14 əvəzinə 17 mərtəbə tikdilər, 280-dən çox insanı aldatdılar -

14 əvəzinə 17 mərtəbə tikdilər, 280-dən çox insanı aldatdılar - İLGİNC FAKTLAR

Məşhur tikinti şirkəti "İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.


Qaynarinfo.az-ın  məlumatına görə, təqsirləndirilən şəxs qismində "İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunurlar.

14 əvəzinə 17 mərtəbə tikdilər, 280-dən çox insanı aldatdılar

Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldadaraq, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər.

Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.

Qeyd edək ki, "İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.

Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər