
1800 metr hündürlükdə futbol oynadılar - VİDEO
Rusiyalı ekstremal idmançı Sergey Boytsov yenidən sosial medianın gündəminə çevrilib.
O və komanda üzvləri isti hava şarının altına bərkidilmiş 5×3 metrlik mini süni örtüklü platformada, 1.800 metr hündürlükdə futbol oynayaraq qeyri-adi görüntülər nümayiş etdiriblər.
Boytsovun "X" hesabından paylaşdığı 18 saniyelik video qısa zamanda viral olaraq yarım milyondan çox baxış toplayıb.
30 yaşlı idmançı sosial media hesabında “Yeni dünya rekordu qırdıq – 1800 metrdə isti hava şarı altında oynanılan ilk futbol matçı” sözlərini yazıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın