ADAU-ya maraq əcnəbi tələbələrin coğrafiyasında da artır -İordaniyalı tələbələr...-Foto
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi özünü əcnəbi tələbələrin coğrafiyasında göstərməkdədir.
İordaniya Haşimilər Krallığının ölkəmizdəki Səfirliyinin missiya rəhbərinin müavini cənab Baider Al Talla keçirilən görüşdə adıçəkilən ölkənin tələbələrinin ADAU-da təhsil imkanları müzakirə edilib.
Faktinfo.az xəbər verir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və digər əməkdaşlar iştirak ediblər. Görüşdə həmçinin ADAU ilə İordaniya Haşimilər Krallığının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması məsələləri də müzakirə olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın