ABŞ qarşıdakı iki ildə neft hasilatını 11% artıracaq
ABŞ-da 2019-cu ildə neft hasilatı orta hesabla gündəlik 12,1 milyon barelə qədər artacaq, 2020-ci ildə isə bu həcm 13 milyona çatacaq.
“Report” xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyinin (EIA) proqnozundan görmək olar.
Proqnozda qeyd olunub ki, bu, yalnız neftin qiymətinin qısamüddətli aşağı düşməsinə gətirib çıxaracaq.
Bu il neftin orta dəyəri 2018-ci illə müqayisədə 14% azalaraq “Brent” markalı neft üçün 61 dollar/barel olacaq, lakin gələn il bu rəqəm 65 dollara qədər artacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın