ADİU-nun rektoru kimdir- Ədalət Muradov, yoxsa Damət Bağırov?
Azərbaycan Dövlət İqtisad Universitetindən redaksiyamıza məlumat daxil olub.
Adının çəkilməsini istəməyən ADİU-nun müəlliminin göndərdiyi məlumatda deyilir:
“Hörmətli redaksiya ! Siz hər zaman ADİU-da baş verən proseslərə həssas yanaşmısınız. Bu təhsil müəssisəsində müxtəlif zamanlarda mövcud olan qanunsuzluqlardan tutmuş aparılması nəzərdə tutulan islahatlara qədər bir çox məsələlərə diqqət yetirmisiniz.Hətta,rektor Ədalət Muradovun elmlər doktoru və professor diplomu ilə bağlı KİV-lərdə gedən yazılara,eləcə də elmlər doktoru olmadığı halda professor tituluna sahiblənən bəzi dekanların özlərindən razı şəkildə davranmalarına da münasibət bildirmisiniz. Bütün bu yazılarınızı təqdir edir və sizə təşəkkürümüzü bildiririk. ”
Ancaq ,ADİU-nun müəllimi bütün bunların kifayət etmədiyini qeyd edir və necə deyərlər, Faktinfo.az-a yeni mövzu verir:
“Hörmətli redaksiya ! Çox istərdik ki,indiyə qədər gizli şəkildə davam edən və artıq gizlədilməsi mümkün olmayan bir məsələni də işıqlandırasınız. Söhbət ADİU daxilində xeyli vaxtdan bəri davam edən ikitirəlikdən gedir.Məsələ burasındadır ki,ADİU-nun rektoru Ədalət Muradov olsa da, Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov da səlahiyyət baxımından heç də ondan geri qalmaq istəmir.Hər bir məsələdə çalışır ki,öz “qanunlarını”tətbiq eləsin.Hətta,Universitetdə əldə edilən uğurları da bəzən öz adına çıxır.
Elə götürək 06.02.2018-ci il tarixdə ADİU-da keçirilən Türkiyə və Azərbaycan universitetlərinin elmi-praktik seminarını.Düzdür, təşkilinə və tərtibatına görə bu seminar müəyyən mənada normal səviyyədə keçirilib və razılıqla qarşılanıb.Ancaq qəribəsi odur ki, D.Bağırov yaxın çevrəsinə bildirib ki,bu tədbiri o təşkil edib. Eyni zamanda rektor Ə.Muradov da sözügedən seminarı təbii olaraq öz uğuru kimi təqdim edib.Bu faktın özü ikitirəliyin və ambisiyanın mövcudluğunu bir daha təsdiq edir.
Hazırda bilmək olmur ki,universitetin rektoru Ə.Muradovdur, yoxsa D.Bağırov?
Bəlkə, UNEC-rektoru kimi Ə.Muradovu,ADİU-nun rektoru kimi D.Bağırovu təqdim etməliyik ”?
Faktinfo.az daxil olan məlumatla bağlı Damət Bağırovdan münasibət öyrənib. Prorektor yalnız tədris sahəsinə cavabdeh olduğunu,elmi məsələlərlə bağlı hər hansı məsələyə qarışmadığını,ümumiyyətlə haqqında bəhs olunan seminarda iştirak etmədiyini bildirib.
Rektor Ədalət Muradovdan münasibət öyrənmək cəhdlərimiz isə həmişəki kimi boşa çıxdı.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın