Abşeron rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Zəfər gününün üçüncü ildönümündə respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər şəxslər iştirak ediblər.
Abşeron RİH-in tədbirlər planına uyğun olaraq əlamətdar tarixi gün münasibətilə müxtəlif silsilə tədbirlər – “Zəfər dastanı” şeir müsabiqəsi, kitab və rəsm sərgiləri, dəyirmi masa və disputlar, ədəbi-bədii kompozisiyalar, flaşmob, açıq dərslər, idman yarışları və “Zəfər nəğməsi” adlı muğam festivalı keçirilib. Tədbirlər sırasında həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlər tərəfindən yazılan 100-dən artıq məktub əsgərlərə ünvanlanıb.
Müsabiqələrdə fərqlənən şagirdlərə Abşeron RiH tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.
Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində keçirilən silsilə tədbirlərdə 44 günlük Vətən müharibəsi, “Dəmir yumruq”, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı və rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik işğaldan azad etməsi, şanlı Zəfər qazanması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə şərəfli tariximizdən danışılıb.
Sonda incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış edəcəyi konsert proqramıilətədbirəyekunvurulub.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın