"37 yaşlı oğlanlar şəhərdən gəlib qızlarımızı qoyun kimi alıb aparırlar" -

"37 yaşlı oğlanlar şəhərdən gəlib qızlarımızı qoyun kimi alıb aparırlar" - FOTO

Azərbaycanda müəllimlərdən biri qızların təhsilə yox, ailə qurmağa meyl etməsinə görə gileylənib.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə paylaşım edib. O bildirib ki, bu barədə xanım müəllimlərdən biri ona ismarış yazıb:

"Bir xanımın mənə yazdığı: Kəmalə xanım, siz 16 yaşında qıza uşaq deyirsiniz. 16 yaşlı qızlarla danışın görün onlar özlərinə uşaq deyirlərmi? Mən də müəlliməyəm, kənd məktəblərində dərs deyirəm. Bilirsinizmi burada çox insanın psixologiyası necə formalaşır? Qızlar ərə gedəcək, oğlanlar çobanlıq edəcək. Bir müəllimə kimi qızların, oğlanların halına çox yandım, dəfələrlə qızlarla bu barədə danışdım. Soruşdum ki, niyə belə tez ailə qurmağa çalışırsınız, valideyniniz sizi buna məcbur edir? Dedilər, müəllim, qonşunun qızı ailə quranda biz artıq pis oluruq ki, hələ bizə elçi gələn yoxdur. Dedim bu kənddə axı nə var, gedin, oxuyun, öz ayaqlarınızın üzərində dayanın, oxumuş oğlanlarla da ailə qurun. Bilirsinizmi mənə nə dedilər? "Siz oxuyub müəllimə olmusunuz, indi guya nə qazanmısınız? Mənim anamın qızılları sizin qızıllardan bəlkə də çoxdur, atamın qoyunlarının hesabına nə istəsək, ala bilərik". Eh, yazmaqla bitməz. Kənddə barmaqla sayılacaq qədər oxuyan, təhsil alan şagirdlərimiz var. 37 yaşlı oğlanlar da şəhərdən gəlib kənddən qoyun aparan kimi qızlarımızı aparırlar. Bunu danışmaqla həll edə bilməyəcəyik, özünüzü yormayın", - deyə müəllim əlavə edib.

"37 yaşlı oğlanlar şəhərdən gəlib qızlarımızı qoyun kimi alıb aparırlar" -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi