“Yox” cavabı alsa da, hələ də onunla görüşür – foto

106047_k200kmoo7e

6 Yanvar 2017 02:06

Xəbər 22 dəfə oxunub

“One direction” qrupunun keçmiş üzvü, müğənni Zeyn Malik rədd cavabı alan sevgilisi Gigi Hadidi ilə birlikdədir.

Faktinfo.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı ifaçı bu yaxınlarda 21 yaşlı modelə evlilik təklifi edib.

Lakin Gigi Malikin təklifinə “yox” deyərək, onu tələsməməyə çağırıb. Bundan əsəbləşməyən Zeyn belə bir açıqlama verib:

“Yəqin Hadid hələ evliliyə hazır deyil. Onun cəmi 21 yaşı var. Həm də o, balaca olanda valideynləri ayrılıb. Bu hadisə Gigiyə pis təsir edib. O da belə bir səhvə yol vermək istəmir. Amma biz bir-birmizi sevirik”.

Zeyn Hadid ilə birgə olduğunu və ondan incimədiyini sübut etmək üçün İnstaqram səhifəsində sevgilisi ilə birgə olan fotosunu da paylaşıb.

Toydan çıxan tanınmış müğənnilərin qazandığı pullar əllərindən alınıb – Bakıda ŞOK

1484286046_0001

Hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb. Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13 Yanvar 2017 10:57

Flora Kərimovadan Zeynəb Xanlarovaya: “Onun üçün Nisə Qasımova deyiləm”

112027

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. Bu barədə  xalq artisti özü məlumat verib. Flora Kərimovanın sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu. Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”. Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. (musavat.com)

11 Yanvar 2017 17:18