"15 min Təhsil Nazirliyində Eşqi Bağırova çatacaq..." — Müəllimdən rüşvət alan direktorun qohumu

"15 min Təhsil Nazirliyində Eşqi Bağırova çatacaq..." — Müəllimdən rüşvət alan direktorun qohumu 

Bakıda Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) yüksək vəzifəli şəxsinin də adı hallanan cinayət işi ilə bağlı qərar verilib.

Qaynarinfo.az-ın  məlumatına görə, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu olan Rəfael adlı şəxs 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alıb. 


Rəhman Hacıyev


Könül məhkəmədə bildirib ki, Lənkəran şəhəri, Nərmanabad qəsəbəsində yerləşən orta məktəbdə 13 il müəllim işləyib. 2020-ci ildə yenidən müəllimlik imtanına qatılıb və 51 bal toplayıb. Həmin vaxt ölkədə müharibə şaraiti olduğundan və internet olmadığından o, Bakıda işlə bağlı müvafiq sənədləşməni vaxtında apara və işə qəbul ola bilməyib 


Rəfael onun işə düzəlməsi üçün yaşadığı mənzilə gedib. O, Könülə Rəhman müəllimin ondan 15000 manat pul alacağını və həmin vəsaiti Təhsil Nazirliyində Kadrlar şöbəsinin müdürü (hazırda - İnsan resursları şöbəsinin müdiri) Eşqi Bağırova verəcəyini deyib. Bildirib ki, Könülü 2021-ci ilin fevral ayının 2-nə qədər işlə təmin edəcəklər. Bu məqsədlə Könül həyat yoldaşı və təqsirləndirilən şəxs Rəfaella birlikdə direktor Rəhman Hacıyevlə məktəbdə görüşüblər.



Eşqin Bağırov


15 il 34 №-li tam orta məktəbin direktoru işləmiş tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev məhkəmədən təqsirləndirilən şəxsin bibisi Ceyranın nəvəsi olduğunu və zərərçəkmiş şəxslə də görüşdüyünü təsdiqləyib. 


Məhkəmənin qərarı ilə Rəfael Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanıb. 



Rəhman Hacıyev


Qeyd edək ki, sözügedən hadisəyə görə elm və təhsil naziri Emin Əmrullayev ötən ilin noyabr ayında Rəhman Hacıyevi 34 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi