ADİU rektorundan ögey münasibət

ADİU rektorundan ögey münasibət -Ədalət Muradov Abel Məhərrəmovla müqayisə olundu

Biraz əvvəl saytda Azərbaycan Dövlət İqtisad Universitetinin işdən çıxarılan müəllimi Zərifə Mansurovanın şikayəti əsasında “ADİU-nun sabiq müəllimindən ölkə rəhbərliyinə daha bir müraciət - Differensial əmək haqqı sisteminin ədalətliliyi şübhə doğurur” başlıqlı məqalə yayımlanmışdı.

Faktinfo.az xəbər verir ki,məlum məqalədən sonra adının açıqlanmasını hələlik istəməyən ADİU-nun professoru bir məsələyə diqqət çəkmək üçün saytı məlumatlandırıb. Hörmətli, professorun sayta verdiyi məlumatdan belə məlum olur ki,rektor Ədalət Muradovun differensial əmək haqqı sistemi ilə bağlı tətbiq etdiyi siyasət yanlışdır,digər müəllim və professor heyətinə ögey münasibət bəsləyir. Bu onunla izah olunur ki,Azərbaycan Respublikasının prezidenti istənilən şəxsi rəhbər vəzifəyə təyin edəndə ona məsləhət bilir ki,ilk əvvəl rəhbərlik etdiyi kollektivdə insanların maddi rifah halının yaxşılaşdırılmasının qeydinə qalsın.

ADİU-da  isə, hazırkı rektora  qədər  rəhbərlik edən bütün şəxslərin dövründə müəllimlərin yaşayış səviyyəsi yaxşı olub və onlara tətbiq olunan əməkhaqqı siyasətində ayrıseçkiliyə yol verilməyib.İndi isə nə baş verir?Differensial əmək haqqı sistemi kimlərə şamil edilir? Bir mənalı olaraq ADİU-da Ədalət Muradov və yaxın bir neçə şəxsdən ibarət olan ətrafı, 900 nəfərə yaxın  müəllim və professor heyətinin  içindən 100 şəxsin əmək haqlarını 1,5 və 2 dəfə artırmaqla ,750 nəfər müəllim kollektivininin məvacibini artımdan  kənarda qoyur. Differensial əməkhaqqı adı altında aylıq məvacibləri qaldırılan müəllimlərin isə 75 %-i rektorun  yaxın adamlarıdır.Açığı,differensial əməkhaqqı tətbiq olunan müəllimlərin məvacibinə olunan artımların özlərinə çatması da şübhə doğurur.

Əgər ,rektor Ədalət Muradov  ADİU-da çalışan  müəllim və professor heyətinin yaşayış səviyyəsinin yüksək olmasında maraqlı tərəf kimi görsənmək istəyirdisə, ümumilikdə  universitetdə işləyən bütün müəllimlərin əmək haqlarını Abel Məhərrəmovun Bakı Dövlət Universitetində tətbiq etdiyi kimi  10 % qaldıraydı.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi