ABŞ Türkiyəyə görə bu kəməri dəstəkləmədi – Afina təşvişdə
ABŞ Dövlət Departamenti Şərqi Aralıq qaz boru xətti layihəsi olan “Eastmed”i dəstəkləmir. Rəsmi Vaşinqton məsələ ilə bağlı Afinaya məktub göndərib.
Bunu yunan jurnalist Theofrastos Andreopoulos iddia edib.
O bildirib ki, Afinanın Ankaraya qarşı siyasi vasitə kimi istifadə etdiyi layihənin gələcəyi ABŞ-ın rəddi ilə qaranlığa qərq olur:
“Vaşinqton bununla Ankaranın Şərqi Aralıqdakı mövqeyini qəbul edir. ABŞ tərəfindən Yunanıstana göndərilən məktubdan həm Təl Əvivə, həm də Ankaraya göndərilib. Bir sözlə kəmərin ləğvi Türkiyənin tam olaraq istədiyini əldə etməsi anlamına gəlir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin Şərqi Aralıqdakı həmlələrinə qarşı olaraq İsrail, Yunanıstan və Kipr “Eastmed” anlaşmasını imzalamışdılar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın