ABŞ-ın Maliyyə Naziri: Neft 40 dollara düşəcək

ABŞ-ın Maliyyə Naziri: Neft 40 dollara düşəcək 

ABŞ-ın Maliyyə Naziri Skott Bessent bildirib ki, İranla gərginlik azaldıqdan sonra neft qiymətləri düşəcək və 40 dollara qədər enə bilər.

FED.az xəbər verir ki, Bessent bildirib ki, İranla gərginliyin sona çatması faiz dərəcələrinin aşağı düşməsinə və ümumi inflyasiyanın azalmasına da səbəb olacaq: "İranla olan bu gərginliyi aradan qaldıracağıq və neft qiymətlərinin düşəcəyini gözləyirəm. Bu prosesdən sonra neft bazarında əhəmiyyətli bir profisit yaranacaq. Bazara daxil olan çoxlu sayda yeni təklif səbəbindən xam neftin qiymətlərinin 50 dollara, hətta bəlkə də 40 dollara düşəcəyini görə bilərik".

Xatırladaq ki, hazırda neftin qiyməti 95 dollar ətrafındadır.

ABŞ-ın Maliyyə Naziri olaraq Skott Bessent neftin ucuzlaşmasını səbirsizliklə gözləyir.

Məsələ bundadır ki, neftin baha olması və yaranan inflyasiya səbəbindən ABŞ iqtisadiyyatı ilə bağlı qeyri müəyyənlik yaradır. Enerji qiymətlərindəki son artımlar inflyasiya narahatlıqlarını artırıb və bu da dünya miqyasında etalon istiqraz gəlirliliyinin artmasına səbəb olub. ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi bu həftə 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Nəticədə hazırda ABŞ hökumti istiqrazların sahiblərinə yüksək faizlər ödəyir. İndi isə nazir bildirib ki, İranla gərginlik bitdikdə neftin qiymətləri kəskin şəkildə 40 dollara düşəcək və bu da son illərdə ən yüksək səviyyəyə çatan istiqraz xərclərini aşağı salacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi