AĞSTAFANIN QIRAQ KƏSƏMƏN KƏND SAKİNLƏRİ:

AĞSTAFANIN QIRAQ KƏSƏMƏN KƏND SAKİNLƏRİ: Soyuqdan donuruq

Faktinfo.az xəbər verir ki,Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin bir qrup sakini 30 ildir mavi qaz problemi  ilə üz-üzədir.Kəndin iki məhəlləsi sosial problemlər girdabında boğulur.Onlar üçün nə mavi qaz çəkilişini həyata keçirmək istəyən qurum var,nə də çağırışlarına qulaq asan şəxs.

İllərlə rayon icra hakimiyyətinə ayaq döyən sakinlər  soyuq divarlar arasında Allaha tapınır,havaların günəşli keçməsini arzulayırlar.ALLAHDAN nə yağış,nə də qar yağmasını arzulayırlar.Çünkü şaxtalı və soyuq hava onların körpələrini hər gün yaşamaq uğrunda "imtahan" etməkdədir.

 Aralarında Şəhid və hərbiçi ailəsi olan bu zavallı kənd sakinlərinin yerinə bir anlıq AĞSTAFA RİH-İN,AĞISTAFA QAZ İSTİSMAR İDARƏSİNİN,"AZƏRİQAZ" ASC-NİN  vəzifəliləri düşünsünlər: bizim ailə üzvülərimizə belə münasibət bəslənsə idi,problemi həll edərdik,yoxsa yox?

  Faktinfo.az məlum videonu təqdim edir:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi