Ağstafanın Qıraq Kəsəmən kəndində 250 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək

Ağstafanın Qıraq Kəsəmən kəndində 250 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək 

1957–ci ildə istifadəyə verilən və istismar müddətini başa vurmuş Ağstafa rayonu Qıraq Kəsəmən nasos stansiyası yenidən bərpa edilib və yaxın vaxtlarda təsərrüfatları suvarma suyu ilə təmin etmək üçün su istifadəçilərinin istifadəsinə veriləcək.

Həmin nasos stansiya vasitəsilə Qıraq Kəsəmən kəndinin 250 hektara yaxın əkin sahəsində suvarma xeyli yaxşılaşacaq.

Faktinfo.az saytına bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumatda bildirilir.Qeyd edilir ki,nasos stansiyasında cari təmir işləri aparılıb və stansiya artıq  tam işlək vəziyyətə gətirilib.

Qeyd edək ki, 2020-ci ildə Qıraq Kəsəmən kənd sakini Müşayev Bəkir Osman oğlunun Faktinfo.az saytına göndərdiyi ərizəyə əsasən bir neçə məqalə ilə çıxış edilmiş, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin diqqətinə  250 hektara yaxın islahat torpaqlarının suvarılmadığı çatdırılmışdır.

***

Eynilə rayonun suvarma suyuna tələb duyulan kəndlərindən biri -Poylu kəndi ilə bağlı Faktinfo.az-da  xəbərlər verilib.Kənddə suvarma suyundan əziyyət çəkildiyi zaman-zaman qeyd edilib.

Hazırda məlumatda bildirilir ki,torpaq məcralı Poylu arxının beton üzlüyə alınmaqla əsaslı təmir işləri aparılır.Bununla həmin arxda su itkisini 25-30 % azaltmaqla Poylu və Dağkəsəmən kəndlərinin də əkin sahələrində suvarma xeyli yaxşılaşacaq.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər