100 litr süddən 3,6 kq yağ çıxır: Bəs ucuz satılanlar nədir?

100 litr süddən 3,6 kq yağ çıxır: Bəs ucuz satılanlar nədir? 

Son illər kərə yağı adı ilə vətəndaşlara mənşəyi məlum olmayan yağlar satılır.

Belə ki, kərə yağı kimi alıcılara satılan yağların tərkibində marqarin və spredlər olur. Bu yağların nəinki faydalı xüsusiyyəti yoxdur, hətta orqanizmin metabolizmini pozmaqdan başlayaraq, bir sıra ağır xəstəliklərə səbəb olur.

Ekspertlərin sözlərinə görə, 1 kq xalis kərə yağının alınması üçün 20 kiloqramdan artıq süd sərf olunur. Bu qədər xammal istifadə edilən yağın aşağı qiymətə satılması şübhə doğurmalıdır.

Məsələn, kərə yağı istehsal edən şirkət 27 litr süddən 1 kq yağ aldığını deyir. Bunun müqabilində kərə yağının 1 kiloqramının qiyməti 13-15 manat ətrafında olub. Südün satış qiymətinin 1 manat civarında olduğunu nəzərə alsaq, bu qiymət şübhəli görünür.

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, südün tərkibində yağlılıq adətən 3.6 % dir:

"100 litr süddən 3,6 kilo yağ alınır. Bəzən isə ola bilər ki, südün tərkibində yağlılığı bir qədər çox olsun. Məsələn, cins inəklərdə 4, 5 % yağlılıq olur, bu inəklərin də sayı ölkəmizdə çox deyil. Ən çox yağ camış südündən alınır.

Düzdür, yağ istehsal edən zavodlar südün qiymətini 1 manatdan aşağı alırlar. İstənilən halda südün qiyməti 1 manat olanda xalis kərə yağının qiyməti 15-20 manata olmalıdır. Lakin görünən odur ki, südün maya dəyəri daha ucuzdur deyə kərə yağını aşağı qiymətə təklif edirlər”.

Ekspert qeyd edib ki, marketlərdə ucuz qiymətə satılan yağlar kərə yağı deyil:

“Mən marketlərdə şahidi olmuşam. 3 manat 6 qəpiyə “kərə yağı” satılır. Soruşmuşam ki, nə yaxşı bu qiymətə? Dükan sahibi mənə cavab deyə bilməyib.

Lakin mən cavabını yaxşı bilirəm ki, həmin yağların tərkibində marqarin, spredlər və palma yagının qatqılarından istifadə edilir. O da insan sağlamlığına çox ziyandır. Həm də bu yağlardan mütamadi istifadə edənlər tez kökəlirlər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər