Yetkinlik yaşına çatmayanların Müvəqqəti Təcridetmə Məntəqəsində tüstülənmə olub – YENİLƏNİB

yanginsondurme-1

4 Yanvar 2017 19:29

Xəbər 6 dəfə oxunub

Yetkinlik yaşına çatmayanların Müvəqqəti Təcridetmə Məntəqəsində tüstülənmə olub

Bu bün Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 1440 m² olan ikimərtəbəli inzibati binanın zirzəmisində 6 m² olan otağın yanar konstruksiyaları və 6 p.m kommunikasiya xətləri yanıb.

 

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yangından mühafizə olunub. Yanğın saat 17.30-da yanğınsöndürənlər tərəfindən söndürülüb

 

 

19.03

 

 

Bu gün Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanların Müvəqqəti Təcridetmə Məntəqəsinin zirzəmisində elektrik xətlərində qısaqapanma olub.

 

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, zirzəmidə tüstülənmə baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.