20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki...

20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki... – Yeni qayda

"Bu qərar yeni deyil, uzun müddətdir var".

Bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bəzi bankların 20000 manata qədər qoyulan depozitlərə görə pulun mənbəyi ilə bağlı tələbini şərh edərkən deyib. Əkrəm Həsənov bildirib ki, 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna görə 20000-dən çox nağd pulu banka gətirən, notariusa aparan şəxsdən mütləq pulun mənbəyi soruşulmalıdır:

 

“Ola bilər ki, bu pul, qanunsuz yolla əldə olunub. Vətəndaş isə buna cavab verməli, pulun haradan gəldiyini deməlidir”, deyə Əkrəm Həsənov bildirib.

 

Ekspert qeyd edib ki, indiyə qədər bu qanun tətbiq edilmirdi: “Bu qanunun tətbiqinin nə onda, nə indi əhəmiyyəti yoxdur. İndi göstərmək istəyirlər ki, maliyyə monitorinqi xidməti var və onlar da çirkli pulların yuyulmasına qarşı mübarizə aparır. Bundan əlavə beynəlxalq təşkilatlar da Azərbaycandan bunu tələb edirlər. Buna görə də formal olaraq bununla bağlı hesabat istəyirlər. Vətəndaş pul dəyişir soruşurlar, banka gəlir soruşurlar, ev alır notarius soruşur. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki vətəndaş istədiyi cavab verə bilər. Məsələn, deyə bilər babamdan qalıb. Bank və notarius isə hansısa yolla bunun babasından necə qalmasını, necə bağışlanmasını müəyyən edə bilməz. Vətəndaş ona 10 il, 20 il bundan əvvəl bu bağışlanan əmlakı, pulu sübut etməyə borclu deyil".

 

"Avropa və Qərb dövlətlərində bununla bağlı qərarlar necə tənzimlənir” sualına cavab olaraq ekspert bildirib ki, həmin dövlətlərdə gəlir bəyannaməsi ilə bağlı qanun var. Bütün məsələlər bu qanuna görə tənzimlənir:

 

“Bu qanuna görə hamı hər il gəlirini bəyan etməlidir. Ona görə də Avropa və Qərb ölkələrində vətəndaşdan bank soruşanda o deyə bilməz ki, babamdan, nənəmdən qalıb. Çünki onlar həmin şəxsin gəlir bəyannaməsinə baxacaq. Bu bəyannamə isə hər şeyi müəyyənləşdirir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər