
Aİ-nin səbri daşdı: Macarıstanı səsvermə hüququndan məhrum edilə bilər
Son günlərdə Budapeştin Avropa İttifaqının Rusiyaya qarşı bir sıra sanksiyalarını uzatmaqdan qəti şəkildə imtina etməsi üzv dövlətlər arasında Macarıstanın mühüm qərarlarda səsvermə hüququndan məhrum edilməsi məsələsini daha fəal müzakirə etməyə səbəb olub.
Qaynarinfo.az bu barədə Eurointegration-a istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Aİ səfirləri dünən bütün günü Brüsseldə Macarıstan səfiri ilə mübahisə ediblər.O, sanksiya siyahısından rusiyalı oliqarx Mixail Fridmanın və daha yeddi nəfərin adının çıxarılmasını tələb edib.Əks halda, Budapeşt bəzi anti-Rusiya sanksiyalarının daha altı ay uzadılmasını dəstəkləməkdən imtina edəcəyi ilə hədələyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın