Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü

Abşeronda doğuş faciəsi: əkizlər də, ana da öldü 

Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb

Report xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb.

Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

01:09

Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

Hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi