Abşeron Suvarma Sistemləri İdarəsi təftiş olundu-Mirkamil Seyidov yeni idarə rəisi ola bilər

Abşeron Suvarma Sistemləri İdarəsi təftiş olundu-Mirkamil Seyidov yeni idarə rəisi ola bilər 

Dövlət Su ehtiyatları Agentliyinin Abşeron Suvarma Sistemləri İdarəsində ötən ay başlayan yoxlama bir neçə gün əvvəl yekunlaşıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Rafiq Aslanovun sədri oduğu Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama heyəti çox ciddi nöqsanlar aşkarlayıb.

Məlumata əsasən, yoxlama zamanı kod35, yəni, kod alınsa da, ünvanı bəlli olmayan böyük sayda saxta sayğac oyunları da üzə çıxıb: "Yoxlama heyətinə vaxtilə Abşeron su idarəsində çalışmış Elnur Əliyevin rəhbərlik etməsi isə nöqsanların daha dəqiq üzə çıxmasında mühüm rol oynayıb. İndi əsas məsələ budur: Zaur Mikayılov bu idarənin rəisi Etibar Nəbiyev haqda hansı qərarı verəcək?".

İddiaya görə, yoxlama heyəti materialları artıq rəhbərliyə təqdim edib: "Yəqin ki, xidmət tərəfindən yoxlamanın gedişinə uyğun materiallar Agentlik sədri Zaur Mikayılova təqdim olunacaq. Şübhəsiz ki, bundan sonra Abşeron Suvarma Sistemləri idarəsinin rəhbəri Etibar Nəbiyevin gələcəyini müəyyən edən qərar veriləcək".

Faktinfo.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki,Etibar Nəbiyevi Abşeron Suvarma Sistemləri İdarəsinə tabe Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirkamil Seyidovun əvəzləyəcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi