10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub 

2 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Virtual sərgidə “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 Beynəlxalq Konfransı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu ekoloji  siyasət, yaşıl iqtisadiyyat, yaşıl inkişaf, ekologiya və davamlı inkişaf, ekologiyanın qorunması və müasir problemləri və s. haqqında Azərbaycan və xarici dillərdə məqalələr və ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yasil_dunya_namine/index.htm  linkindən istifadə edə bilərlər.

Faktinfo.az

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər