ABŞ xəbərdarlıq etdi,Rumıniyada prezident seçkilərinin nəticələri LƏĞV EDİLDİ

ABŞ xəbərdarlıq etdi,Rumıniyada prezident seçkilərinin nəticələri LƏĞV EDİLDİ 

Rumıniyanın Konstitusiya Məhkəməsi ABŞ Dövlət Departamentinin etdiyi xəbərdarlıqdan sonra prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.

Beynəlxalq KİV-lərin yaydığı məlumatlara görə, bu qərar seçkilərdəki lider namizədin rusiyayönlü mövqeyi ilə bağlı mübahisələr fonunda qəbul edilib.

Qeyd edək ki, prezident seçkilərinin birinci turunda 22,94% səs toplayan rusiyayönlü namizəd Kelin Corcesku lider mövqe tutub.

Məlumata görə, onun Rusiya ilə yaxın əlaqələrə üstünlük verməsi və Qərbin siyasətinə tənqidi yanaşması seçki kampaniyasının əsas diqqət mərkəzində olub. Ceorceskunun qalib gəlmə ehtimalı Rumıniyanın qərbyönümlü siyasətinə təhdid kimi qiymətləndirilirdi.

ABŞ Dövlət Departamentinin "xəbərdarlığı" seçki prosesindəki mümkün qanun pozuntuları və demokratik prinsiplərin qorunmasının vacibliyi ilə əlaqələndirilir. Lakin bəzi ekspertlər bu xəbərdarlığın daha çox siyasi motivlər daşıdığını və rusiyayönlü namizədin qalib gəlmə ehtimalını neytrallaşdırmaq məqsədi güddüyünü iddia edir.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqı və NATO-nun üzvü olaraq, Qərb ittifaqları ilə yaxın əlaqələrə malikdir. Lakin son illərdə regionda artan Rusiya təsiri və rusiyayönlü siyasətçilərin güclənməsi Qərbin diqqətindən yayınmayıb. Ceorceskunun qələbəsi Rumıniyanın siyasi kursunda ciddi dəyişikliklərə səbəb ola bilərdi ki, bu da ABŞ və Avropa İttifaqının maraqlarına zidd idi./Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi