Yenə intihar bu dəfə 18 yaşlı…

2d5fa741-87eb-4c5b-a943-051d808682c7_292

12 Yanvar 2017 14:26

Xəbər 33 dəfə oxunub

Neftçalada 18 yaşlı oğlan intihar edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün Neftçala rayonunun Aşağı Surra kəndində qeydə alınıb.

Belə ki, qoyun otarmağa gedən 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu özünü ağacdan asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.