66 saylı seçki dairəsi üzrə deputatlığa namizəd mədəniyyət sahəsində çalışan işçilər və qadın seçicilərlə görüş keçirib - FOTOLAR
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 66 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin YAP Saatlı rayon təşkilatının qərargahında mədəniyyət sahəsində çalışan işçilər və qadın seçicilərlə görüşləri keçirilib.
Deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir.O, qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini təmin etmək üçün seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.
Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır. Onlar Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli-layiqli töhfələr verdiyini bildiriblər, daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın