarım milyon manatdan çoxdur. Gəncənin həkim kollektivi acınacaqlı haldadır, Elmar Vəliyevin Gəncə xəstəxanalarından yığdığı haqq həkimləri cana doydurub. Sosial vəziyyətin onsuz da ağır olduğu Gəncədə səhiyyə işçilərinin təhqir edilməsi və onların Elmar Vəliyev tərəfindən təzyiqə məruz qalması həkimlərin etiraz aksiyalarına başlamasına səbəb olacaq". Müraciət müəllifləri dia.az-a yolladıqları məktublarını belə bitirirlər: "Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin, səsimizi eşitsinlər. Həkimlər bu məktubu təzyiqdən və hədələrdən bezərək yazıblar. Onsuz da həkim kimi kasıb həyatımızdan bezmişik, bu haqq yığımı da səbr kasamızı daşırdıb. Gəncə şəhər səhiyyəsinin acınacaqlı hala salınmasında məhz Elmar Vəliyevin "xidmətləri" xüsusi rol oynayıb. İmza: Alçaldılmış və təhqir edilmiş Gəncə ş. səhiyyə işçiləri"

24 Fevral 2017 12:14

“Odlar Yurdu” Universiteti bağlanır

Keçmiş biznesmen-deputat Əhməd Vəliyevin “imperiyası” süqut etməkdədir Faktinfo.az bildirir ki, Politika.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, sabiq millət vəkilinin rəhbəri olduğu “Muğanbank” və “Odlar Yurdu” universiteti yaxın gələcəkdə fəaliyyətini dayandıracaq. Ə.Vəliyev erasının bitdiyini iddia edən mənbə qeyd edir ki, ali məktəbin “Təfəkkür” universitetinin taleyini yaşayacağı, bankın da “Zamin bank”, “Bank Standart”ın aqibəti ilə üzləşəcəyi gözləntisi var. Məlumatlara görə, təhsil sektorunda gedən islahatlar və adı rüşvətə bulaşmış, karton diplom istehsal edən təhsil ocaqları qapadılır, devalvasiyadan çökən, kredit verməkdən başqa işi olmayan bankların lisenziyası ləğv olunur. Bu tendensiyanın davamı olaraq Ə.Vəliyevin biznes şəbəkəsi iflas edir. Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların başı üzərini qara buludlar alıb. Əhməd Vəliyevin birbaşa nəzarətində olan "Odlar Yurdu" Universiteti və "Muğanbank" əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir. İndiki halda nə "Odlar Yurdu" Universitetinə, nə də "Muğanbank"a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı. Adıçəkilən hər iki qurumda işlərin "axsaması" sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm "Odlar Yurdu" Universitetində, həm də "Muğanbank"da problemlərin yaranması ilə müşaiyyət olunur. Məlum "dollar ajiotajı" fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma "Muğanbank"dakı problemlər miqyasına görə digərlərindən fərqlənir. İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi "Muğanbank"a müştəri etimadını sıfıra endirib. Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması da etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb". Adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların "Muğanbank"dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Qeyd edək ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir - Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.) Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, "Muğanbank" Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Təbii olaraq, həm universitetin, həm bankın lisenziyasının ləğvi aktualdır. Faktinfo.az

23 Fevral 2017 15:20

Müstəqil Azərbaycan dövlətinin milli inkişaf strategiyası barədə tədqiqat

Bugünlərdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin formalaşdırdığı milli inkişaf strategiyasının mahiyyətini və məramını açıqlayan, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dünyada “Azərbaycan modeli” kimi tanınan bu konseptual nəzəriyyənin müddəalarını uğurla gerçəkləşdirməsindən bəhs edən daha bir nəşr oxuculara təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevin zəngin siyasi-nəzəri irsinin çağdaş oxuculara çatdırılması ilə bağlı səmərəli araşdırmalarını davam etdirən politoloq və iqtisadçı-ekspert Məhərrəm Məmmədov bundan əvvəl “Elm” nəşriyyatında Azərbaycan dilində nəşr olunmuş “III Respublika: milli inkişafın model və strategiyası” kitabına xarici oxucuların marağını nəzərə alaraq onun rus dilində variantını hazırlayıb nəfis şəkildə çap etdirmişdir. Yeni nəşrdə ulu öndərin dünya miqyasında maraq doğuran və yüksək dəyərləndirilən milli inkişaf modelinin praktik uğurlarının son mənzərəsi də əksini tapmışdır. Xatırladaq ki, bu dəyərli əsərin yüksək elmi-nəzəri mənbə kimi ərsəyə gəlməsində elmi redaktorlar – mərhum professor, Əməkdar elm xadimi Seyfəddin Qəndilov və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, filologiya üzrə fəlsəfə doktoru Novruz Məmmədov üzərlərinə düşən yükü və məsuliyyəti yüksək peşəkarlıqla yerinə yetirmişlər. Milli Məclisin deputatları Aydın Mirzəzadə və Musa Quliyev də elmi məsləhətçi və rəyçi kimi müəllifə faydalı köməklərini göstərmişlər. Kitab-albomun buraxılışına məsul olan Prezident Administrasiyasının bölmə müdiri  Qafar Əliyev və tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva da nəşrin ən yüksək səviyyədə işıq üzü görməsini təmin etmişlər. Əsər rus dilinə “Bakinski raboçi” qəzetində Rəhim Babayev tərəfindən tərcümə olunmuşdur. Ölkəmizin milli inkişaf strategiyası barədə aktual tədqiqatına ulu öndər Heydər Əliyevin “Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir” və Prezident İlham Əliyevin “Azərbaycan siyasi və iqtisadi baxımdan güclü ölkə olmalıdır” deyimlərini epiqraf seçmiş müəllif tarixə Şərqdə ilk demokratik dövlət kimi daxil olmuş AXC-nin dirçəltdiyi çoxəsrlik dövlətçilik ənənəsinin yeni şəraitdə davam etdirilməsi və zənginləşdirilməsi ilə bağlı ümummilli liderin işləyib hazırladığı milli inkişaf modelinin qarşıya qoyduğu  təxirəsalınmaz vəzifələrin və dövlət başçısının son 14 ildə nail olduğu möhtəşəm qələbələrin geniş mənzərəsini elmi dövriyyəyə gətirmiş və sistemləşdirmişdir. Giriş sözündə Məhərrəm Məmmədov  mürəkkəb tarixi şəraitdə milli inkişaf kimi taleyüklü məsələdə nəinki yerli özünəməxsusluğun nəzərə alınması, hətta orijinal bir modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunun onun öz xalqının maraqlarına dərindən bağlı olan həqiqi milli lider, qlobal miqyasda düşünməyi bacaran fenomenal siyasətçi  olmasından qaynaqlandığını söyləyir. Müəllif dünyada analoqu olmayan belə bir mükəmməl strategiyanın düzgünlüyünün həyatda ardıcıl təsdiqini tapmasını isə Prezident İlham Əliyevin ulu öndərin irsinə və idarəetmə məktəbinə mükəmməl yiyələnməsi ilə əlaqələndirir. Politoloq və iqtisadçı-ekspert irəli sürdüyü bu iki tezisini kitabın sonrakı bölmələrində Azərbaycanın çağdaş milli inkişafının əsas tendensiya və nəticələrindən alınmış arqumentlərlə sübuta yetirir. “Tərəqiyə doğru inkişaf: tarixi düşüncənin təcrübəsi” adlı birinci fəsildə müəllif müstəqil dövlətin milli inkişaf modelinin hazırlanmasında Azərbaycan dövlətçilik yaddaşının çar Rusiyası və sovet imperiyası dövründə yaşadılması və dirçəldilməsi təcrübəsinin lazımi səviyyədə nəzərə alındığı qənaətinə gəlir. “Azərbaycan özünəməxsusluğunun saxlanması problemi” başlıqlı ikinci fəsildə ulu öndərin yaratdığı milli inkişaf modelində bu amilin də tam nəzərə alındığı sübuta yetirilir. “İqtisadi tərəqqi və islahat strategiyası” adlı sonuncu fəsildə isə  ümummilli liderin öz modelini quruculuq müstəvisinə çıxarmaq üçün işləyib hazırladığı radikal islahatlar və sistemli icra proqramlarının mahiyyəti açıqlanır, irəli sürülən mülahizələr sonrakı dövrün uğurlu göstəriciləri ilə isbata yetirilir. Yekunda Məhərrəm Məmmədov ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının əsas parametrləri və yönləri barədə qənaətlərini ümumiləşdirir, bu modelin Azərbaycanın dövlət müstəqilliyinin nəzəri təminatı olduğunu bildirir,  ölkəmizi hərtərəfli inkişaf və əhatəli yeniləşmə yolu ilə irəli apardığını təsdiq edir. Kitabda müəllifin elmi-nəzəri açıqlamaları milli inkişaf strategiyasının uğurla gerçəkləşdirilməsi prosesinin illüstrativ görüntüləri kimi yaxın tariximizə daxil olmuş fotolarla müşayiət olunmuşdur. Tahir AYDINOĞLU, “Xalq qəzeti”

15 Fevral 2017 13:14

Nazirliyin idarə rəisi haqda ciddi iddia – “Mənə əxlaqsızlıq təklif edib”

Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova işdən çıxarıldığı üçün “Qafqazinfo”ya müraciət edib. Şikayətçi İdarə rəisi Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia edir: “11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əxlaqsız bir təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Daha bilmirəm, hansı yolla o vəzifəyə qoyulub. Qanunsuz işdən çıxarılan əməkdaşlarımızdan Elxan Hüseynov da H. Sadıqovu məhkəməyə verib və hazırda proses gedir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”. Haqqında səsləndirilən iddialarla bağlı Dövlət Qaz Nəzarət İdarəsinin Rəisi Hacıqulu Sadıqovla əlaqə saxladıq. Deyilənləri təkzib edən rəis işdən çıxarılan əməkdaşın ona şər atdığını bildirib: “İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Dünəndən bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”.

15 Fevral 2017 12:46

SOCAR-ın “Qara Kassa”sı: Vitse-prezidentlərin prezidentlik İDDİASI…

Bir müddət əvvəl səhər saat 5 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəzada daha 10 nəfər neftçinin taleyinə qaranlıq çökdü. Ötən il baş verən və 30-dan çox neftçinin öldüyü qəzanın bir ilin tamamından az keçməmiş daha 10 neftçi ailəsinə od düşdü. Və görünür, bu, elə belə də davam edəcək. O vaxta qədər ki, SOCAR rəhbərliyində Mikayıl İsmayılov, Xalik Məmmədov, Vaqif Əliyev, Samir Kərimov, Əliheydər Süleymanov kimi kadrlar, daha doğrusu, adları mətbuatda əməli iş sahibləri kimi yox, hansısa qalmaqallı hadisələrdə çəkilən yüksək vəzifə zəbt edən məmurlar var. Bəs görəsən, SOCAR-ın tabeliyində olan bütün bu platformalarda baş verən qəzaların məsuliyyətini kimlər daşıyır? Qəzalı olan və ölkədə ən kiçik hava hadisəsindən sonra uçub dağılan bu platformalarda işləyən neftçilərin həyatlarına kim cavabdehdir? SOCAR dövlətin iqtisadi lokomotivi olduğu halda, nədən bu qədər ailə gözüyaşlı qalır? "Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır" Bu ifadəni bilənlər bilir, bilməyənlərin nəzərinə çatdıraq ki, ifadə Stalinə məxsusdur. Amma Stalinin SOCAR-a aidiyyatı olmasa da, dediyi ifadənin bu qurumda işləyən vəzifə sahiblərinə aidiyyatı çoxdur. Bu şirkətdə çalışan və eləcə də dənizlərə qərq olan ötənilki və bu yaxınlarda baş vermiş hadisə qurbanlarının faciəsi ola bilsin ki, bu şəxslər üçün statistikadır, amma Xəzərdə batan və hələ də sağ qalıb-qalmamasından xəbər olmayan bu insanların ailələri üçün faciədir. Amma bu faciəni hamılıqla yaşasaq, nə dənizdə batan olar, nə də quruda SOCAR-dan giley-güzar edənlər... Oxucuların marağını nəzərə alıb, SOCAR-da yüksək vəzifə sahiblərinin nə işlə məşğul olduqlarını incələməyə çalışacağıq. Mikayıl İsmayılov "evlər kralı" imiş Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 2013-cü ilin prezident seçkiləri zamanı prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu adını çəkmədiyi "evlər kralı" olan məmurdan bəhs edib. Prezidentliyə namizədlərin İTV-də 3 oktyabr 2013-cü il tarixdəki debatında ADP sədri ölkədə evsiz gənclərin problemindən danışarkən maraqlı bir məlumat açıqlayıb. O bildirib ki, ölkədə 10 minlərlə vətəndaş evsiz olduğu halda Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentlərindən birinin Bakıda 200-ə yaxın mənzili var. Və həmin vitse-prezident bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə yaradıb, hər ay külli miqdarda pul yığır. Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Bəzi məmurların saysız-hesabsız mənzilləri, villaları var. Bəziləri isə tikinti biznesi ilə məşğul olur, çirkli pullarla tikdirdikləri binalardakı mənzilləri baha qiymətə vətəndaşlara satıb kapitallarını "yuyur" və həm də artırırlar. Ancaq indiyədək Azəbaycanda hansısa nazirin, komitə, şirkət prezidentinin, eləcə də müavinlərinin kirayə biznesi ilə məşğul olması faktına rast gəlinməyib. Bu baxımdan ARDNŞ-in vitse-prezidentlərindən birinin bu sahədə fəaliyyətə başlaması həm də bu məqsədlə xüsusi idarə yaratması Azərbaycan üçün yenilik sayıla bilər. Azərbaycan vətəndaşlarının əksəriyyətinin mənzil əldə etmək imkanının olmadığını nəzərə alsaq, bu biznesin gəlirli və perspektivli olduğunu da söyləyə bilərik. Bu baxımdan ölkədə peşəkar şəkildə kirayə biznesi ilə məşğul olmağa başlayan ARDNŞ-in həmin vitse-prezidentini uzaqgörən şəxs hesab etmək olar. Qeyd edək ki, ARDNŞ-in hazırda 10 vitse-prezidenti var. Sərdar Cəlaloğlu ad çəkmədiyindən, onların 10-u da şübhə altına düşür. Ən azı ona görə ki, hər birinin 200 və daha artıq mənzil əldə etməyə imkan verən böyük maliyyə imkanları var. Ancaq sonradan məlum oldu ki, Sərdar Cəlaloğlunun "evlər kralı" adlandırdığı məmur Mikayıl İsmayılov imiş. SOCAR-ı kim idarə edir- Rövnəq Abdullayev, yoxsa Mikayıl İsmayılov? Vitse-prezidenti ARDNŞ-in əsas söz sahibinə çevirən amillər... Milyonlara sahib olan məmur bəzi yüksək nüfuzlu şəxslərin adından istifadə edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə çevrilib. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa qoyulub. Amma ya zəlzələdən, ya da vəlvələdən ARDNŞ-də əsas söz sahibinə çevrilən, deyilənə görə, bir çox hallarda Rövnəq Abdullayevin belə tapşırıqlarına əhəmiyyət verməyən Mikayıl İsmayılova "gözün üstə qaşın var" deyən olmayıb. ARDNŞ-in əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb? Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin "vikipediya"da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur. SOCAR-ın "Qara kassası" - Əliheydər Süleymanov və ya Mikayıl İsmayılovun ağır artilleriyası Miq.Az-a daxil olan şıkayət məktubunda ARDNŞ-nin Auidit Departamentinin rəisi Əliheydər Süleymanov adlı SOCAR yetkilisindən bəhs olunur. Redaksiyaya şikayət edən şəxs bildirir ki, SOCAR şirkətində hamının bildiyi, lakin heş kimin tədbir görə bilmədiyi bir problem var. Mikayıl İsmayılova güvənən və SOCAR-da "QARA KASSA" deyilən bir qeyri-qanuni qurum yaranıb. Şikayət məktubunda göstərilir ki, kassanın "sahibi"nin - gözəgörünməz adamın kim olduğu bilinməsə də, ideyanın müəllifi bilinir... və hətta "Qara kassa"nın kassiri də bilinir- Əliheydər Süleymanov. SOCAR-da çalışanlar Əliheydər Süleymanovu Mikayıl İsmayılovun sağ əli adlandırır. Və bu adam SOCAR-da bütün idarə-müəssisə rəhbərlərinə aylıq haqq qoyub. Şikayətçinin dediyinə görə, Əliheydər Süleymanov idarə və müəssisə rəhbərlərindən aldığı aylıq haqqı yuxarılara ötürürür...Və heç kim Mikayıl İsmayılovun qorxusundan bu adama gözün üstə qaşın var deyə bilmir...(Mikayıl İsmayılov - Əliheydər Süleymanov-"Qara-Kassa" mövzusunu yaxın günlərdə daha geniş işıqlandıracağıq) Vaqif Əliyev- Gülən təriqətinin "Dəmir Gümbəzi" Vaqif Əliyevin adı Türkiyədə FETÖ-nün 15 iyul dövlət çevrilişi cəhdindən sonra PETKİM (SOCAR Türkiye) şirkətinə əməliyyatla yenidən gündəmə gəldi. Təmizləmə əməliyyatından sonra Vaqif Əliyev "SOCAR Türkiye”nin İdarə Heyətinin rəhbəri təyin olundu. Bu təyinatdan belə anlaşılır ki, V. Əliyevin FETÖ ilə heç bir əlaqəsi yoxdur və o, məhz FETÖ terror təşkilatının ələ keçirmək istədiyi şirkəti "xilas etmək” üçün gedir. Bu, "quzunu qurda tapşırmaq” misalının həyatda öz əksini tapması kimi bir şeydir. Çünki Vaqif Əliyev FETÖ-nün SOCAR-dakı türklər demiş, ən "has” adamlarından biridir. Bu ilin 27 avqust tarixində (artıq Türkiyədə FETÖ-nün çevriliş cəhdi baş vermişdi, PETKİM-də FETÖ əməliyyatı keçirilmişdi və Vaqif Əliyev bu şirkətin İdarə Heyətinə sədr göndərilmişdi-red) Türkiyənin "nabizhaber.com” saytında yayımlanan məqalədə Vaqif Əliyevin Fətullah Gülənin SOCAR-dakı əsas adamlarından biri olduğu qeyd olunur. Bu şəxs fətullahçıların SOCAR-da yerləşməsində mühüm rol oynayıb. Vaqif Əliyevin adı SOCAR-da FETÖ-ya bağlı olan Xaliq Məmmədov, Süleyman Qasımov, Samir Kərimli kimi şəxslərlə eyni sırada çəkilir. Azərbaycanda FETÖ-çüların təmizlənməsi Elnur Aslanovun timsalında ciddi şəkildə aparılıb. Lakin nədən SOCAR kimi dövlətin strateji strukturundakı gülənçilərə toxunulmur? Vaqif Əliyev niyə PETKİM-ə sədr göndərildi? Bu suallar cavabsız qalır. Lakin sonuncu suala cavab olaraq onu deyə bilərik ki, Pensilvaniyada əyləşən Gülənin adamı Vaqif Əliyevin mətbuatda yazılan qazandığı milyonlar Azərbaycan sərvətindən qazandıqlarıdır. Amma tək "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Energy”- nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin AKP höküməti tərəfindən "terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim olunması da bu dairənin fəaliyyətini dəfələrlə kiçiltmiş olardı. ”Paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran "SOCAR” –a da öz adamlarını yerləşdirmək təkcə Samir Kərimlinin işi olmayıb. Əslində "paralel dövlət” "SOCAR”-da "Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq kimi missiyalarını uğurla həyata keçirmək olub. Bu missiyanın başında duran, hətta "SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxs isə şirkətin insan qaynaqları departamentinin (kadr idarəsi) rəhbəri İlqar Mehmetoğlu idi. Hal-hazırda bu adam Türkiyə hüquq-mühafizə orqanları tərəfindən məlum çevriliş hadısələrinə görə istintaq altında saxlanılır. SOCAR mənsubları kimin və hansı "kompromat"larından qorxur? Miq.az-a daxil olan qeyri-rəsmi informasiyalara görə SOCAR-da xeyli gərginlik yaşanır. Hətta mətbuatda haqqlarında səsləndirilən tutarlı faktlara belə gülənçilər indinin özündə də bu ifadələri işlədir: Kim nə yazır yazsın, it hürər, karvan keçər” misalının da bu gərginlikdən qaynaqlandığına şübhə etmirik. Amma Fətullah Gülənin ən aparıcı adamlarından birini arxayın və güvəncli bir şəkildə dediyi ”onsuz da yuxarılar məni hansı faktlar olur-olsun ata bilməzlər” deyimində hansı hədənin dayandığını isə anlamaq çətin olmadığı qədər asan da deyil! Şəxsən Türkiyə prezidenti Ərdoğanın nəzarəti altında olan istintaq altında yatan həmin şəxslərdən biri ola bilsin o, hansısa sirləri, daha doğrusu, hansısa qlobal "maxinasiyaları” bildiyi üçün belə danışır, hətta yuxarılara ciddi bir ultimatım da mesaj etməkdən cəkinmir. Əhəmiyyətini itirməyən dosyelər - Milyonlar... villalar... Miq.az-ın bəzi araşdırmalarının hələ yekunlaşmayan nəticələrinə görə,  bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olan şəxlər nə vaxtsa bütün kartları açacaqlar. Bu işlərin kimin tapşırığı və şirkətin hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi nə bu gün, nə də ən yaxın gələcəkdə əhəmiyyətini itirməyən dosyelərdir. Azərbaycan hakimiyyəti Türkiyə rəhbərliyinin istəyi ilə ölkədəki fətullahçı şəbəkəni zəiflətmək üçün bir sıra addımlar atıb, lakin bu təriqətin təsir imkanları hələ də qalır. Bildirilir ki, Türkiyədə böyük investisiyaları olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. Samir Kərimlinin 2013-cü ildə SOCAR-ın gizli maliyyəsi ilə bir qrup Konqres üzvünün Bakıya səfərini təşkil edən fətullahçı Kemal Öksüzlə yaxın təmaslarının olduğu da bildirilir. Xatırladaq ki, bu səfərlə bağlı qalmaqal hələ də davam edir və Nümayəndələr Palatasının spikeri Con Bonerin istefasının səbəblərindən biri də konqresmenlərin etika qaydalarını pozaraq bu səfəri kimin maliyyələşdirdiyi barədə məlumat verməməsi olmuşdu. Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var. "Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda "Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir. S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verib, bununla da "paralel dövlət”ə maddi dəstək təmin edib. Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var Türkiyə Hökumətinin məlumatına görə, Fətullah Gülənin nəzarətində 50 milyard dollardan çox pul var. O pulun neçə milyardının Azərbaycanda qəfil peyda olan və qəfil tenderlərin qalibləri hesabına formalaşmasını dəqiq bilməsək də, yəqin ki, bu sahədə apardığımız araşdırmalar bir nəticə ortalığa çıxaracaq. Odur ki, Gülən təriqətinin SOCAR-dakı ağır artileriyaları olan Vaqif Əliyev, Samir Kərimov və Xalid Məmmədov kimi mühüm vəzifə sahiblərinin Gülən bağlantıları haqqında araşdırmalarımız davam edəcək (Miq.az).

10 Fevral 2017 13:42

Vidadi Zeynalovla Beytulla Hüseynov yenə sabiq naziri hədəfə gətirdi –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov nazirlik tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülən mülki iddiadan imtina edildiyini bildirib. Onun sözlərinə görə, təqsirləndirilən Emin Məmmədovun rəhbəri olduğu "Rabitə Mülki Tikinti” MMC və təqsirləndirilən Bayram Vəliyevin rəhbəri olduğu "Təmir Təchizat Servis"in vergi borcları yoxdur. Sonra prosesdə şahidlər ifadə verib. Həsən Orucov bildirib ki, 2004-cü ildən Ağstafa filialında rəis işləyib. O istintaqa verdiyi ifadəsini təsdiq edib. Vaqif Hacıyev isə deyib ki, tikinti şirkətinin rəhbəri olub. Onun sözlərinə görə, tenderlərdə qalib gəldikdən sonra ayrılan vəsaiti təqsirləndirilən Oktay Rüstəmova verib. O. Rüstəmov isə ondan pul almadığını deyib:"İndi şahid burada danışır, mən ad çəkmək istəmirəm. Bu şahidi 2007-ci ildən tanıyıram. Pulu kimə verib. Qoy desin". Təqsirləndirilən Vidadi Zeynalov isə deyib ki, şahid Vaqif Hacıyev nazirin göstərişi ilə tenderlerdə iştirak edib. Sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olub ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən prosesə gələ bilmirlər. Vidadi Zeynalov deyib ki, prosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır: "İttiham aktında çox qüsurlar var, həmin qüsurlu məsələləri araşdırmaq gərəkdir". Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib. Vidadi Zeynalov deyib ki, işdə olan maliyyə məsələləri araşdırılandan sonra ifadə verəcək. Hakim bildirib ki, V. Zeynalov məhkəmədə ifadə verməkdən imtina etsə, onun ifadəsi elan oluna bilər. Daha sonra Beytulla Hüseynova yeni vəkil təyin olunduğu elan olunub. B. Hüseynov vəkilinin suallarını cavablandıraraq, bildirib ki, işlərin görülməsi üçün nazirin razılığı olub. Digər təqsirləndirilən Bayram Vəliyev bildirib ki, tenderlərdə iştirak etmək üçün rəsmi icazəsi olub. O qeyd edib ki, nəzərdə tutulan işlərin hamısı görülüb. Beytulla Hüseynovun vəkili təqsirləndirilən Bayram Vəliyevə görülən işlərdə qiymətlərin şişirdilməsi ilə bağlı suallar verib. Bayram Vəliyev qiymətlərin şişirdilməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Sonra şahid qismində Nürəddin Kərimov ifadə verərək deyib ki, Samux telefon qovşağının rəisi vəzifəsində çalışır. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. Proses fevralın 15-də davam etdiriləcək(APA). Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

8 Fevral 2017 13:16