Adı dəyişdi, mahiyyət dəyişmədi - Ağstafada "İnci" şadlıq evindən giley
"Əvvəllər şadlıq evinin adı "Sezar" idi. İndi dəyişib "İnci" ediblər. Adını dəyişdilər ki, bəlkə bu şadlıq evi ilə bağlı neqativlərin üstü örtülə, insanlarda şüuraltı fikir dəyişə. Amma belə görünür ki, hələ də mahiyyət dəyişməyib.
Bu fikirlər Faktinfo.az saytına Ağstafa rayonunda yerləşən "İnci" şadlıq evi barədə verilən məlumatdandır. Qeyd edilir ki, əvvəlki adı "Sezar" olan bu məkanın adı gələndə sakinlər "daş atıb, başlarını tuturlarmış". Başlıca səbəb toy sahibinin ora gətirdiyi ət, araq, salat və digər ərzaq məhsullarının müəyyən faizinin "əriməsi" göstərilir. Toy sahibi məclisə dəvət etdiyi qonaqlarını yola salmamış, orada çalışan ofsiantlar şadlıq evinə gətirilmiş ərzaq növlərindən özlərinə bir sumka götürürlərmiş.
Şadlıq evinin kuxnasında nəzarətsiz hallarda ərzaqlar yoxa çıxırmış. Eləcə də, "Sezar" da vergiyə, dövlət sosial müdafiə fonduna və s. ödəmələrdən də yayınma halları mümkün olurmuş. Şadlıq evinin gigiyenik vəziyyətinə dair də problemlər mövcud imiş. Bu və ya digər hallara görə son illər orada toy etmək istəyən demək olar ki, olmurmuş. Ona görə də vəziyyətdən çıxış yolu kimi bir müddət əvvəl "Sezar"ın adını dəyişib, "İnci" qoyublar.
Deyirlər orada indi də yaxşılığa doğru dəyişən bir cəhət yoxdur. Hətta tövsiyyə olunur, "İnci" şadlıq evinə dəvət olunan şəxslər ehtiyyatlı davransınlar, oğurlanmaq ehtimalı böyük olan telefon, eynək, pul qabı və s. əşyalarını masada buraxmasınlar.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın