
ABŞ nə vaxt desə, o vaxt imzalayacağıq - Yermak
Ukraynada mineral ehtiyatlar üzrə ikitərəfli saziş ABŞ-ın əlverişli hesab etdiyi vaxt imzalanacaq.
Bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ciddədə Amerika nümayəndə heyəti ilə danışıqlardan sonra deyib.
"Amerika tərəfi, bizim tərəfdaşlarımız bunun özləri üçün əlverişli olduğuna qərar verdikdə, bu müqavilə imzalanacaq", - o bildirib.
Yermak qeyd edib ki, Ukrayna tərəfində bunun üçün hər şey hazırdır və hətta sənədi imzalamalı olan şəxslər də müəyyənləşib.
Qeyd edək ki, ABŞ və Ukrayna arasında məhsuldar görüş ötən gün Ciddədə baş tutub. Görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edilib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın