"74 yaşlı Eldar Quliyev nə etmək istədiyini heç özü də bilmir,Maştağanın böyük hissəsini də alıb" -Deputatlığa namizəd
“Maştağa qəsəbəsinin 24 illik problemi…
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində sakinlər içməli suya möhtac qalıblar. Düşünün ki, XXI əsrdə Bakının əsas kəndlərindən birində su yoxdur. İllərdir Maştağa ərazisinə vəkillik etmiş şəxsə müraciətlər edilsə də, heç bir reaksiya olmayıb. Vətəndaş seçmədiyi deputatın üzünü illərdir görmür”.
Pravda.az-ın xəbərinə görə, bunu bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.
“Maştağanın böyük hissəsi Eldar Quliyev tərəfindən alınıb. Maştağada olan kafelər, restoranlar, çayxanalar, ət dükanları və s obyektlərin tək sahibi Eldar Quliyevdir. Sosial sorğular da onu göstərir ki, sakinlər Eldar Quliyevi qəti şəkildə istəmirlər. Gələn il 74 yaşına olacaq Quliyevin nə etmək istədiyini heç özü də bilmir…” – o, qeyd edib.
Bu xəbər üçün şərh yazın