Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru İlham Sofuyev vəzifəsindən kənarlaşdırılıb

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru İlham Sofuyev vəzifəsindən kənarlaşdırılıb 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.

Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir. Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib.

2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.

O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi