Abşeronda suvarma suyuna daha çox ehtiyac duyulur

Abşeronda suvarma suyuna daha çox ehtiyac duyulur 

Abşeronda davamlı küləkli günlərdən sonra suvarma suyuna daha çox ehtiyac duyulur.

Bunu torpağın tərkibinin əksər ərazilərdə gilli,qumlu,qumsal və gillicəli olması  şərtləndirir.Suvarma suyu tələb olunan sahələrə isə Suvarma Sistemləri İdarəsi tərəfindən su verilməsində bəzən günlərlə çətinliklər yaranır. Yay fəslində daha çox yaşanan bu hal, payız və qış fəslində qismən də olsa özünü göstərir.

Faktinfo.az saytına verilən məlumata görə, Abşeron Suvarma Sistemləri İdarəsi suvarma suyunu Samur-Abşeron kanalından götürür. Suvarma suyunun ayrılmasını Samur-Abşeron Kanalının İstismarı İdarəsi həyata keçirdir.

Məsələyə münasibət öyrənmək üçün Samur-Abşeron Kanalının İstismarı İdarəsinə edilən zənglərə cavab verilmədi, Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun məzuniyyətdə olduğu,rəis müavini Mirkamil Seyidovun isə ərazidə olduğu bildirildi.

Mövzuya əlavə məlumat aldıqdan sonra qayıdacağıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər