Abşeron rayonunda qurumuş ağaclar yol kənarlarından götürüləcək - FOTOLAR
Bu ilin yay aylarında havaların qeyri-sabit və quraq keçməsi, güclü küləkli günlərin sayının artması səbəbindən rayonun müxtəlif ərazilərində qurumuş və qəzalı vəziyyətə düşmüş ağaclar insan həyatı üçün, eyni zamanda infrastruktur, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır.
Bununla əlaqədar olaraq son günlərdə rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib. ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və onların götürülməsi ilə bağlı rəylər təqdim edilib. Bu rəylər əsasında ilk mərhələdə əsas avtomobil yollarından, mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından qəzalı və qurumuş ağacların götürülməsi işlərinə başlanılacaqdır.
Eyni zamanda Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünin suvarılması işlərini həyata keçirirlər.
Qeyd edək ki, götürülən hər bir ağacın yerində payız mövsümündə iqlimə uyğun yeni ağaclar əkiləcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın