"2024-cü il Rusiya üçün son fürsətdir" – "Rusiyanın tankları tükənir"
Ukraynada müharibə davam etdikcə, Rusiyanın silah ehtiyatları da təbii olaraq azalır və yeni istehsalın həcmi itkilərin yerini tam doldurmağa imkan vermir.
AzPolitika.info xəbər verir ki, "Forbes" nəşri Rusiyanın tank ehtiyatlarının növbəti ilə qədər tükənəcəyini yazıb.
Nəşr yazır ki, Rusiyanın tankları və zirehli hərbi maşınları yalnız 2025-ci ilin ortalarına qədər savaşmağa yetəcək: “2024-cü il Rusiya üçün Ukraynada əhəmiyyətli hərbi uğurlar əldə etmək baxımından son fürsətdir. Ukrayna öz problemlərini həll etmək üçün fəal işləyir və 2025-ci ilə qədər əhəmiyyətli irəliləyiş gözlənilir. Səfərbərlik qanununun qəbulundan sonra 2024-cü ilin sonuna qədər bütün cəbhələrdə vəziyyət Ukrayna üçün yaxşılaşacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın