ABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİB

ABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİB - FOTOLAR

Abşeron rayonunda “Bilik Günü” münasibəti ilə 2024-2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinifə gedəcək şəhid övladları, o cümlədən yüksək bal toplayan abituryentlərlə görüş keçirilib.

Faktinfo.az-a verilən məlumatda qeyd edilir ki,Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, “Zirvə” Liseyinin direktoru Samir Həsənov və  şəhid ailələri iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituryentləri və məktəblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təbrik edib, onlara təhsil həyatlarında müvəffəqiyətlər arzulayıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzuqgörənliyi, siyasi iradəsi, “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın və  ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra bütöv müstəqil  Azərbaycanda təhsilin tədrisi həyata keçirilməyə başlayıb. Bu il Qarabağ Universitetinin fəaliyyətə başladığını, abituryentlərdə bu təhsil ocağına böyük marağın olduğunu vurğulayan Abdin Fərzəliyev ölkəmizin hər yerində təhsilin keyfiyyətinə böyük önəm verildiyini, təhsilin inkişafının dövlətimizin prioritet məsələlərindən biri olduğunu qeyd edib. 

 Sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, “Zirvə” Liseyinin direktoru Samir Həsənov, Vətən Müharibəsi şəhidi Elsəvər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva, bu il qəbul imtahanlarında maksimum bal - 700 bal toplayan Xırdalan 2 saylı tam orta məktəbin məzunu Şəbnəm Novruzova çıxış edərək rayonumuzun təhsil sahəsində əldə olunan uğurlardan danışıb, daha sonra tələbə adını qazananları təbrik edib, birincilərə isə uğurlar arzulayıblar.

Sonda şəhid övladları olan birincilərə və tələbə adını qazanmış şəhid övladlarına, o cümlədən yüksək bal toplamış abituryentlərə hədiyyələr təqdim edilib, xatirə şəkili çəkilib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində yaşayan 81 şəhid övladı məktəbli ləvazimatları ilə təmin olunub.


ABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİBABŞERON RAYONUNDA "BİLİK GÜNÜ" ŞƏHİD ÖVLADLARI İLƏ BİRGƏ QEYD EDİLİB
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər