ABŞ İranla bağlı 20 şirkət və 19 gəmini qara siyahıya saldı

ABŞ İranla bağlı 20 şirkət və 19 gəmini qara siyahıya saldı 

ABŞ İranla bağlantısı olduğu ehtimal edilən 20 şirkət və 19 gəmini sanksiya siyahısına salıb.Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Böyük Britaniyanın Vircin adaları, Vyetnam, Honkonq, Kayman adaları, Çin, Liberiya, Marşal adaları, BƏƏ və Panamada qeydiyyatdan keçmiş bəzi hüquqi şəxslər də daxil edilib.

Qeyd edək ki, aprelin 21-də də ABŞ İrana qarşı sanksiyalar tətbiq edib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi