Abel Məhərrəmov səssiz qalmazdı...
Deyirlər təhsil millətin gələcəyidir. Gələcəyimiz isə gəncliyimiz üzərində qurulub. Elə isə bu gün biz gəncliyimizə elə təhsil verməliyik ki, onlar həqiqətən də bizim gələcəyimiz ola bilsin.Gələcəyinə böyük ümidlər bəslədiyimiz Aytən Şirinova necə, görəsən o da öz gələcəyinə ümid bəsləyirmi?
Faktinfo.az bildirir ki, Zərdab rayonu Yarməmmədbağı kənd orta məktəbinin şagirdi Şirinova Aytən III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 662 bal toplayaraq arzularının müəyyən hissəsini reallaşdırmış oldu. Lakin onun Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq kimi ən böyük arzusu maddi çətinliklər səbəbindən sual doğurdu və bu mövzu sosial şəbəkələrdə eninə-uzununa “dartışıldı”. Bu günün özündə də bu məsələ səngimir,sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilir.
Bir neçə gün əvvəl maddi çətinlik səbəbindən savadlı bir abituriyenti itirmək istəməyən bir neçə ali məktəb o cümlədən ,Qərb Universiteti Aytənə müraciət edərək onun bütün xərclərini qarşılayacaqlarını elan etdi və ali məktəbin ona açıq olduğunu bəyan etdi. Lakin Aytənin BDU-ya sevgisi o qədər güclü oldu ki, o bütün təkliflərə minnətdarlıq hissi ilə yox dedi və uşaqlıq arzusunun ixtisasından imtina etmədi, BDU-nun hüquq fakultəsini heç bir ixtisasa dəyişməyəcəyini təkrar bəyan etdi. Əslində, ona haqq qazandırmaq lazımdır, çünki bu birinci halda onun hüququdur ki,o lazım olan balı toplayıb.Digər tərəfdən isə belə anlaşılır ki,söhbət yalnız ali məktəbdə oxumaq deyil, istədiyi ixtisas üzrə təhsil almaqdan gedir.
Aytənin bu istəyinə çox yerlərdən cavab gəlsə də nədənsə BDU rəhbərliyi bu məsələyə səssiz qaldı. Biz isə özümüzü inandırmaq istəyirik ki, 20 ilə yaxın BDU-nun rektoru vəzifəsini tutan, səltənəti dillər əzbəri olan Abel Məhərrəmov saytların yazdığı,sosial şəbəkələrin “dartışdığı”,müxtəlif şəxslərin münasibət bildirdiyi bu məsələdən xəbərsiz idi.
Yoxsa inanın ,söhbət onun rəhbəri olduğu BDU-dan ,bu universitetin reytinqinin Aytənin timsalında göylərə qaldırılmasından və haqqı çatan bir abuturiyentin istəyindən gedirdisə Abel Məhərrəmov hamıdan əvvəl səsini ucaldar,BDU-nun daxili imkanları hesabına və ya öz hesabına Aytən Sirinovanın rektor üçün “qəpik-qruş” hesab olunan illik xərclərinin ödənilməsinə üstü örtülü ,ya da ki, açıq şəkildə səssiz qalmazdı.
İnanın,İnanın…
Faktinfo.az
Bu xəbər üçün şərh yazın