Akademik İsa Həbibbəyli və Qırğızıstanlı alimlər Milli Kitabxanada olublar

Akademik İsa Həbibbəyli və Qırğızıstanlı alimlər Milli Kitabxanada olublar - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları bu gün Milli Kitabxanada olublar.

Faktinfo.az xəbər verir ki,qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin yubileyi münasibətilə Milli Kitabxananın tərtib etdiyi “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi ilə tanış olublar.

Sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərcümələri, redaktə etdiyi, rəyçi və məsləhətçi olduğu, ön söz yazdığı kitablar, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə materiallar nümayiş olunur.

Akademik  İsa Hәbibbәyli klassik әdәbiyyatşünaslıq әnәnәsi zәminindә formalaşan, әdәbiyyatın bütün dövrlәri vә görkәmli nümayәndәlәri haqqında professional sәviyyәdә dәrin elmi söz deyә bilәn, universal dünyagörüşә malik, Azәrbaycan әdәbiyyatşünaslığının vә ictimai fikrin inkişafında orijinal axtarışları ilә elmimizә sanballı töhfәlәr vermiş görkәmli  tәdqiqatçı alimdir. O, elm xadimi kimi beynәlxalq miqyasda da tanınır. Akademik İsa Hәbibbәyli müxtәlif illәrdә Türkiyәdә, Rusiyada, Çin Xalq Respublikasında, Fransada, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda, Cәnubi Koreyada, İran İslam Respublikasında, Misir Әrәb Respublikasında, Qazaxıstanda, Türkmәnistanda, Özbәkistanda, Gürcüstanda, Qırğızıstanda ölkә elmini layiqincә tәmsil edib.

Akademik İsa Həbibbəylinin göstərdiyi geniş elmi, ictimai-siyasi fəaliyyət dövlətimiz və respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət", "Şərəf" və "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif olunub.

Akademik İsa Həbibbəyli və Qırğızıstanlı alimlər Milli Kitabxanada olublar
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi