ABŞ-dan inanılmaz: İvanişvili ilə "əl sıxmağa çalışan" hər kəsə...

ABŞ-dan inanılmaz: İvanişvili ilə "əl sıxmağa çalışan" hər kəsə... 

ABŞ Gürcüstan hakimiyyəti ilə bütün əlaqələri dayandırır.

Bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

Onun sözlərinə görə, buna işarə edən iki çox vacib məlumat var:

1. 27 dekabrda ABŞ Maliyyə Nazirliyi Bidzina İvanişviliyə qarşı Baydenin 14024 nömrəli fərmanına əsasən maliyyə sanksiyaları tətbiq etdi.

Baydenin 14024 nömrəli fərmanı "Rusiya hökumətinin zərərli xarici siyasətilə əlaqədar mülklər və aktivlərin dondurulması"nı nəzərdə tutur. 14024 nömrəli fərmana əsaslanan sanksiyalar Maqnitski Aktına əsaslanan sanksiyalardan daha güclüdür. Birinciyə əsaslanan sanksiyalar fərdin ABŞ-da aktivlərinin dondurulmasını, ABŞ-a giriş qadağasını nəzərdə tutmaqla yanaşı, həmin fərdlə işbirliyi olan hər kəsə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur (Maqnitski Aktına əsaslanan sanksiyalardan fərqli olaraq).

Başqa sözlərlə, ABŞ İvanişvilini dünyanın "qara siyahısına" salıb və bu, onunla “əl sıxan və ya əl sıxmağa çalışan” hər kəsə təsir edəcək. ABŞ bu qərarla İvanişvili və onun rəhbərlik etdiyi partiyanı faktiki olaraq toksik maddəyə çevirdi.

2. Gələn həftə ABŞ Konqresinə ABŞ-ın Salome Zurabişvilini Gürcüstanın yeganə legitim prezidenti kimi tanınmasını nəzərdə tutan qanun layihəsi təqdim olunacaq.

Bu 2 hadisə Avropanın da Gürcüstan hakimiyyətilə bütün əlaqələri dayandırmağına təkan verəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər