Yeni il depressiyası kimləri və niyə yaxalayır – psixoloq rəyi

img2286138

3 Yanvar 2017 19:46

Xəbər 37 dəfə oxunub

Orxan Fərəcli: “Bu hal öncədən depressiyaya düşmüş şəxslərdə daha çox müşahidə olunur”

Yeni ilin gəlişi ilə yan-yörənizdəki insanların deyinməsi, şikayətlənməsi də artıbmı? Biri daha bir yaş qocalmasından, digəri qayğıların artmasından, bir başqası illərin bir-birindən mənasız keçməsindən şikayətlənirmi? Sanki təqvimdəki yeni il insanları öz qayğıları barədə daha çox düşünməyə, düşündükcə dibsiz bir quyuya baş vurmağa sövq edir. İllərin mühasibatını edirlər, yaşadıqları pis olaylara görə təəssüflənir, özlərini danlayır və… depressiyaya düşürlər.
Bəzən yeni başlanğıclar üçün yanvar ayının ilk günlərində ruh yüksəkliyi ilə planlar quran, xəyallar, arzular, hədəflər müəyyənləşdirən insanlar da olur. Yəqin ki, o hesabatla tanışsız. Yanvar ayında dil kurslarına və idman zallarına müraciət edənlərin sayı pik həddə çatır. Çünki insanlar arıqlamaq və xarici dil öyrənməyi özlərinin ən önəmli hədəflərindən sayırlar. Bununla belə, depressiyaya düşənlər də azlıq təşkil etmir.
Psixoloq Orxan Fərəcli musavat.com-a açıqlamasında bildirdi ki, bu dönəmdə yaşana biləcək tək emosianal vəziyyət depresiyyadir. Çünki istənilərn dəyişiklik zamanı depressiyanın olması qaçılmazdır: “Elə vəziyyətlərdə bizim daha çox gördüyümüz depressiyalar olur. Bu halsa daha öncə depressiya keçirmiş şəxslərdə xüsusən müşahidə olunan haldır. Bu, təkcə yeni il bayramının girməsi ilə bağlı deyil. Biz buna rol keçidi də deyirik. Tutaq ki, universiteti bitirib, iş həyatına qədəm qoyub. Və ya subay idi, evlənib. Bir statusdan digərinə keçid olanda və ya rol dəyişimi baş verəndə bu kimi hallar müşahidə olunur. O dövrü keçirə bilməyən adamlarda depressiyanın olması mümkündür”.
Müsahibimiz ölkədəki bahalıq, sosial böhranın da bu kimi hallara güclü təsir etdiyini dedi. Onun sözlərinə görə, böhran, gəlirlərin aşağı düşməsi, borclanmanın olması sosial depressiyanın şərtlərindəndir: “Bu, yeni depressiya yaratmasa da, köhnə depressiyaları daha da dərinləşdirə bilər. Yaxud yeni xəstəliklər və depressiv əlamətlər yarada bilər”.

Ziya Bünyadovun aşkar etdiyi qədim mənbədə milli mənşəyimiz haqqında nə deyilir?

115370

Dilimiz və mənşəyimiz haqqındakı mübahisələrə bu günə qədər nöqtə qoyulmayıb. Milliyyətcə biz kimik - türk, yoxsa azərbaycanlı? Dilimiz türk dilidir, yoxsa Azərbaycan dili? Bu iki mövqe, iki fikir tərzi, iki dünya baxışı arasındakı  barışmaz ziddiyyətlər artıq söz və mübahisə səviyyəsindən çıxıb iki ideoloji cəbhə  təşkil etməkdədir. Bu məsələlərə aydınlıq gətirmək üçün ən müxtəlif sahələrə  qədər baş vurulur. Antropoloji, etnoqrafik, tarixi və linqvistik araşdırmalar  aparılır, arqumentlər əsaslandırılır, lakin yenə də kütləvi-ideoloji təbliğat  əhatəsində ciddi bir nəticə əldə edilmir. Mənşəyəmizin və  dilimizin türk adlanması təkzibedilməz örnəklərlə bu mətnlərdə təsdiq  olunur. Əsrləri dolaşdıqca “azərbaycanlı” adına rast gəlmək mümkün olmadığı halda, türk  adına rast gəlmək adi hala çevrilib. Bəlkə elə məsələnin həlli də buradadır? Bizim  bir millət kimi var olmağımızı istəməyənlər və yanlışlıqla onlara dəstək verənlər  bəlkə elə türk adından buna görə imtina edirlər. Axı “azərbaycanlı” adı mətnlərdə  tapılmadıqca bizim də bir millət olaraq tariximizin olmaması, son illərdə  formalaşan bir toplum kimi meydana gəldiyimiz əsaslandırıla bilər. Türk dili ilə  qədim dövlətçilik ənənəsi olan mədəni-ictimai və siyasi bir toplum üzə  çıxırsa, azərbaycanlı adı ilə tarixi çox da uzağa getməyən müəyyən məhdud əhali anlaşıla  bilər. Təbiidir ki, bu bizə yox, bizi sevməyənlərə lazımdır. Görkəmli şərqşünas alim Z.Bünyadov  “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental tarixi əsərində tariximizi  müasirləşdirmək  cəhdinin fitnəkar məqsədlərdən törədiyini bildiyi üçün bunun  qarşısını almağa  çalışmışdır: “Azərbaycan əhalisinin türkləşməsi məsələsi illər  boyu davam etmiş, bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir  və bu məsələ indiyidək həll edilməmişdir. Bəzi tədqiqaçıların etdiyi  kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri  Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki  onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz  yumulur” Müəllif fikirlərinin doğruluğunu əsaslandırmaq üçün VII əsrdə bu mülahizəni təsdiq edən məxəzi diqqətə çatdırır: “Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarixə  bələd olan Yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə  deməkdir?” Abid cavab verir: “Azərbaycan-qədimdən  türklərin  yaşadığı  ölkədir”. Qeyd edək ki, görkəmli alim bu fikirləri və digər mülahizələri ciddi tarixi qaynaqlarla əsaslandırır.  ATİF İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru

8 Fevral 2017 14:07