2021-ci ildə yenidən seçkilər keçiriləcək? - Milli Məclisdə boş qalan yerlər...

2021-ci ildə yenidən seçkilər keçiriləcək? - Milli Məclisdə boş qalan yerlər... 

2021-ci ildə Milli Məclisdə boş qalan yerlərə yenidən seçkilər keçirilə bilər.

Bunu Qaynarinfo.az-a açıqlamasında ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı layihədə "seçkilərin keçirilməsi və statistika tədbirləri" haqqında bölümdə 19 631 038 manat vəsait nəzərdə tutulub:

"Amma hansı seçkilərin keçiriləcəyi ilə bağlı hər hansı məlumat verilməyib. Böyük ehtimalla parlamentdə boş qalan 4 dairə üzrə yenidən seçkilərin keçiriləməsi gözlənilir. Bundan əlavə dünyasını dəyişənlər deputatlar da var ki, onların yeri boş qalıb".

Rəşad Həsənov qeyd edib ki, əvvəllər 2021-ci ildə yenidən Milli Məclisə seçkilərinin keçiriləcəyi deyilirdi:

"Belə bir ehtimal vardı, amma mən buna inanmıram. Çünki parlament seçkiləri yenidən o vaxt keçirilə bilərdi ki, Azərbaycan liberallaşıb demokratikləşərdi. Bu halda yeni parlament seçkilərinin keçirilməsinə ehtiyac qalmayacaq".

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər